Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1996/2025 17.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(056)-1347/2024 saylı qətnaməsinə əsasən cavabdehin xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəalarına uyğun olaraq yarı hissəsində 300 (iki yüz) manata qədər azaldılması və cavabdehin xeyrinə ondan xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanması hər ay əmək haqqının yarı hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)- 1347/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022- ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi, mediasiya xərcinin əvəzinin 55 (əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzinin 50 (əlli) manatın İddiaçı tutulub Cavabdeh qızma verilməsi, qətnamənin “alimentin tutulması” hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Hazırki iş üzrə Cavabdeh qərəzli olaraq onun və valideynlərinin xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı uşaqlarla ünsiyyətdə olmalarına maneə olur. Hətta məhkəmədə təyin olunmuş aliment absuddur. Onların boşanmalarına səbəbi Cavabdeh ona xəyanət etməsi səbəbi olmuşdur. Leyla isə xəyanətinin üstünün açılmasından sonra xx.xx.2024-cü il tarixdə azyaşlı uşaqları da götürərək evdən çıxmışdır. Xəyanətinin onlarda sübutları var və həmin sübutlar BAKCELL-dən çıxartdığı danışıq yazışmalarıdır. Bunun vasitəsi Leylanın bibisi qızı olmuşdur. Həmin ona xəyanət etdiyi oğlanla görüşməsi də var. Hətta boşanma zamanı atası Nümayəndə də onui nümayəndə qismində təmsil edən zaman da həmin xüsusatları bildirmişdir. Lakin məhkəmə heyəti həmin xüsusatı ciddi almayaraq hal-hazırda uşaqların yaxşı yaşaması, rifahı üçün aliment hissəsinə baxıldığını bildirmişdir. Azyaşlı uşaqlarının anası Leylanın yanında qalması onların gələcəyi üçün mənfi rəyin formalaşmasına gətirib çıxaracaqdır. Evə baxmağa da imkanı çatır. Ev isə şəxsi evləridir. Hal-hazırda özü ailə həyatı qurmamışdır. Hazırki cavabdehlə eyni küçədə qalırlar, yəni qonşudurlar. Hətta cavabdehlə qohumluq əlaqələri də vardır. Onun atasının bibisi nəvəsi sayılır. Hətta xəyanəti Leylanın atası Əliyə də sübut kimi təqdim etmişdir. Atası isə cavabında bildirdi ki, onun əlindən heç nə gəlmir. Atası da demişdir ki, biri bacın qızıdır və biri də qonşundur. Dövlət var və onların qurumu var. Hazırda qızının ailə həyatını dağıdır və onun barəsində müvafiq qurumlara şikayət etsin ki, sonuncu barəsində tədbir görülsün. Əli onun atasının sözlərinə məhəl qoyulmadı və söhbət elə də qaldı. Aydın məsələdir ki, cavabdehin bibisi qızıdır və onu özünə yaxın bildiyi üçün bu söhbətə heç bir reaksiya vermədi. Alimentin azaldılmasına dair münasibətdə isə bildirmək istəmişdir ki, xx.xx.2025-ci il tarixli Rusiya vətəndaşı ilə əmək müqaviləsinə əsasən İşçi, İP Semenova Y.A.-da mühafizəçi vəzifəsini icra etməyi, daxili əmək qaydalarına riayət etməyi öhdəsinə götürür, işəgötürən isə İşçiyə lazımi əmək şəraitinin yaradılmasını və əmək haqqının Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyinə, lokal normativ aktlara və bu müqaviləyə uyğun olaraq vaxtında ödənilməsini təmin etməyi öhdəsinə götürür. İşə başlama tarixi: xx.xx.2025-ci il Əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən etibarən müddətsiz bağlanılır. Bu müqavilə üzrə iş İşçi üçün əsas iş yeri hesab olunur, iş yeri: Moskva şəhəri, Viinüskaya küçəsi, ev 7, korpus 2 ünvanında yerləşən “Mini Market” mağazasıdır. Sınaq müddəti müəyyən edilmir. Əmək haqqı: 30 000 (otuz min) rubl məbləğində (Azərbaycan manat məzənnəsi ilə 580 manat müəyyən edilir. İşçi aşağıdakı hüquqlara malikdir: Bu müqaviləyə əsasən görülmüş işin miqdarı və keyfiyyətinə uyğun olaraq əmək haqqının tam və vaxtında ödənilməsi; Qanunvericiliyə uyğun olaraq illik ödənişli məzuniyyət və həftəlik istirahət hüququ;. Əmək qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlar. İşçi üçün aşağıdakı iş rejimi müəyyən edilir: İşin başlama vaxtı: 21:00, işin bitmə vaxtı: 09:00 müəyyən edilmişdir. Hazırda o, satıcı işləyir və onun vəzifə maaşı 580 manat təşkil edir. Digər gəlir yeri yoxdur. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, mənafeyini təmsil etdiyi şəxs İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahlarını 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 uşaqları doğulmuşdur. Cavabdehin etdiyi xəyanətə görə ayrılmışlar. Əvvəllər Rusiya Federasiyasında yaşamışlar. Daha sonra oğlu 3 ay ərzində nəyi var nəyi yox satıb Azərbaycan gəlmişdir. Gəldikdən sonra Leylanın ona qarşı xəyanətinə görə rəsmi olaraq ayrılmışlar. Oğlu bu biabrçılıqdan sonra Azərbaycandan köçüb getmiş və ona xəyanət edən şəxsə aliment verməyəcəyini bildirmişdir. Bu günə qədər olan ödənişləri də özü etmişdir. Cavabdeh tərəf isə uşaqlarla ünsiyyətdə olmağa belə maneəçilik törədir. Alimentə qaldıqda isə gücü çatdıqca ödəniş edəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, guya iddiaçı tərəf 500 manat əmək haqqı alır. Bunların hamısı cəfəngiyyatdır. Onların iki evi və bir fəaliyyət göstərən mağazaları vardır. Mülkiyyətlərində bahalı maşın idarə edirlər. Çox gözəl şəraitləri vardır. Son iki ildir ki, iddiaçı tərəf uşaqlarına maddi yardım etmir və aliment belə ödəmirlər. Onsuz bu alimenti ödəmirlər, nəyə göə alimentin azaldılması barədə iddia tələbi irəli sürürlər. İddiaçı ilə icra məmuru dəfələrlə alimentlə bağlı əlaqə saxlasa da, Əliheydər aliment ödəməkdən birbaşa imtina etmişdir. İddiaçının atası isə onu hərbi vəzifədən yayındırmaq üçün 3 gün xəstəxanada yatızdırmışdır ki, hərbiyə aparmasınlar. Hazırda onun himayəsində olan 2-ci oğlu xəstədir. Onun daimi müalicəyə ehtiyacı var. Həmişə onu Şirvan şəhərində yerləşən klinikaya aparır və həkim də bildirmişdir ki, o uşaq daimi nəzarətdə olmalıdır. Himayəsində 3 azyaşlı uşaqları var, özü də işləmir və atası da fəhləçiliklə məşğuldur. Ümumiyyətlə alimentin azaldılmasını qəti istəmir. Çünki hazırk dövrdə bir uşağa münasibətdə 200 manatla uşaq saxlamaq məntiqə sıxmır. İddiaçı isə aliment ödəmədiyi üçün icra məmuru tərəfindən axtarışdadır. Göstərdiyi xüsusatlara əsasən o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)- 1347/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 80 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019-cü il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 600 (altı yüz) manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi, mediasiya xərcinin əvəzinin 55 (əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzinin 50 (əlli) manatın İddiaçı tutulub Cavabdeh verilməsi, qətnamənin “alimentin tutulması” hissəsinin dərhal icraya yönəldilməsi və iddia tələbi qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. İş materiallarına həmçinin xx.xx.2025-ci il tarixli əmək müqaviləsi və cavabdehin səs yazıllarını, və 4 ədəd videonu özündə əks etdirən CD disk əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Məhkəməyə təqdim edilmiş Sabirabad Rayon İcra və probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli borclunun axtarılması haqqında qərarının surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı barəsində axtarış elan edilmişdir. Məhkəməyə həmçinin təqdim edilmiş xx.xx.2018-ci il təvəllüdlü X5 xəstəlikləri haqqında çıxarışlardan, respetlərdən və digər sənədlərdən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 problemlər vardır və uşağa daimi olaraq dərman preparatları təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisəyə qeyd edilən normalar kontekstində yanaşdıqda məlum olur ki, istər daxili qanunvericilik, istər beynəlxalq Konvensiyalar uşaqların mənafeyi ilə qərar qəbul edərkən uşaqların mənafeyinin daha üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı olduğunu vurğulamışdır. İşdən də görünən hal ondan ibarətdir ki, hazırki tələb hüquq və mənafeyinə toxunan uşaqlardan biri Heydər Əliyev bir neçə xəstəlikdən əziyyət çəkir və ona mütəmadi olaraq müalicələr tətbiq olunur. Qeyd edilən hal uşağın anasının işləməsinə də mane olur və Heydər Əliyev atası tərəfindən ödənilən aliment məbləğindən başqa digər maddi təminat mənbəyinə malik deyildir. Digər tərəfdən o da vurğulanmalıdır ki, iddiaçı iddia tələbində də göstərmişdir ki, onun evə baxmağa maddi imkanı şatır və şəxs evləri vardır. Bu hal isə alimentin azaldılmasının maddi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-nin 112.1-ci maddəsi ilə uzlaşmayan hal kimi nəzərə alınmalıdır. Belə ki, qanunvericiliyin tələbindən də aydın olduğu kiimi, alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı iddia, məsələn alimentin miqdarının azaldılması ilə bağlı iddia aliment ödəyən tərəfin maddi vəziyyətinin əvvəllər aliment ödədiyi dövrə münasibətdə pisləşməsi halında və ya ailə vəziyyətində dəyişdiklik baş verdiyi halda qadırılır ki, iddiaçının göstərdiklərindən də aydın olur ki, onun uşaqlarının tələbatlarını qarşılamaq üçün maddi vəziyyətində, həmçinin ailə vəziyyətində dəyişiklik baş verməmişdir (iddia ərizəsində də göstərmişdir ki, aliə həyatı qurmamışdır). Bundan əlavə, iddiaçı iddia ərizəsində Rusiya Federasiyasında müqavilə bağlayıb rəsmi iş yerinə malik olduğuna istinad edib alimentin azaldılmasını xahiş etmişdir ki, həmin müqavilədə iddiaçının mühafizəçi vəzifəsinə işə qəbul edilməsi göstərilmiş, iddiaçı isə elə iddia ərizəsinin daxilində satıcı işlədiyini göstərmişdir. Son olaraq o da qeyd edilməlidir ki, iddia ərizəsinin mahiyyətindən aydın olan hal odur ki, iddiaçı alimentin azaldılmasının onun maddi vəziyyətində dəyişiklik baş verməsindən çox, əsasən uşaqları ilə ünsiyyətdə ola bilməməkdən, cavabdehin xəyanətindən, uşaqların iddiaçının himayyəsində saxlanmasının uşaqların gələcəyi üçün mənfi rəy formalaşdırmasına gətirib çıxaracağından bəhs etmişdir. Göstərilən son iki abzasdakı hallar ümumiləşdirildikdə məhkəmə hesab edir ki, qətnamə qəbul edilərkən bu hallar da nəzərə alınmalıdır. Son olaraq alimentin miqdarının dəyişdirilməsi əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 112-ci maddəsinə münasibətdə qeyd edilməlidir ki, həmin norma qanunvericilikdə imperativ norma kimi müəyyən edilməmiş, məhkəməyə həmin normada sadalanmış hallarda birinin mövcudluğu halında uşağın üstün hüquq və mənafeləri nəzərə alınmaqla qənaətə gəlinməsi imkanını müəyyən etmişdir. Beləliklə məhkəmə hesab edir ki, xeyrinə aliment tutulması qət edilmiş, hazırda isə həmin alimentin miqdarının dəyişdirilməsi xahiş edilmiş uşaqların mənafeyi ilə bağlı hallar (sağlamlıq durumu, məktəbli və bağça yaşında olmaları, bu xüsusda artan tələbatları) əsas götürülməklə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1996/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1996/2025
17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver