Məhkəmə qərarları › İş №2(056)-1320/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1320/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1320/2023 08.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «Aliment» tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının ¼ hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə faktiki ailə qurmaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdeh birgə yaşadıqları dövrdə, həmçinin hal-hazırda uşağın tələbatları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Özü heç yerdə işləmir. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün cavabdehdən aliment tutulması zəruridir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ 316171 saylı X4 Haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2016-cı ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə xx.xx.2016-cı ildə 101 saylı akt qeydi tərtib edilmişdir. Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 837195 saylı «Doğum haqqında şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Şirvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 983 sayla qeyd edilmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialında yuyucu, əl ilə/ nəqliyyat vasitələri vəzifəsində işləyir və əmək haqqı 709 manat təşkil edir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər 2015-ci ildə faktiki nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2016-cı ildə X6 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrı olmaqla, iddiaçı azyaşlı övladı ilə birgə yaşayır, iddiaçı heç yerdə işləmir və azyaşlı uşağının tələbatını təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarının müəyyən edilməsi qaydasını tənzimləyən 76.1 və 76.1.1-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh rəsmi iş yerinə malik olmaqla müntəzəm aylıq gəlirə (qazanca) malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi rəhbər tutulmaqla cavabdehdən aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin iddiaçına xeyrinə tutulması qət edilməlidir. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi olaraq göstərilən tarix müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar