Məhkəmə qərarları › İş №2(056)-2138/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2138/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2138/2023 02.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı Həziyeva (Dadaşova) Rəmziyyə Qəniyyət qızının və Cavabdeh iştirakları ilə, iddiaçı Həziyeva (Dadaşova) Rəmziyyə Qəniyyət qızının Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həziyeva (Dadaşova) Rəmziyyə Qəniyyət qızı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından xx.xx.2017-ci il tarixdə doğulmuş X5 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 300 manatdan az olmamaq şərti ilə aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Həziyeva (Dadaşova) Rəmziyyə Qəniyyət qızı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehlə faktiki nikah münasbətinə daxil olmuş, həmin nikahdan xx.xx.2017-ci il tarixdə X5 adlı uşaqları doğulmuş, xx.xx.2017-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Sabirabad Rayon Məhkəməsinin 2(056)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanmış və cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaq böyüyür və 150 manat aliment uşağın saxlanması üçün çatmır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, keçən 2 ildən artıq müddətdə onun əmlak və gəlir vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Çünki o, heç yerdə işləmir və təyin edilmiş alimenti çətinliklə ödəyir. Bunu iddiaçı da bilir. İddiaçının hazırki tələblə müraciət etməklə əsas məqsədi uşağın dolanacağı ilə bağlı deyil, Türkiyə vətəndaşına ərə getdiyi üçün uşaqla birlikdə Türkiyə Respublikasına gedə bilmək üçün ona dolayı yolla təzyiq etməkdir. Çünki o, fikirləşir ki, aliment məbləği artarsa o, alimenti ödəyə bilməyəcək və məcbur qalıb uşağı özü ilə yaşaması üçün Türkiyə Respublikasına aparmağına razılaşacaqdır. Hazırda onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən artıq məbləğdə aliment ödəmək imkaın yoxdur. Göstərdiklərinə əsasən o, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qətnaməsi ilə hazırki tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 X1 yanında saxlanmasının müəyyən olunması, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını tələb etsə də, qətnamənin qəbul edildiyi zamandan bu günə kimi keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübuta istinad edə bilməmiş və məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar