Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-611/2024 28.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 iyun 2009-cu il tarixdə anadan olmuş X4, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 28 may 2013cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənmiş, 09 mart 2010-cu il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahından 07 iyun 2009-cu il tarixdə X7, 19 yanvar 2011-ci il tarixdə X8 və 28 may 2013-cü il tarixdə X6 adlı üç nəfər uşaqları anadan olmuşlar. Daha sonra Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(055)- 84/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş və 07 iyun 2009-cu il tarixdə anadan olmuş X4, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 28 may 2013-cü il tarixdə anadan olmuş X2 onun yanında qalmaları müəyyən edilmişdir. O, hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkmir, lakin uşaqların təminatını daha yüksək səviyyədə ödəmək üçün aliment tələb etmək hüququndan istifadə edir. Ona görə də göstərdiklərini nəzərə alaraq 07 iyun 2009-cu il tarixdə anadan olmuş X4, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 28 may 2013-cü il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 07 iyun 2009-cu il tarixdə, X8 19 yanvar 2011-ci il tarixdə, X6 28 may 2013-cü il tarixdə anadan olmuşlar və uşaqların atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 aprel 2024-cü il tarixli MŞS/MT 023/2024-00667 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyən, İddiaçı isə iştirak edən tərəf olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(055)-84/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 09 mart 2010-cu il tarixdə Saatlı rayon Məmmədabad İƏD-də bağlanmış 05 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş 07 iyun 2009-cu il təvəllüdlü X7, 19 yanvar 2011-ci il təvəllüdlü X8 və 28 may 2013-cü il təvəllüdlü X6 adlı üç nəfər uşağın cavabdeh İddiaçı yanında qalması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 07 iyun 2009-cu il tarixdə anadan olmuş X7, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X8 və 28 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Məhkəmə iddiaçının izahatında göstərdiyi halları (hal-hazırda uşaqların saxlanmasında çətinlik çəkməməsi, lakin uşaqların təminatını daha yüksək səviyyədə ödəmək üçün aliment tələb etmək hüququndan istifadə etməsi), həmçinin Cavabdeh tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olması barədə iddiaçının məhkəməyə sübut təqdim etməməsini nəzərə alınaraq hesab edir ki, aliment minimal məbləğdə, yəni hər uşaq üçün 30 manat məbləğində təyin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 07 iyun 2009-cu il tarixdə anadan olmuş X4, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 28 may 2013cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 30 manat, cəmi 90 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 23 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh əlavə olaraq 30,80 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 iyun 2009-cu il tarixdə anadan olmuş X4, 19 yanvar 2011-ci il tarixdə anadan olmuş X5 və 28 may 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 23 aprel 2024-cü il tarixdən başlanaraq hər ay hər bir uşağa görə 30 (otuz) manat, cəmi 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat 80 (səksən) qəpik dövlət rüsumu tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-611/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-611/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver