Məhkəmə qərarları › İş №2(055)-653/2025

Saatlı Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(055)-653/2025

18.04.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Saatlı rayonu İş № 2(055)-653/2025 18.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı rayon Məhkəməsinin hakimi Qasımov Vüqar İnqilab oğlu, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: Kreditor "xxxx" MMC-nin direktoru Yaşar Hüseynov ərizə ilə məhkəməyə müraciət edərək Borclu 537,1 manat əsas borcun, 194,85 manat cərimə borcunun, cəmi 731,95 manat borcun və 100 manat ödənilmiş dövlət rüsumunun alınması barədə məhkəmə əmri qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kreditor "xxxx" MMC-nin direktoru Yaşar Hüseynov məhkəməyə ünvanladığı əmr icraatı qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borclu (fermer) Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 511 saylı 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqaviləyə əsasən borclu öhdəsində olan 1,4 hektar torpaq sahəsində pambıq əkib-becərməsini, yığmasını və satışını üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən "xxxx" MMC tərəfindən Borclu toxumluq çiyid, nağd pul və digər vasitələr üzrə ümumilikdə 945,1 manat vəsait verilmişdir. Müqavilənin 2.6, 2.7, 2.8-ci bəndlərinə əsasən borclu torpağın şumlanmasından başlayaraq pambığın əkilib-becərilməsi və yığılmasınadək bütün aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə aparmasını, hər hektardan minimum 30 sentner yüksək keyfiyyətli xam pambıq istehsal etməsini, "xxxx" MMC-dən aldığı nağd pul avansını, habelə hər hansı formada göstərilən xidmətlərin dəyərini istehsal etdiyi xam pambıqla 01 noyabr 2023-cü ilədək, müstəsna hallarda 01 dekabr 2023-cü ilədək tam ödəməsini üzərinə götürmüsdür. Yığım mövsümü başa çatmasına baxmayaraq borclu müqavilə şərtlərini tam icra etməmiş və kreditora 537,1 manat borcu qalmışdır. Borclunun iddiaçıya 537,1 manat borclu qalmasını sübut edən hesablaşma və digər sənədlər ərizəyə əlavə edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən "Fermer" (nümayəndə) üzərinə götürdüyü öhdəliklərdən az miqdarda xam pambıq verərsə, ödənilməyən xam pambığın dəyərinin 5% miqdarında "Cəmiyyət”ə (zavoda) cərimə odəməlidir. Borclu 4200 kq xam pambıq təhvil verməli olduğu halda pambıq təhvil verməmişdir. Borclunun təhvil verilməyən pambığa görə kreditora 168 manat cərimə borcu yaranmışdır (4200 kq x 0,8 AZN (pambığın 1 kq dəyəri) = 3360 AZN x 5% = 168 AZN). Müqavilənin 3.5-ci bəndinin tələbinə görə "Fermer" (nümayəndə) müqavilə ilə "Cəmiyyət”dən (zavoddan) xam pambıq istehsal etmək üçün avans aldığı pulu toxumluq, çiyid, mineral gübrə və digər təminatların dəyərini xam pambıqla deyil, pul şəklində ödədikdə həmin vəsaitin 5% miqdarında cərimə ödəməlidir. Həmin cərimənin məbləği 26,85 manat təşkil etmişdir (537,1 AZN x 5% = 26,85 AZN). Müqavilə üzrə borclunun "xxxx" MMC-yə 537,1 manat əsas, 194,85 manat cərimə, cemi 731,95 manat borcu yaranmışdır. Mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi üçün borcluya pretenziya məktubu göndərilərək 10 gün müddətində borcunu ödəməsi tələb olunmuş, lakin borclu tərəfindən kreditorun pretenziyasına cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. İşdə olan xx.xx.2023-cü il tarixli 511 saylı xam pambığın istehsalı və tədarükünə dair müqavilədən görünür ki, bu müqavilə əsasında kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Borclu xam pambıq istehsalı məqsədi ilə toxum və digər vasitələr, həmçinin avans şəkilində pul verməyi, eyni zamanda Borclu da müqavilə üzrə Saatlı rayonu Bəylik kəndində 1,40 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu kreditora satmağı öhdəsinə götürmüşdür. İşdə olan 14 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu xx.xx.2023-cü il tarixli 511 saylı müqavilə üzrə 537,1 manat əsas borcu, 194,85 manat faiz borcu, cəmi 731,95 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edirəm ki, iş üzrə məhkəmə əmri verilməlidir. Tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli 511 saylı xam pambığın istehsalı və tədarükünə dair müqavilə əqdi bağlayan şəxslər tərəfindən imzalandığından əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinin tələbinə uyğun olaraq bağlanmışdır. Tərəflər arasında yuxarıda göstərilən əqd bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 276.1-ci maddəsində əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun tələbi aşkardır, həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə əsaslanır. Şərh olunanlara əsasən Borclu 537,1 manat əsas borc, 194,85 manat cərimə borcu, cəmi 731,95 manat borc və 100 manat ödənilmiş dövlət rüsumu alınaraq kreditor "xxxx" MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-284-cü maddələrini rəhbər tutaraq Əmredirəm: Saatlı rayonu, Bəylik kəndində yaşayan xx xxx 1972-ci il təvəllüdlü Borclu 537,1 manat əsas borc, 194,85 manat cərimə borcu, cəmi 731,95 manat borc və 100 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 831,95 (səkkiz yüz otuz bir manat doxsan beş qəpik) manat alınaraq Saatlı rayonu, Qıraqlı kəndində yerləşən kreditor "xxxx" MMC-nə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar