Məhkəmə qərarları › İş №2(056)-2699/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2699/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2699/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X6 xeyrinə hər ay məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(056)-244/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarını dəyişdirilərək (azaldılaraq) minimum əmək haqqının 0,325 misli məbləğində ondan alimentin alınaraq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-244/2025 saylı qərardadı ilə Sabirabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-1857/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 üçün ondan hər ay tutulan 130 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının bir misli həddində indeksasiya olunmuşdur. İndeksasiya nəzərə alınmaqla hazırda tutulan alimentin miqdarı 400 manat təşkil edir. Bildirmək istəyir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 1382/2022 saylı qətnaməsi ilə o, əlavə olaraq digər nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment ödəyir. Uşaqları saxlamaq hər iki valideynin borcu və vəzifəsidir. Bu sahədə valideynlərin hüquqları bərabərdir. Uşağın maddi cəhətdən təminatı tək onun deyil, digər valideynin də borcudur. Onun maddı vəziyyətində dəyişiklik olmamışdır. Həmçinin hər hansı bir daşınar və daşınmaz əmlakı da yoxdur ki, tələb edilən aliment gələcəkdə həmin əmlaka yönəlsin. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(056)-1857/2018 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində bağlanmış və 407 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 130 manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından görünür ki Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)- 1382/2022 saylı qətnaməsinə əsasən X10 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Sabirabad rayon “ASAN Xidmət” X9 254 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 X8 yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-244/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(056)-1857/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 üçün İddiaçı hər ay tutulan 130 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində (400 manat) indeksasiya olunması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladı - xx.xx.2016-cı il təvəllüdlü X11 anasının himayəsindədir və uşağın saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(056)-1857/2018 saylı qətnaməsi əsasında İddiaçı hər ay tutulan 130 manat sabit məbləğdə tutulan alimentin həcmi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-244/2025 saylı qərardadı ilə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması qərara alınmış və beləliklə də alimentin məbləği dəyişərək 400 manat olmuşdur. Məhkəmə iclasında həmçinin o halda müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1382/2022 saylı qətnaməsinə əsasən X10 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikahdan anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutulur. Beləliklə göründüyü kimi İddiaçı X10 arasındakı ikinci nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində, həmçinin Cavabdeh arasındakı birinci nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 üçün minimum əmək haqqının 1 misli həddində aliment tutulur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə İddiaçı işsiz olaraq onun məhdud maddi vəziyyətində olduğu və həm birinci nikahdan, eyni zamanda ikinci nikahdan olan ümumilikdə iki uşağın saxlanması üçün ayda cəmi 290 manat sabit pul məbləğində aliment ödəyicisi olduğu halda, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-244/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(056)-1857/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 üçün İddiaçı hər ay tutulan 130 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli (400 manat) həddində indeksasiya olunmaqla kəskin artması nəticəsində İddiaçı əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsi həmin aliment məbləğinin dəyişdirilməsinə (həcminin azalmasına) əsas verir. Məhkəmə Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(056)-1857/2018 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X2 üçün İddiaçı hər ay tutulan 130 manat alimentin məbləğinin minimum əmək haqqının 1 misli (400 manat) həddində indeksasiya olunmaqla kəskin artması nəticəsində onun əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-244/2025 saylı qərardadı əsasında hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-244/2025 saylı qərardadı əsasında hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar