Məhkəmə qərarları › İş №2(055)-756/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-756/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-756/2025 23.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(055)-51/2025 saylı qərardadı ilə bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməmk haqqının 1 misli həddiqndə indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin azaldılması və bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Saatlı Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(055)-1018/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh və onun himayəsində olan 17 yaşlı uşağı tam olaraq əmək qabiliyyətlədir, bir ildən sonra hərbi xidmətə gedəcəkdir. O, isə ailəlidir, himayəsində xx.xx.2015-ci ildə anadan olmuş X7 (10 yaşlı) və xx.xx.2019-cu ildə anadan olmuş X1 (6 yaşlı) adlı iki nəfər azyaşlı uşaqları vardır. Heç bir sahədən maddi təminatı yoxdur. Torpaq islahatı zamanı istifadəsinə verilmiş 0,60 ha əkin torpaq sahǝsi vardır ki, mövsümü xarakterli olaraq həmin torpaq sahəsindən əldə olunan gəlirdən ailəsinin dolanışığını təmin edir. Təsərrüfatında iri və xırda buynuzlu mal-qarası yoxdur. O, Saatlı rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır, pensiya,sosial müavinat və ünvanlı sosial yardım almır. Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(055)-51/2025 saylı qərardadı ilə müəyyən olunmuş alimentin miqdarı özü qanunsuz və qanunaziddir, həmin alimenti ödəmək ümumiyyətlə mümkün deyildir. Məhkəmələr alimentlə bağlı qərar qəbul etməmişdən əvvəl qanunvericiliyin tələbi olan diqqətəlayiq hallar ciddi nəzərə alınmalıdır. Alimentin miqdarı müəyyən edilərkən onu ödəyən şəxsin yaşayış və maddi,eləcə də ailə vəziyyəti,aylıq gəlirləri ciddi nəzərə alınmalıdır. O, işləmir, illik qazancı belə mövsümü xarakterlidir. Himayəsində olan iki azyaşlı uşaqlarının dolanışığın güclə təmin edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, alimentin 220 manat müəyyən edilməsinə etirazı olmadığını bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı X5 ilə nikahlarından xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2019-cu il tarixdə X1 anadan olmuşlar. İşdə olan AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı heç bir pensiya, sosial müavinət və təqaüd almır və işsiz kimi qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər bu vəzifələrini, həm də uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İşin faktiki hallarına görə, tərəflərin birgə nikahından 02 noyabr 2008-ci il təvəllüdlü X9 doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(055)- 1018/2014 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilərək Saatlı rayon Məhkəməsinin 12 dekabr 2011ci il tarixli 2(055)-269/2011 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək 02 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 105 manat sabit pul məbləğində alimentin 14 noyabr 2014-cü il tarixdən tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Saatlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(055)-51/2025 saylı qərardadı ilə Saatlı Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(055)-1018/2014 saylı qətnaməsinə əsasən tutulan 105 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Saatlı Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli 8(055)-51/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının cavabdehə ödədiyi alimentin məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən əsaslar mövcuddur. Məhkəmə, iddiaçının ikinci dəfə ailə həyatı quraraq, himayəsində iki azyaşlı uşağının olmasını, heç bir pensiya, sosial müavinət və təqaüd almayaraq, işsiz kimi qeydiyyatda olmasını, ödədiyi 400 manat alimentin məbləğinin iddiaçını çətin vəziyyətə salacağını, cavabdehin 220 manat alimentə razı olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(055)-1018/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı azaldılaraq 02 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edisin. Saatlı Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli, 2(055)-1018/2014 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı azaldılaraq 02 noyabr 2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Azaldılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar