Məhkəmə qərarları › İş №2(055)-790/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-790/2025

12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-790/2025 12.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 100 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiyanın 0,3 misli həddinə qədər azaldılması və alimentin tutulmasını aylıq qazancına (əmək haqqına) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə iki uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 100 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunduqdan sonra o hər ay iki uşağa görə 320 manat alimenti cavabdehin xeyrinə ödəməlidir. Hal-hazırda rəsmi iş yeri var, 378 manat əmək haqqı alır, yeni ailə həyatı qurmuşdur və bu nikahdan da həyat yoldaşı hamilədir, özünün isə böyərkləri xəstə olduğundan mütamadi müalicəyə ehtiyacı vardır. Cavabdehin xeyrinə ödəməli olduğu aliment maddi imkanına uyğun olmadığından tam şəkildə ödəyə bilmir, ödəyə bilmədiyi aliment isə gələcəkdə ona əlavə məsuliyyət yaradacaq. Bundan başqa, yeni qurduğu ailənin maddi ehtiyacını və kommunal xərclərini də aldığı 378 manat əmək haqqı ilə ödəməlidir. Lakin, hazırki qazancı bu ödənişləri etməkdə ona böyük çətinlik yaradır. Bütün bunlara baxmayaraq aylıq qazancının üçdə iki hissəsini cavabdehin xeyrinə, ödəməsinə etiraz etmir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə tutulan 100 manat alimentin Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiyanın 0,3 misli həddinə qədər azaldılması və alimentin tutulmasını aylıq qazancına (əmək haqqına) yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddiası ilə razı deyildir. Çünki, iddiaçı yalan danışır. İddiaçının təssərifatında malqarası, traktoru vardır, taksi fəaliyyəti ilə məşğul olaraq Bakı şəhərinə sərnişin aparır və işlədiyi yerdən də əmək haqqı alır. Belə ki, iddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır və hər ay onun xeyrinə iki uşağın saxlanması üçün ödəməli olduğu alimenti də ödəmək iqtidarındadır. Onun himayəsində yaşayan uşaqlarının hər ikisi “uşaq autizmi” və “kanner sindromu” xəstəliyindən əziyyət çəkirlər, onların nitqlərində, danışıqlarında problemlər olduğundan uşaqların mütamadi olaraq həkim müayinələrinə maddi ehtiyac vardır, onun isə həmin ehtiyacı ödəməyə imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadının surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsinə əsasən 02 aprel 2016-cı ildə doğulmuş X4 və 25 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı bir uşağa görə hər ay tutulan 100 (bir yüz) manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 21 aprel 2025-ci il tarixli MŞS/MT 023/2025- 00415 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyə razılıq verməmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş nakah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 16 aprel 2025-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 343 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X10 16 aprel 2025-ci il tarixli, 18-1-65/2-Ə-185-42-188/2025 nömrəli məktubunun surətindən görünür ki, 2005-ci il təvəllüdlü X1 Ginekologiya şöbəsində müayinə olunmuş, hamiləliklə bağlı qeydiyyata götürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, İddiaçı "X12" Məhdud Məsuliyyətli Cəmiyyətində Sosial işçi, ictimai işlər vəzifəsində işləyir və əmək haqqı 400 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İşin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay bir uşağa görə tutulan 100 manat aliment məbləği Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadı ilə sonrakı artımlar da nəzərə alınmaqla hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunduqdan sonra iddiaçının hər ay hər bir uşağa görə ödəməli olduğu aliment 100 manatdan 160 manata, ümumilikdə 200 manatdan 320 manata qalxmışdır. İddiaçı hal-hazırda yeni ailə həyatı qurmuş və onun həyat yoldaşı hamilədir. İddiaçının hazırda rəsmi iş yeri vardır və 400 manat əmək haqqı alır, yeni qurduğu ailəsinin maddi ehtiyacını və kommunal xərclərini ödəmək üçün əlavə qazancı olmalıdır, onun belə qazancı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göstərilən bu hallar iddiaçı üçün maddi problemdir və hazırki qazancı da bu problemi aradan qaldırmaq üçün yetərli deyildir. Buna görə də iddiaçı aylıq qazancının üçdə iki hissəsini cavabdehin xeyrinə ödəməsinə etiraz etmir. Cavabdeh iddiaçının təssərifatında mal-qarasının, traktorunun olmasına, iddiaçının taksi fəaliyyəti ilə məşğul olmaqla Bakı şəhərinə sərnişin daşımasına və əmək haqqı almasına əsaslanaraq iddiaçının maddi vəziyyətinin kifayət qədər yaxşı olduğunu və hər ay onun xeyrinə iki uşağın saxlanması üçün ödənilməli olan alimenti ödəmək iqtidarında olduğunu israr edərək iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, qanunvericilik tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik və tərəflərin digər diqqətəlayiq maraqları olduğu halda məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin azaldılmasını mümkün hesab etdiyindən və bu hüquq aliment ödəyən şəxsə də şamil edildiyindən İddiaçı almentin azaldılması barədə tələbi uşaqların saxlamasında hər iki valideynin borclu olması və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına və işin araşdırılan hallarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı 02 aprel 2016-cı ildə doğulmuş X4 və 25 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün tutulan 160 manat aliment məbləği azaldılaraq 144 manat sabit pul məbləğində aliment müəyyən edilməli, başqa sözlə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli (144:400=0,36) həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə tutulan və Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)-17/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği dəyişdirilərək 02 aprel 2016-cı ildə doğulmuş X4 və 25 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla alınaraq Cavabdeh xeyrinə ödənilməli, dəyişdirilmiş alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında 03 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 25 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(055)-20/2020 saylı qətnaməsi ilə tutulan və Saatlı Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 2(055)- 17/2025 saylı qərardadına əsasən indeksasiya olunan alimentin məbləği azaldılsın. 02 aprel 2016-cı ildə doğulmuş X4 və 25 avqust 2018-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azaldılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. 25 (iyirmi beş) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar