Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1817/2023 20.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablamaqla hər ay hər uşaq üçün 130 manat olmaqla, ayda cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə ailə qurmaqla xx.xx.2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Nəzərova Səma və xx.xx.2016-cı il tarixdə Nəzərova Dərya adlı uşaqları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aralarında olan rəsmi nikah pozulmuş və uşaqların onun yanında qalmaları müəyyən edilmişdir. Qarşılıqlı razılığa əsasən cavabdeh uşaqlara köməklik göstərəcəyini bildirsə də, uşaqların saxlanılması üçün ona heç bir köməklik göstərməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarından görünür ki, tərəflərin nikahlarından xx.xx.2013-cü il tarixdə Nəzərova Səma və xx.xx.2016-cı il tarixdə Nəzərova Dərya adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)- 43/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Nəzərova (Əhmədova) Aysel Ziya qızı arasında Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Quruzma kənd ərazi dairəsi üzrə nümayəndəliyində 01 oktyabr 2012-ci il tarixdə bağlanmış və 97№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 iddiaçı Nəzərova (Əhmədova) Aysel Ziya qızının yanında saxlanmasının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər xx.xx.2012ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Nəzərova Səma və xx.xx.2016-cı il tarixdə Nəzərova Dərya adlı uşaqları doğulmuşdur. Tərəflər Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında rəsmi olaraq ayrılmışlar və uşaqların ananın yanında qalmaları müəyyən edilmişdir. İddiaçı heç yerdə işləmir və azyaşlı uşaqlarının tələbatını təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. İş materiallarından aydın olur ki, tərəflər arasında alimentin məbləği barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmuşdur. Belə ki, iddiaçı hər ay cavabdehdən hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat alimentin tutulmasını xahiş etmiş, cavabdeh də iddi tələbini etiraf edərək qeyd olunan qaydada ondan aliment tutulmasına etiraz etmədiyini bildirmişdir. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin aliment məbləği barədə qarşılıqlı razılaşması nəzərə alınmaqla cavabdehdən uşaqların saxlanması üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat müəyyən edilməlidir. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qətnamə əsasında təyin ediləcək alimentin tutulmağa başlanmasının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi göstərilən tarix kimi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2013cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1817/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1817/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver