Məhkəmə qərarları › İş №2(056)-2805/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2805/2025

06.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2805/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı «nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi» tələbi barədə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC vasitəsi ilə dövriyyə olaraq 1059.93 manat və onun adına Azpulmat vasitəsi ilə götürülmüş 147 manat pul vəsaitinin Cavabdeh ilə aralarında yarı bölünərək cavabdehdən alınıb ona ödənilməsi və əlavə məhkəmə xərci olaraq ödədiyi 50 manat dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərə Sabirabad Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq tərəflər qeyd olunan tarixlərdə keçirilmiş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmağı xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı «nikah dövründə əldə etdikləri pulun və götürdükləri kreditin yarısının cavabdehdən alınıb ona verilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar