Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2/2023 22.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, iddiaçı X8, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, iddiaçı X8 - cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X12 - cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən 0,1195 ha torpaq sahəsinin orta hissəsində qazılmış kanalın doldurulması, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, Torpağın yararsız vəziyyətə salınması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə ümumilikdə 5000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu, Həşimxalı kəndində yerləşən 0.1195 hektar torpaq sahəsi 2000-ci ildən onun istifadəsində olmuş və həmin torpaq sahəsində əkin işləri aparılmışdır. Qeyd olunan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun xüsusi mülkiyyəti kimi qeydə alınmış və bu barədə ona xx.xx.2019-cu il tarixli ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilmişdir. Lakin onun xüsusi mülkiyyətində olan torpaq sahəsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yararsız vəziyyətə düşmüş və torpaq sahəsindən istifadə hüququ tamamilə məhdudlaşdırılmışdır. Belə ki, cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsinin orta hissəsində böyük bir kanal qazılmışdır. Kanal torpaq sahəsinin orta hissəsindən keçdiyi üçün həmin torpaq sahəsində nə tikinti işləri, nə də əkin işləri apara bilmir. O, qazılmış kanalın doldurularaq ləğv edilməsi və torpaq sahəsinin bərpa edilməsi ilə bağlı Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinə ərizə ilə muraciət etmişdir. Cavabdeh1rizəsinə 25 noyabr 2020-ci il tarixli məktubla cavab verərək torpaq sahəsində qazılan kanalın kollektor olmaması, təbii axmaz göldə çoxalan suların yaxınlıqdakı drenə axıdılması üçün keçmiş kollektiv təsərrüfatçılıq dövründə qazılmış arx olması, həmin arxın kənd bələdiyyəsinə aid olmasını, həmin arxın doldurularaq ləğv edilməsi barədə qərarın kənd bələdiyyəsi tərəfindən qəbul edilməli olmasını, kənd bələdiyyəsinin arxın doldurularaq ləğv edilməsi ilə bağlı qərar qəbul edib Səhmdar Cəmiyyətə müraciət edəcəyi təqdirdə bu işdə texnika ilə köməklik göstərilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. O, qeyd olunan cavab məktubunu aldıqdan sonra eyni məzmunlu ərizə ilə X4 müraciət etmişdir. X7 ərizəsinə xx.xx.2021ci tarixli məktubla cavab verərək torpaq sahəsində aparılmış qazıntının su kanalı deyil, açıq tipli kollektor olmasını, həmin kanalın Bələdiyyə tərəfindən qazılmadığını bələdiyyənin əhalinin ümumi istifadəsində olan hər hans bir şəbəkənin ləğv edilməsi barədə hüquqi normativ akt qəbul etmək səlahiyyətinin olmamasını, cavabın onu qane etmədiyi halda məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. O, qeyd olunan torpaq sahəsində yüksək bar verən meyvə ağaclarının (gilas, alça, ərik) becərilməsi və meyvə satışını həyata keçirmək niyyətində olmuş və bu barədə meyvə agaclarının ölkəyə gətirilməsini təmin edən şirkətlərin nümayəndələri ilə razılıq əldə etmişdir. Qeyd olunan şirkətin nümayəndələri torpaq sahəsinə baxış keçirmiş torpağın yararsız vəziyyətdə olması bildirilərək ona meyvə ağaclarının verilməsindən imtina edilmişdir. Cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpağın yararsız vəziyyətə salınması nəticəsində və əldən çıxmış faydaya görə ona 5000 (beş min) manat ziyan dəymişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 iddia tələblərinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan kanalın yerləşdiyi torpaq sahəsi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçı X12 tərəfindən əldə edilmişdir və həmin torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə reyestrdə qeydə alınmışdır. Lakin iddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan suvarma su kanalı (beton kanal) isə 1980-ci illərdə inşa edilərək Suvarma Sistemləri İdarəsinin balansına aid edilmişdir və kanal həmin vaxt inşa edilərkən, üzərində yerləşdiyi torpaq sahəsi iddiaçının və ya hər hansı digər şəxsin mülkiyyətində olmamışdır və həmin torpaq sahəsi kanalın mühafizə zolağı olduğu halda hər hansı şəxsin istifadəsinə verilə bilməzdir. Həmin kanal kollektor kimi fəaliyyət göstərərək təyinatı keçən dren axmazın (qurunt sularının) nəqlinə xidmət edir. Belə ki, Kür çayı ətrafında olan bütün axmaz və qobuların X6 İdarəsinin balansında olan Kollektor dren Şəbəkəsi ilə əlaqələri vardır ki, həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılır. Buna görə də təbii yaranmış bütün axmazlarda toplanan grunt və çirkab sular həyətyanı və əkin sahələrinə ziyan vurmaması üçün kollektora axıdılaraq kənarlaşdırılır. Bunun da axmaz və qobular ətrafında olan torpaqların meliorativ vəziyyətinin qorunub saxlanmasında müstəsna əhəmiyyəti vardır. Qeyd edilənlər Həşimxanlıı kəndində olan təbii axmaza da aiddir. Həşimxanlıı kəndində mövcud olan axmazda toplanan qrunt va çirkab sular vaxtilə kolxoz-sovxoz dövründə çəkilmiş uzunluğu 90,0 metr olan açıq tipli kanal vasitəsilə kollektora axıdılır. 1980- 1985-ci illərdə mövcud olan açıq tipli kanal (drenaj) yeni çəkilmiş beton üzlüklü su kanalı ilə kəsişdiyinə və tranzit axımın kəsilməməsinə görə borulu keçid-hidrotexniki qurğu olan duker tikilmiş, həmin duker vasitəsilə sular ötürülmüşdür. Qeyd olunan 90 metr kanal (drenaj) əhalinin ümumi istifadəsindədir və heç bir torpaq payçısının kollektorun mühafizə zolağında mülkiyyət hüququ ola bilməz. Əgər bu kanal ləğv olunarsa ətrafında yaşayan kənd sakinlərinin kütləvi haqlı narazılığına səbəb olacaqdır. Göstərilənlərə əsaslanaraq axmazda toplanan qrunt suların kollektora axıdılmasını təmin edən mübahisəli kanalın doldurularaq ləğv edilməsi və yaxud ləğvi məqsədəuyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılması nı məhkəmədən xahiş edir. Cavabdeh Sabirabad rayon Həşimxanlıı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə Sabirabad rayon Həşimxanlıı Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və cavabdeh təşkilat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 İdarəsinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışdan görünür ki, Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən 0,1195 hektar torpaq sahəsi tam mülkiyyət üzrə X8 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunur ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən 0,1195 hektar torpaq sahəsinin xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı ekspert rəyindən görünür ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında iddiaçı X11 məxsus Sabirabad rayonu, Həşimxanlıı kəndində yerləşən 0,1195 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində keçən su kanalının (kollektorun) sərhədləri, ölçüləri və kordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçı X8 ləğv edilməsini (doldurularaq ləğv edilməsi nı) tələb etdiyi mübahisəli su kanalı (kollektor) Seriya RX ******* nömrəli Çıxarış əsasında iddiaçı X11 məxsus Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən 0,1195 ha torpaq sahəsinin üzərindən keçir və həmin su kanalının (kollektorun) mövcudluğu İddiaçı mülkiyyətində olan 0,1195 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi hüquqlarını məhdudlaşdırır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC X1 və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/31№-li arayışda qeyd olunur ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə iddiaçı X8 cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfat ASC-yə və Sabirabad rayonu Həşimxanlıı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın ödənilməsi" tələbi barədə mülki iş üzrə məhkəmə tikinti-mühəndis və torpaqşünas ekspertiziyası təyin edilmişdir. İddiaçı ərizə və şikayət məktublarında ona məxsus 0,1195 ha torpaq sahəsindən keçən su kanalı ona heç bir ziyan vurmur. Adı çəkilən ərazidən 1988-ci ildə çəkilmiş beton kanalı altından dəmir boru atılmışdır. Qurunt suların axıdılması üçün nəzərdə tutularaq həmin beton kanal inşa edilən zaman Axmaz adlanan təbii su tutarın suyu açıq dren şəklində yığıcı kollektora tökülürmüş. v). "xxxx" ASC-nin MİOQ va SİMN mütəxəssisi kimi əraziyə baxış keçirərək məlum etmişlər ki, İddiaçı 0.1195 ha əkin sahəsinin yanından keçən suvarma su kanalı (beton kanal) 1988-ci ildə inşa edilib. SSİ-nin balansındadır. Həmin kanal İddiaçı əkin sahəsinə heç bir aidiyyatı yoxdur. Onun sahəsindən keçən dren axmazın qrunt suyunun axıdılması üçün qazılan kollektordur. q). İddaçı İddiaçı 0,1195 ha torpaq sahəsindən suvarma su kanalı keçmir. Axmaz deyilən təbii su tutarının suyunu axıtmaq üçün qazılan (kalxoz-sovxoz dövründa) kiçik həcmli dren sonradan kənd camahatının müraciəti ilə genişlənərək lildən təmizlənmiş, hal-hazırda fəaliyyətdədir. q). İddiaçı torpaq sahəsindən keçən dren bağlanarsa Həşimxanlıı kənd sakinlərinin yaşayış məntəqələri qrunt suyundan əziyyət çəkəcəklər. e). İddiaçı torpaq sahəsindan keçən qrunt suyunu nəql edən kollektorun alternativ yol vasitəsi yoxdur. Məhz ona görə beton kanal inşa edildiyi zaman qrunt suyunun nəqli üçün kanalın altından borulu keçid inşa edilmişdir. Bu mübahisəli məsələ ilə bağlı yerli kand sakinləri və bələdiyyə üzvləri ilə görüşərək söhbət zamanı məlum oldu ki, İddiaçı həmin əkin sahəsinin Həşimxanlıı kand sakini X3 alıb. A.Sadıqova həmin ərazidən keçən qrunt su axitmaq məqsədi ilə, açıq drenə dəmir boru ataraq (öz hesabına) üstünü torpaqlamışdır. Lakin illər keçdikdən sonra boru çürüyərək qrunt suyunun axınının qarşısını alaraq Axmazın su səviyyəsini qalxızmış nəticədə əhaliyə ziyan dəymişdir. Həmin ərazidə yaşayan kənd sakinləri rayon İH başçısına müraciat edərək çürümüş boru çıxarılmış kollektor lildən təmizlənərək əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Sabirabad Meliorasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 98 saylı arayışda qeyd olunur ki, Kür çayı ətrafında olan bütün axmaz və qobuların X6 İdarəsinin balansında olan Kollektor dren Şəbəkəsi ilə əlaqələri vardır ki, həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılır. Buna görə də təbii yaranmış bütün axmazlarda toplanan grunt və çirkab sular həyətyanı və əkin sahələrinə ziyan vurmaması üçün kollektora axıdılaraq kənarlaşdırılır. Bunun da axmaz və qobular ətrafında olan torpaqların meliorativ vəziyyətinin qorunub saxlanmasında müstəsna əhəmiyyəti vardır. Qeyd edilənlər Həşimxanlıı kəndində olan təbii axmaza da aiddir. Həşimxanlıı kəndində mövcud olan axmazda toplanan qrunt va çirkab sular vaxtilə kolxoz-sovxoz dövründə çəkilmiş uzunluğu 90,0 metr olan açıq tipli kanal vasitəsilə kollektora axıdılır. 1980- 1985-ci illərdə mövcud olan açıq tipli kanal (drenaj) yeni çəkilmiş beton üzlüklü su kanalı ilə kəsişdiyinə və tranzit axımın kəsilməməsinə görə borulu keçid-hidrotexniki qurğu olan duker tikilmiş, həmin duker vasitəsilə sular ötürülmüşdür. Qeyd olunan 90 metr kanal (drenaj) əhalinin ümumi istifadəsindədir və heç bir torpaq payçısının kollektorun mühafizə zolağında mülkiyyət hüququ ola bilməz. Əgər bu kanal ləğv olunarsa ətrafında yaşayan kənd sakinlərinin kütləvi haqlı narazılığına səbəb olacaqdır. Göstərilənlərə əsaslanaraq axmazda toplanan qrunt suların kollektora axıdılmasını təmin edən mübahisəli kanalın doldurularaq ləğv edilməsi və yaxud ləğvi məqsədəuyğun hesab edilmir. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan kanal onun tərəfindən xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi əsasında satın alınaraq əldə edilmiş və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışla mülkiyyəti kimi qeydə alınmış Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən 0,1195 ha torpaq sahəsinin üzərində yerləşən 90,0 metr uzunluqda açıq tipli suvarma su kanalı (beton kanal) olmaqla həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılmasını təmin etməsi məqsədilə kolxoz-sovxoz dövründə 1980-ci illərdə inşa edilmişdir və həmin vaxt kanal inşa edilərkən, torpaq sahəsi iddiaçının və ya hər hansı digər şəxsin mülkiyyətində olmamışdır. Hazırda kanal X6 İdarəsinin balansında olmaqla kənd sakinlərinin ümumi istifadəsinə xidmət edir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən açıq tipli suvarma su kanalı (beton kanal) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçsə də, lakin torpaq sahəsi onun tərəfindən xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi əsasında satın alınaraq əldə edildiyi zaman həmin suvarma beton su kanalı mövcud olmuş və iddiaçı torpaq sahəsini həmin vəziyyətdə bəyənərək qəbul etmişdir. Yəni İddiaçı alqı-satqı əsasında torpaq sahəsini qəbul edərkən, torpaq sahəsi, onun üzərində olan su kanalının mövcudluğu vəziyyində iddiaçı tərəfindən bəyənilmişdir və iddiaçı torpaq sahəsini məhz bu vəziyyətində istifadə edəcəyini özü üçün müəyyən etmişdir. Ona görə də həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının cavabdeh təşkilatlar tərəfindən pozulması barədə iddiaçının dəlilləri əsassız olduğundan, həmin dəlillər iddia tələblərinin təmin edlməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan Sabirabad rayonu Həşimxanlıı kəndində yerləşən kolxoz-sovxoz dövründə 1980-ci illərdə inşa edilmiş açıq tipli suvarma beton su kanalı həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılmasını təmin etməsi təyinatı üzrə kənd sakinlərinin ümumi istifadəsinə xidmət etdiyi üçün həmin kanal doldurularaq ləğv edildiyi halda, ümumi istifadəçilər olan üçüncü şəxslərin (kənd sakinlərinin) hüquqları pozulmuş olacaqdır. Ona görə də, ümumi istifadə üçün xidmət edən su kanalının doldurularaq ləğv edilməsi üçüncü şəxslərin kanalın təyinatından istifadə etmək imkanlarını məhdudlaşdırdığından, iddiaçının kanalın ləğv edilməsi yolu ilə özünün mülkiyyət hüquqlarının təmin edilməsi istəyi həmin şəxslərə münasibətdə qanunsuzdur. Odur ki, ümumi istifadəçilər olan üçüncü şəxslərin (kənd sakinlərinin) kanalın təyinatından istifadə etmək hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Qeyd olunan müddəaların mənasından da görünür ki, mülkiyyət hüququ mülkiyyətçinin qanunla təsbit olunmuş geniş səlahiyyətləri ilə yanaşı, həmçinin qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, mübahisəli su kanalı həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılmasını təmin etməsi təyinatı üzrə kənd sakinlərinin ümumi istifadəsinə xidmət etdiyi üçün, iddiaçı kanalın ləğv edilməsi yolu ilə özünün mülkiyyət hüquqlarının təmin edilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələblərinin su kanalının doldurularaq ləğv edilməsi hissəsi təmin edilmədiyi halda, iddianın digər hissələri də, törəmə hüquq olaraq digər tələbdən irəli gəldiyindən, əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə MPM-nın 119.1-ci və 124.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbləri təmin olunmadığı halda, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X8 - cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı «torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi» barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nurəddin Bağırov
Məhkəmə qərarları › İş №2(056)-2/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2/2023
22.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver