Məhkəmə qərarları › İş №2(056)-2712/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2712/2025

16.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2712/2025 16.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, icraatıma iddiaçının hazırki cavabdehə qarşı göstərilən tələblə yanaşı, “əmlak” tələbinə dair də iddiası daxil olmuş, iddia ərizələri və onların surəti ilə iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə vizual baxış keçirilərkən iddia ərizələrindəki imzalar ilə şəxsiyyət vəsiqəsindəki imzaların bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyi müəyyən edilmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, hər iki iddia ərizələri üzrə cavabdehdən mediasiya xərci olaraq 50 manatın tutulması xahiş edilmişdir ki, mediasiya arayışı tədqiq ediləndə müəyyən edilmişdir ki, iddiaçı göstərilən iki tələb üzrə cəmi bir dəfə mediasiya sessiyasından keçmiş və cəmi 50 manat mediasiya xərci ödəmişdir. İddiaçının 50 manat mediasiya xərci ödədiyi halda, iki iş üzrə hər birinə görə ayrı-ayrılıqda 50 manat mediasiya xərcinin cavabdehdən tələb etməsi absurddur. Azərbaycan Respublikasının MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar