Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-689/2024 21.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü Rövşən adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə mərhum qızı X2 faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Rövşən adlı bir nəfər uşağı anadan olmuşdur. X6 20 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Qızı vəfat etdikdən sonra o, Saatlı rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2015-ci il tarixli, 46 saylı sərəncamına əsasən Rövşən adlı uşağın üzərində qəyyum təyin edilmişdir. Hazırda həmin uşaq onun himayəsində yaşadığından və həmin uşağın saxlanmasında maddi çətinlik çəkdiyindən cavabdehdən aliment alınması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə təkrar gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009cu ildə Rusiya Federasiyasının Orenburq vilayətinin Orenburq şəhərində anadan olmuş və bu barədə 2009-cu ilin oktyabr ayının 30-da 6716 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur.Həmin uşağın atası Cavabdeh, anası X1r. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20 sentyabr 2011-ci ildə vəfat etmişdir. İşdə olan Saatlı RİH başçısının 21 aprel 2015-ci il tarixli, 46 saylı sərəncamının surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü Rövşən Zülfiqarovun üzərində qəyyum təyin edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2009-cu il təvəllüdlü Rövşən adlı bir nəfər uşaq üzərində qəyyum təyin edilımiş İddiaçı həmin uşağın saxlanmasında çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xx.xx.2009-cu il təvəllüdlü Rövşən adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 08 may 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 08 oktyabr 2009-cu il təvəllüdlü Rövşən adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 may 2024-cü il tarixdən başlanaraq hər ay 180(bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 oktyabr 2009-cu il təvəllüdlü Rövşən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 may 2024-cü il tarixdən başlanaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-689/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 21 iyun 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 oktyabr 2009-cu il təvəllüdlü Rövşən adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 may 2024-cü il tarixdən başlanaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-689/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-689/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver