Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-67/2024 15.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək onunla Cavabdeh və onun mərhum əri X3 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 4,22 hektar torpaq sahəsinin 1 hektarına dair onunla Cavabdeh və mərhum əri X4 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Günəşli kənd sakini Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 4,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2001-ci ilin may ayında Cavabdeh və onun mərhum əri X3 ümumi birgə mülkiyyətlərinə verilmiş 4,22 hektar torpaq sahəsinin öz paylarına düşən hissəsindən 1 hektarını satmaq istədiklərini bildirdiklərindən onlarla razılaşaraq 1 hektar torpaq sahəsini cavabdehə və mərhum ərinə ******* AZM verməklə birdəfəlik almışdır. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı 31 may 2001-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu Cavabdeh və onun mərhum əri X3 öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdeh və mərhum əri həmin vaxt torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də ona vermişlər. Bundan bir müddət sonra həmin torpaq sahəsinin rəsmi qaydada alqı-satqı edilməsi üçün Cavabdeh və X2 onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, sonuncular könüllü olaraq notariat kontoruna getməmişlər və bu səbəbdən də torpaq sahəsini notariat kontoru vasitəsi ilə öz adına rəsmiləşdirə bilməmişdir. Daha sonra o, torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Saatlı Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli 2(055)-132/2011 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə əsasında 1 hektar torpaq sahəsini ARƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Daha sonra Saatlı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(055)-132/2011 saylı qərardadına əsasən Saatlı Rayon Məhkəməsinin 27 may 2011-ci il tarixli, 2(055)-132/2011 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Bildirir ki, mübahisə predmeti olan 1 hektar torpaq sahəsi 22 ildən artıqdır ki, açıqaşkar və fasiləsiz olaraq onun sahibliyindədir və həmin torpaqdan öz mülkiyyəti kimi istifadə edir. Cavabdeh və mərhum əri tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə deyilənlər yalandır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə 4,22 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2001-ci ilin may ayında o və mərhum əri X3 ümumi birgə mülkiyyətlərinə verilmiş 4,22 hektar torpaq sahəsinin öz paylarına düşən hissəsindən 1 hektarını müvəqqəti istifadə üçün iddiaçıya vermişlər.Lakin bildirir ki, həmin torpaq sahəsi pul müqabilində iddiaçıya birdəfəlik satılmamışdır. Torpaq sahəsini iddiaçıya icarəyə vermişlər. 31 may 2001-ci il tarixli aktdakı imzalar da ona və mərhum ərinə məxsus deyil. Ekspert rəyi ilə razılaşmır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan torpağa mülkiyyət hüququna dair JN 0016, KOD 90800078 saylı dövlət aktının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən 4.22 ha torpaq sahəsi Cavabdeh və qeyrilərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan 31 may 2001-ci il tarixli aktdan görünür ki, Cavabdeh Binali qızı və mərhum əri X1 rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 4,22 hektar torpaq sahəsinin 1 hektarını ******* AZM müqabilində İddiaçı satmışlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 4/28 saylı rəyindən görünür ki, 31 may 2001-ci il tarixli aktda “Binalı Ələddinov” və “Fatma Ələddinova” sözlərinin qarşısındakı imzalar X3 və Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 335.1 və 335.2-ci maddələrinə görə əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir (Maddə 24 iyun 2005-ci il 949- İİQD nömrəli Qanunla çıxarılanadək olan redaksiya). Həmin Məcəllənin 560.1-560.3-cü maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 157.2ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Mübahisəli torpaq sahəsi 2001-ci ildən etibarən hal-hazıradək İddiaçı faktiki istifadəsində və sahibliyində olmuş və həmin halın qanunsuz baş verməsi iş materialları üzrə təsdiqini tapmamışdır. Belə ki, həmin torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə verilməsi iş materiallarında olan aktla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. Cavabdeh qeyd edilən mübahisəli torpaq sahəsini iddiaçıya icarəyə verdiklərini və 31 may 2001-ci il tarixli aktdakı imzaların ona və mərhum ərinə məxsus olmadığını bildirsə də, torpağın icarəyə verilməsi ilə bağlı hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda məhkəmə ekspertizasının rəyi ilə 31 may 2001-ci il tarixli aktdakı imzaların cavabdeh və mərhum ərinə məxsus olması öz təsdiqini tapmışdır. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın və bilə-bilə yalan rəy verməyə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş eksperin rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 4/28 saylı rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçının torpaq sahəsini notariat qaydasında alqı-satqı etməməsi və bu halın əqdin etibarsızlığına səbəb olması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər hüquqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir. Belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı ilə alqı-satqı edilmədiyini göstərsə də, 31 may 2001-ci il tarixli akt tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqı edilməsi barədə imzalanmışdır. Məhkəmə işin faktiki hallarına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli və digər qərarlarında formalaşmış hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair ikitərəfli razılaşma baş tutmuş, bu razılaşma yazılı sənəd tərtib edilməsi ilə sənədləşdirilmiş və torpaq mülkiyyətçiləri onu imzalamışlar. Daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona sahiblik etmiş və hazırda da edir. Bu hal özlüyündə tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın (əqdin) onların iradəsi ilə əhatə edildiyini əks etdirir və tam sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 4,22 hektar torpaq sahəsinin 1 hektarına dair İddiaçı ilə Cavabdeh və mərhum əri X3 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 132 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyinən 100 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertizanın tədqiqinin dəyəri olan cəmi 132 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 4,22 hektar torpaq sahəsinin 1 hektarına dair İddiaçı ilə Cavabdeh və mərhum əri X3 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 132(bir yüz otuz iki) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-67/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 15 aprel 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq üzərində alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 22 may 2001-ci il tarixli 03 saylı qərarına əsasən JN 0016, KOD 90800078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 4,22 hektar torpaq sahəsinin 1 hektarına dair İddiaçı ilə Cavabdeh və mərhum əri X3 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100(bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 132(bir yüz otuz iki) manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-67/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-67/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver