Məhkəmə qərarları › İş №2(056)-271/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-271/2023

21.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-271/2023 21.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması tələblərinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Sabirabad rayonu, Xəlfəli kəndində yerləşən onun mülkiyyətində olan torpaq sahəsi və əmlak kompleksini Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti pozulmaqla icraata götürülmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həqiqətən bu mülki işin baxılması Bakı şəhəri Xətai rayon Məhkəməsinə aiddir. Belə ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh1 iddia tələbinə müstəqil cavab verən hüquqi şəxs kimi qəbul edilə bilməz. Cavabdeh1 Ədliyyə Nazirliyinə tabe qurumdur və müstəqil şəkildə öz adından iddiaçı qismində çıxış etmək və iddiaya cavab vermək hüququna malik deyildir. Cavabdehlərdən Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə iddiaya müstəqil şəkildə cavab verən şəxs olduğundan, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanı olduğundan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qanunauyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin Məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir . Həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Göstərilənlərə əsasən və Azərbayjan Respublikasının MPM-nin 35, 44-45 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Xammal və X4 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələblərinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti rəsmi verildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar