Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1949/2025 18.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 və vəkili Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ilin iyul ayında mülkiyyətçi X1 1700 manata almış olduğu mübahisəli 1.7557 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi 5 nəfər, yəni, X13, X5, Cavabdeh, X6 və X4 mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi üzrə həmin şəxslərin payları müəyyən olunmamışdır. Mübahisəli 1.7557 ha. torpaq sahəsini 2007-ci ilin iyul ayında 1700 manata mülkiyyətçi X1 almışdır. Torpaq sahəsinin satılmasının təşəbbüsü Qurbanqulu Abuşov tərəfindən olmuşdur. O, həmin pulla oğlu Cavabdeh toy etmişdir. Bundan bir il sonra isə bütün ailə üzvləri notariusa gedərək ona 90 illik etibarnamə vermişlər. X22 şəhərində qeydiyyat olduğundan onun adına Dövlət AKTı olmayıb. 1,7557 ha torpaq sahəsinin cəmi 0.20 ha hissəsi əkinə yaralı olumuşdur. 2010-cu ildə Kür çayının daşması ilə əlaqədar həmin torpaq sahəsi su altında qaldığından tam şorlaşmışdır. Bundan sonra torpaq sahəsinin bütün sərhəd boyu kollektor çəkdirmiş, lazer tipli aqreqat vasitəsi ilə torpaq sahəsini hamarlanmış, qazılmış dren təkrar dərinləşdirilmişdir. Hələ 27 aprel 2021-cı ildə mütəxəsis tərəfindən sahəyə baxış keçirilərək görülmüş işlər barədə və ona çəkilən xərclər barədə mütəxəsis rəyi tərtib edilmişdi. xx.xx.2021-ci ildə tərtib edilən rəyə əsasən həmin dövrə qədər bütün bunlar üçün 3906 manat 40 qəpik vəsait sərf edilmişdir. Torpaq sahəsinın şoranlığı aradan qaldırılandan sonra, torpaq sahəsi yararlı hala düşəndən sonra payçı Cavabdeh torpaq sahəsini geri almaq fikrinə düşmüş və onun həmin sahədən çıxmağını tələb edir. O, torpaq sahəsinə öz mülkiyyəti kimi yanaşaraq az yararlı torpaq sahəsini yararlı hala salmaq üçün aqrotexniki tədbirlər görmüşdür. Hazırda torpaq sahəsi yaxşı vəziyyətdədir. Əgər torpaq sahəsini qaytarmalı olsa, onun eyni ölçüdə digər torpaq sahəsi almaq zərurəti meydana çıxacaq. Bunun üçün də pul verməlidir. O, kənd təsərrüfatı ilə məşğul olur. Ailənin dolanışığı torpaqla bağlıdır. Torpaq sahəsinin olması bu səbəbdən onun üçün vacibdir. Artıq 17 ildir ki, o, faktiki olaraq aldığı mübahisəli torpaq sahəsini istifadə edir və sahiblik hüquqlarını həyata keçirir. Torpaq sahəsini yuxarıda qeyd edilən pul məbləğində almışdır. Faktiki olaraq istifadəsindədir. X23 əsli ona verilmişdir. Əlavə olaraq bildirir ki, mübahisə predmeti olan torpaq sahəsini alqı-satqı məqsədi ilə almışdır. Lakin ondan aslı olmayan səbəbdən sənədləşmə işlərini başa çatdıra bilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin payçıları eyni vaxtda Notariat kontoruna gəlmədikləri üçün sahəsini adına sənədləşdirə bilməmişdir. Torpaq ancaq buna baxmayaraq hal-hazırda mübahisəli torpaq sahəsinin payçısı Cavabdeh həmin sahəni geri qaytarmağını tələb edir. Bildiririr ki, mübahisə predmeti olan torpaq sahəsini keçmiş mülkiyyətçilərindən qanuni əsaslarla razılaşma əsasında əldə etdiklərindən və bununla da torpağın sahibi olaraq almış olduğları tarixindən hal-hazıradək istifadələrində olduğundan və bununla bağlı keçən müddət ərzində heç bir şikayət və etiraz olmadığından həmin sahə mülkiyyətində olan əmlak kimi qəbul edilməli, torpaq sahəsininə dair alq-satqı müqaviləsinin bağlanmış hesab edilməlidir. Qeyd olunmuş əsaslara uyğun olaraq cavabdehə qarşı "torpaq sahəsininə dair alq-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 və vəkili Nümayəndə1 ayrı-ayrılıqda iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan Regional Vəkil Bürosunun müdiri cənab Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1082 nömrəli məktubda qeyd olunur ki, Şirvan şəhər 2 saylı Dövlət Notariat Ofisində xx.xx.2008-ci il tarixdə 7E-2986 reyestrlə X8 adından X14 adına xx.xx.2098-ci ilədək (90 il) tam sərəncam vermək hüququ ilə (Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 1-3/1 nömrəli qərarı, AR Torpaq Mülkiyyət Hüququna Dair JN-329, KOD 90902018 saylı Dövlət Aktına əsasn Sabirabad 1.76 ha torpaq sahəsinə) etibarnamə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2008-ci il tarixli, ƏN-İ 109125 nömrəli etibarnamədən görünür ki, Sabirabad rayonu, Azadakənd kəndində yaşayan X2 rayonu, Azadakənd kəndində yaşayan X16 Sabirabad rayonu, Aqrar İslahat Komissiyasının 05 yanvar 1998-ci il tarixli, 1-3/1 nömrəli qərarı, Torpaq Mülkiyyət Hüququna dair JN-329, Kod 90902018 saylı Dövlət AKTına əsasən Sabirabad rayonunda yerləşən onlara məxsus olan 1.76 ha torpaq sahəsinin üzərində tam sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 90 il müddətinə verilib və xx.xx.2098-ci ilədək qüvvədədir. Belə ki iş materiallarında olan eyni tərəflər arasında eyni mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Sabirabad rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(056)-1383/2024 saylı Qətnaməsinin məzmununda əks olunmuş tərəflərin izahatlarından və şahid qismində dindirilmiş X17 ifadəsindən aydın olur ki, Sabirabad rayonu, AİK-nın xx.xx.1998ci il tarixli 1-3/1 nömrəli qərarı əsasında tərtib edilmiş Torpaq Mülkiyyət Hüququna dair JN-329, Kod:90902018 saylı Dövlət AKTı (hazırkı yeni mülkiyyət sənədi - reyestr nömrəsi: **********62; qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi xx.xx.2021) əsasında Cavabdeh, onun anası X10 və onun digər ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Sabirabad rayonu Azadkənd kəndində yerləşən 1,7557 ha. torpaq sahəsi X18 tərəfindən 2007-ci ildə 1700 manat pul müqabilində torpaq sahəsinin üzərində tam sərəncam verməsinə dair X16 90 (doxsan) il müddətinə səlahiyyətlər verilməsi barədə Şirvan şəhəri 2 saylı Dövlət Notariat kontoru tərəfindən xx.xx.2008-ci il tarixli ƏN-İ 109125 nömrəli etibarnamə vermək yolu ilə (sonradan həmin səlahiyyətlər Elçin Hacıyev tərəfindən İddiaçı 90 il müddətə, yəni xx.xx.2098ci il tarixədək dövr üçün ötürülmüşdür), yəni torpağı hər hansı qaydada özgəninkiləşdirməsi üçün İddiaçı şərait yaradıb belə bir imkan verməklə, bununla da X3, onun arvadı X11 və oğlu Cavabdeh 1700 manat pul müqabilində torpağı faktiki olaraq İddiaçı satmışlar və torpaq sahəsi həmin tarixdən bu günədək İddiaçı sahibliyi və istifadəsində olmuş, həmin dövr ərzində İddiaçı özünü torpağın qanuni mülkiyyətçisi və sahibi hesab edərək, torpağın abadlaşdırılması məqsədilə ona qulluq etmiş və bunun nəticəsində müvafiq pul vəsaiti xərcləmişdir. Lakin İddiaçı torpağın mülkiyyətçi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ƏN-İ 109125 nömrəli və xx.xx.2010-cu il tarixli ƏN-İ 128015 nömrəli etibarnamələr əsasında buna imkanı və səlahiyyəti olduğu halda, özünü torpağın mülkiyyətçisi kimi zənn edərək, daşınmaz əşyaların özgəninkiləşdirməsi üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun qaydada torpağı öz adına rəsmiləşdirilməsinə dair hərəkətlər etməyə çalışsa da, lakin torpağın ümumi birgə mülkiyyətçilərini eyni vaxtda notariat kontoruna toplamaq üçün onlara dəfələrlə məlumat versə də, onlar hamısı birlikdə gəlmədikləri səbəbindən alqı-satqının notarial qaydada rəsmiləşdirilməsi baş tutmamışdır. Həmin vaxtdan 16 il müddət keçdikdən sonra torpağın ümumi birgə mülkiyyətçilərdən Cavabdeh hazırkı ilkin iddia ilə məhkəməyə müraciət edərək, torpağı İddiaçı sahibliyindən alınaraq onlara qaytarılmasını tələb edir və iddia tələbinin əsası kimi həmin torpağı daimi deyil, məhz müvəqqəti olaraq, yəni 15 il müddətinə 500 manat müqabilində İddiaçı müvəqqəti istifadəsinə verilməsi hallarına əsaslanır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh və onun ailə üzvləri arasında Sabirabad rayonu Azadkənd kəndində yerləşən mübahisəli torpaq sahəsinə dair tərəflər arasında faktiki olaraq alqı-satqı niyyətlərinin olması və özləri üçün müəyyən edilmiş alqı-satqı hərəkətlərinin (pul müqabilində etibarnamə verilməsi) keçirilməsinə baxmayaraq, lakin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın alqı-satqısı məhz bu qəbildən olan əqdlər üçün müəyyən olunmuş müvafiq prosedura əməl edildiyi halda tanına bilər. Belə ki, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Mülki Məcəllənin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin bağlanmış sayılması üçün yuxarıda istinad olunan Mülki Məcəllənin 647.1-ci maddəsi ilə müəyyən olunmuş qaydaya riayət olunması mütləqdir. Hazırkı mübahisə tərəfləri arasında Sabirabad rayonu Azadkənd kəndində yerləşən mübahisəli torpaq sahəsinin alqı-satqısının özləri üçün müəyyən edilmiş qaydada (pul müqabilində etibarnamə verilməsi) faktiki olaraq həyata keçirilməsinə baxmayaraq, lakin həmin tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi olmadığından, alqı-satqı müqaviləsi bağlanmış və etibarlı əqd kimi hesab edilə bilməz. Yuxarıda istinad olunan maddi hüquq normasına və mübahisənin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı - Cavabdeh qarşı 2007-ci ilin iyul ayında mülkiyyətçi X1 1700 manat müqabilində alınmış mübahisəli 1.7557 ha. torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1949/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1949/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver