Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1578/2024 24.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edib evlənmiş, nikahlarını xx.xx.2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Bir müddət birgə yaşasalar da, sonradan münasibətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Hazırda xx.xx.2009-cu il təvəllüdlü X4 onun, xx.xx.2011-ci il təvəllüdlü X3 isə onun himayəsindədir. Onlar razılığa gəlmişdilər ki, uşaqlardan biri onun, digər cavabdehin yanında qaldığı üçün bir-birlərindən aliment tələb etməyəcəklər. Bundan sonra o, nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli. e-2(056)- 161/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, onlar arasında olan nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 onun, xx.xx.2011-ci il təvəllüdlü X1 isə cavabdehin yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi qət edilmişdir. Hazırda özü işsizdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Himayəsində olan Səid məktəbli olmaqla 9-cu sinifdə oxuyur. Onun gündəlik, aylıq, illik xərcləri hamıya bəllidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə işə baxılmasının yolverilməzliyi barədə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh işə baxılmasının yolverilməzliyi barədə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment ödənişi ilə bağlı mübahisə ilə əlaqədar məhkəmə çəkişməsi olmuş və iş yekunlaşmışdır. Mübahisə xx.xx.2024-cü ildə yekunlaşmış, qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmiş e-2(056)- 2396/2023 saylı həmin iş üzrə qətnaməyə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınıb ona verilməsi qət edilmişdir. Onların 15 il ərzində qurub yaratdıqları, qazandıqları bütün əmlaka, ailənin varidatına hazırda iddiaçı təkbaşına sahiblik edir. O, isə azyaşlı övladı ilə kirayədə yaşayır. Buna görə məhkəmə övladının minimal xərclərini qarşılamaq üçün minimum məbləğdən az olmamaqla, yəni 170 manat aliment təyin etdi. İndiki vəziyyətdə onların münasibəti, gəliri və s. haqqında hər hansı dəyişiklik olmamışdır. Qarşı tərəf prosessual müddəti ötürmüş və bu qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə olan halda aydındır ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minir. Buna görə də hesab edir ki, hazırki iddia məhkəmə mübahisəsinin predmeti ola bilməz və işə baxılması yolverilməzdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: AZ-İ No 525714 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Səfayət oğlu xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Sabirabad rayon Məhkəməsinin e-2(056)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin övladı xx.xx.2009-cu il təvəllüdlü X2 atası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X1 isə anası Cavabdeh yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 170 manat sabit pul məbləğində alimentin İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər xx.xx.2009cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah məhkəmə qətnaməsi əsasında pozulmuş, tərəflərin uşaqlarından xx.xx.2009-cu il təvəllüdlü X4 atası İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanmış, həmçinin azyaşlı uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iddiaçıdan alimentin tutulması qət edilmiş, digər azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə münasibət bildirilməmişdir. Hazırda iddiaçı Ailə Məcəlləsinin ona verdiyi hüquqdan istifadə edərək himayəsində saxlanmış uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün onun mənafeyi naminə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay 220 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə tərəflər arasında bu iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna istinad edib iddianı qəbul etməyərək iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşaqların qayğısına qalmağın hər iki valideynin borcu olması, uşağın maddi tələbatları ilə bağlı hüquq və mənafeləri (mövcud yaş durumu, bu yaş durumunda olan tələbatları), həmçinin Sabirabad rayon Məhkəməsinin e-2(056)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından anadan olmuş digər azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki iddiaçıdan cavabdehin xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsi halı nəzərə alınmaqla xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər aya görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməli və cəmi 200 manat aliment məbləhəmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iddianın yolverilməzliyi barədə ərizəsinə münasibətdə isə qeyd edilməlidir ki, Sabirabad rayon Məhkəməsinin e-2(056)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilərkən hazırki iddiaçı tərəfindən alimentlə bağlı tələb olmamış və məhkəmə tərəfindən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması məsələsinə münasibət bildirilməmişdir ki, həmin qətnamənin qanuni qüvvəsini almasına istinad edilməklə Azərbaycan Respublikasının MPM-nin 153.2-ci maddəsinə istinadən iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilmənin əsaslarının yaranmasından söhbət getmiş olsun. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi olaraq göstərilən tarix müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1578/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1578/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver