Məhkəmə qərarları › İş №2(056)-1988/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1988/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1988/2023 15.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsinin alınması üçün verilmiş 2000 manat məbləğində pul vəsaitinin, 40 manat ödənilmiş dövlət rüsumunun və MPM-nin 121.1-ci maddəsinə əsasən hüquqi yardıma görə ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi lazım olduğu üçün Cavabdeh onun Qalaqayın sənaye məhəlləsinin yanında 35 sot həyətyanı torpaq sahəsi olduğunu bildirmişdir. Cavabdehin deməsinə görə torpaq sahəsi 50x69 metr ölçüdə olmuşdur. O, həmin torpaq sahəsini almaq üçün cavabdehlə 4000 manata razılaşmışdır. Tərəfindən xx.xx.2021-ci il tarixdə 2000 manat nağd formada cavabdehə pul verilmişdir. Qalan 2000 manat pulu isə torpağın sənədləşdirilməsi başa çatanadan sonra verəcəyi barədə razılaşmışlar. Sonradan məlum olmuşdur ki, torpaq sahəsi 35 sot yox, cəmi 18 sotdur. Bundan da əlavə cavabdeh ona bildirmişdir ki, 18 sotun yarısı onun arvadınındır. Qalan 9 sotu isə ona satacaqdır. Bundan əlavə müəyyən olunmuşdur ki, cavabdehin torpaq sahələrinə dair heç bir sənədi yoxdur. Cavabdeh onun inandırmaq məqsədi ilə ona notarial qaydada təsdiq edilmiş etibarnamə vermiş, həmçinin 2000 manat məbləğində pulu ondan alması və qalan 2000 manatı isə bir il sonra ondan alacağı barədə ərizə yazmışdır. Hazırda cavabdeh ondan aldığı 2000 manat məbləğində pul vəsaitini ona qaytarmır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı etiraf edərək həqiqətən də, iddiaçıdan torpaq satmaq üçün 2000 manat məbləğində pul almasını, lakin torpağın sənədlərini düzəldə bilmədiyi üçün torpağı iddiaçıya verə bilmədiyini, həmçinin iddiaçıdan aldığı pulu imkanı olmadığı üçün qaytara bilmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında cavabdehin ailə üzvlərinin paylı mülkiyyəti olan torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşmadan sonra iddiaçı tərəfindən cavabdehə 2000 manat nağd şəkildə pul verilmişdir. Lakin sonradan cavabdeh torpaq sahəsini sənədləşdirə bilmədiyindən iddiaçı ilə cavabdeh arasındakı torpaq alqı-satqısına dair razılaşma pozulmuş, cavabdeh tərəfindən torpaq sahəsi müqabilində aldığı pul vəsaitini iddiaçıya qaytarılmadığından, tərəflər arasında mübahisə yaranmışdır. Hazırkı mübahisədən görünür ki, cavabdehdeh Cavabdeh İddiaçı torpaq alqı-satqısı adı ilə aldığı 2000 manat pul vəsaiti müqabilində torpaq sahəsinin İddiaçınun adına rəsmiləşdirərək onun sərəncamına verməli olduğu halda bunu etməmiş, bununla belə hər hansı qanuni əsas və ya müqavilə olmadan İddiaçı aldığı həmin pul vəsaitini ona qaytarmaqdan yayınmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2000 manat pul verərkən, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə torpağın ona verilməsi adı ilə pulun verilməsinin gözlənilən məqsədi, torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirməklə, onun sərəncamına verilməsi olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən, yəni torpaq sahəsi onun adına rəsmiləşdirilməməklə, onun sərəncamına verilmədiyindən, iddiaçı məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı torpaq alqı-satqısı adı ilə aldığı 2000 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olub təmin edildiyindən göstərilən hissədə də tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən ödənilmiş 40 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 60 manat pul vəsaiti olmaqla, ümumilikdə isə 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar