Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2280/2025 15.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh 246 manat sabit pul məbləğində alimentin və uşağa baxılması üçün 100 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2023-cü il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 28 sentyabr 2024-cü il tarixdə X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra xasiyyətləri uyğun gəlməmişdir. Cavabdehin atalıq faktı müəyyən olunmuşdur. Onlar ayrıayrılıqda yaşayırlar. Azyaşlı uşağı isə onunla qalır. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşağın təminatını ödəmək çətindir. Cavabdehin gəlirləri qeyri-sabitdir, müntəzəm olaraq dəyişir. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddia tələbini qismən etiraf etdiyini, hər ay cəmi 100 manat aliment ödəmək imkanı olduğunu bildirərək, işə onun iştirakı olmadan baxılaraq iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “atalığın müəyyən edilməsi haqqında” və “doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2024-cü il tarixdə Səma adlı uşaqları doğulmuşdur. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla və işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 2023-cü il tarixdə qeyri-rəsmi ailə həyatı qurmuşlar və onların nikahlarından bir övladı - xx.xx.2024-cü il tarixdə Səma adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsini, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Ali Məhkəmənin Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarının tələblərini, respublikada 2025-ci il üçün minimum aylıq əmək haqqı və uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, həmçinin cavabdehin ayda 400 manat məhdud gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələblərinin uşağa baxılması üçün 100 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1 və 85.1.1-ci maddələrinə əsasən nikah pozulduqdan sonra arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Ailə Məcəlləsinin istinad olunan maddələrinin hərfi mənasından aydın görünür ki, nikah pozulduqdan sonra arvad məhz zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb edə bilər. Hazırki halda isə cavabdehin zəruri vəsaitə malik olması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut dəqdim etməmişdir, əksinə “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, o, usta işləyir və hər ay ümumilikdə 400 manat məhdud gəliri var. Məhkəmə cavabdehin hər ay ümumilikdə 400 manat məhdud gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələblərinin uşağa baxılması üçün 100 manat pulun iddiaçının xeyrinə tutulması hissəsi əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Belə ki “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci madəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nın 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunmuş alimentin alınması haqqındakı iddianın qiyməti cavabdehə aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tələbin növü qiymətləndirilən iddia ilə bağlı olduğundan və bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunmuş alimentin alınması haqqındakı iddialarla bağlı dövlət rüsumu 30 manat müəyyən edildiyindən, iddiaçı isə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinin tələbləri əsasında aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-nın 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. 30 (otuz) manat Cavabdeh tutulub dövlət rüsumu formasında dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2280/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2280/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver