Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-103/2023 26.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı «məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı «məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmməd oğlundan himayəsində olan, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2, xx.xx.2018ci ildə anadan olmuş X1 xeyrinə Sabirabad rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)- 1444/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər bir uşaq üçün 100 manat, cəmi 200 manat alimentin miqdarının dəyişdirilərək (artırılaraq) hər bir uşaq üçün 200 manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 26 yanvar 2023-cü il tarixə Sabirabad Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmağı xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehlərin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı «məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-103/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-103/2023
26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver