Məhkəmə qərarları › İş №2(056)-1155/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1155/2023

11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1155/2023 11.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-1120/2019 saylı qətnaməsi əsasında xx.xx.2016-cı ildə anadan olmuş X6 xeyrinə hər müəyyən olunan alimentin məbləğinin dəyişdirilərək (azaldılaraq) uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun oğludur. Sabirabad rayon məhkəməsinin 2(056)- 1120/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin himayəsində olan, xx.xx.2016-cı il təvəllüdlü X6 xeyrinə hər ay 130 manatdan az olmayaraq aylıq qazancının ¼ hissəsi məbləğində alimentin oğlu Raildən tutularaq Seyidxatun Qasımzadəyə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə tərəflərin nikahları da pozulmuşdur. Qətnamə ilə müəyyən edilmiş aliment iddiaçının aylıq qazancından tutulur, həmin məbləğ də təxminən 300 manata yaxın məbləğ təşkil edir. Qətnamə qəbul olunandan sonra Railin vəziyyəti dəyişmiş, onun 2-ci rəsmi nikahından uşağı anadan olmuşdur. Belə ki, Rail xx.xx.2022-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2022-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Onun ailə vəziyyətində qeyd olunan dəyişikliklər olsa da, maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun qızıdır. Həqiqətən də Sabirabad rayon məhkəməsinin 2(056)-1120/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qızı ilə iddiaçı arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 himayəsində saxlanmış və xx.xx.2016-cı il təvəllüdlü X6 xeyrinə hər ay 130 manatdan az olmayaraq aylıq qazancının ¼ hissəsi məbləğində alimentin Raildən tutularaq Seyidxatuna verilməsi qət edilmişdir. Yusif İsazadə xəstə uşaqdır. Uşağın anası işləmir. Yusif Bakı şəhəri Nərimanov rayonunda yerləşən Bakı şəhəri Psixoloji mərkəzində qeydiyyatdadır. Uşağın psixoloji problemləri vardır. Mütəmadi olaraq müalicə alır. İstifadə etdiyi dərman preparatlarının hamısı baş-beyinlə əlaqədar olan dərmanlardır və həmin dərman preparatları olduqca bahalıdır. Bundan əlavə, uşağın gözlərində uzaqgörməsində (- 3,2 və - 4), həmçinin uşağın ayağından birində problem vardır ki, bununla da uşaq 100 metrdən artıq yeriyə bilmir, yorulur və yıxılır. Uşaq həmyaşıdlarından geri qaldığı üçün əlavə təlimlərə cəlb olunur. Həmçinin Yusif özü sərbəst qaydada təbii ehtiyaclarını qarşılaya bilmir, daimi nəzarətə ehtiyacı vardır. Buna görə anası onu nəzarətsiz qoyub işləmək imkanında deyildir. Uşağın aylıq xəstəxana xərcləri 500 manatdan çox məbləğ təşkil edir. Əldə edilən aliment məbləği göstərdiyi problemlərlə əlaqədar xərcləri qarşılamağa kifayət etmir. Buna görə o, özü də bir baba olaraq nəvəsi üçün tələb olunan xərclərdə iştirak etməli olur. İddiaçı özünün hazırda bir uşağının olmasını önə çəkərək müəyyən edilmiş alimentin azaldılmasını tələb etmiş olsa da, bu uşağınnı vəziyyətini və xərclərini nəzərə almamaqdadır. Göstərdiyi xüsusatlara əsasən o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək işə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 işt9rakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, aşağıfakı əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-1120/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə İsayeva (Qasımlı) Seyidxatun İlyas qızı arasında xx.xx.2015-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 598 sayla qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X6 iddiaçı Cavabdeh yanında qalmasının müəyyən olunması, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manatdan az olmamaq şərti ilə aylıq qazancının ¼ hissəsi məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ No 500561 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsayev X5 Minadə Elşad qızı ilə xx.xx.2022-ci il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV No 758718 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X8 atası İddiaçı, anası X4r. Məhkəməy həmçinin xx.xx.2016-cı il tarixdə doğulmuş X6 xəstəlikləri haqqında çıxarışlardan, respetlərdən və digər sənədlərdən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X9 psixoloji mərkəzdə qeydiyyatda olmaqla, onun beynində, gözlərində və ayağında problemlər vardır və uşağa daimi olaraq dərman preparatları təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisəyə qeyd edilən normalar kontekstində yanaşdıqda məlum olur ki, istər daxili qanunvericilik, istər beynəlxalq Konvensiyalar uşaqların mənafeyi ilə qərar qəbul edərkən uşaqların mənafeyinin daha üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı olduğunu vurğulamışdır. İşdən də görünən hal ondan ibarətdir ki, hazırki tələb hüquq və mənafeyinə toxunan azyaşlı Yusif İsazadə bir neçə xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq müalicələr tətbiq olunur. Qeyd edilən hal uşağın anasının işləməsinə də mane olur və Yusif İsazadə atası tərəfindən ödənilən aliment məbləğindən başqa digər maddi təminat mənbəyinə malik deyildir. Digər tərəfdən o da vurğulanmalıdır ki, tələbdən göründüyü kimi, iddiaçı ondan tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş etmişdir ki, sabit pul məbləğində alimentin tutulma əsasları Ailə Məcəlləsinin 78-ci maddəsi maddəsi ilə tənzimlənmişdir. Adıçəkilən normada sadalanmış əsaslardan hər hansı biri isə hazırki mübahisəyə münasibətdə mövcud deyildir. Son olaraq alimentin miqdarının dəyişdirilməsi əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 112-ci maddəsinə münasibətdə qeyd edilməlidir ki, həmin norma qanunvericilikdə imperativ norma kimi müəyyən edilməmiş, məhkəməyə həmin normada sadalanmış hallarda birinin mövcudluğu halında uşağın üstün hüquq və mənafeləri nəzərə alınmaqla qənaətə gəlinməsi imkanını müəyyən etmişdir. Beləliklə məhkəmə hesab edir ki, xeyrinə aliment tutulması qət edilmiş, hazırda isə həmin alimentin miqdarının dəyişdirilməsi xahiş edilmiş uşağın yuxarıda sadalanan mənafeyi ilə bağlı hallar əsas götürülməklə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar