Məhkəmə qərarları › İş №2(056)-2919/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2919/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2919/2025 27.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 xeyrinə hər ay məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(056)-59/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarını dəyişdirilərək (azaldılaraq) minimum əmək haqqının 0,350 misli məbləğində ondan alimentin alınaraq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin 08 iyun 2019cu il tarixli, 2(056)-623/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Sabirabad rayon Məhkəməsinin 08 iyun 2019-cu il tarixli, 2(056)-623/2019 saylı qətnaməsi əsasında himayəsində olan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdül X3 yetginlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan o, Sabirabad rayon Məhkəməsinə ərizə ilə müraciət edərək aşağdakı qərardadı qəbul edilmişdir: uşaqların saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması qərara alınıb. İndeksasiya nəzərə alınmaqla hazırda tutulan alimentin miqdarı iki uşaq üçün 500 manatdan çox təşkil edir. Onu qeyd edir ki, o, Sabirabad Quşçuluq Şirkəti MMC-də, işləyir və orta aylıq əmək haqqı 450 manat təşkil edir. İş vaxtı isə səhər saat 09:00-dan, axşam 18:00-a, qədərdir, başqa gəliri yoxdur. Uşaqları saxlamaq hər iki valideynin borcu və vəzifəsidir. Bu sahədə valideynlərin hüquqları bərabərdir. Uşağın maddi cəhətdən təminatı tək onun deyil, digər valideynin də borcudur. Onun maddi vəziyyətində dəyişiklik olmamışdır. İş yeri yoxdur. Barəsində aliment ödəməyə imkan verən maddi və ailə vəziyyətində diqqətəlayiq olan digər hallar yoxdur. Həmçinin hər hansı bir daşınar və daşınmaz əmlakı da yoxdur ki, tələb edilən aliment gələcəkdə həmin əmlaka yönəlsin. Ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə 23 may 2001-ci il tarixli, 98 saylı qəraraının tam 4 bəndində qeyd olunan gəlir növlərinə malik deyil. O atasının himayəsində və yanında yaşayır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki Sabirabad Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(056)-623/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 572 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları və uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat cəmi 240 manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-59/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(056)-623/2019 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması qərara alınmış və beləliklə də alimentin məbləği artaraq hər uşaq üçün 264 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 02№-li arayışdan görünür ki, Xəlilzadə X4 rayonu “Sabirabad Quşçuluq Şirkətində” kompüterçi vəzifəsində işləməklə orta aylıq əmək haqqı 450 manat təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə İddiaçı məhdud maddi vəziyyətini (450 manat aylıq əmək haqqı) nəzərə alaraq, onun uşaqlarının saxlanması üçün ayda cəmi 240 manat sabit pul məbləğində aliment ödəyicisi olduğu halda, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-59/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(056)-623/2019 saylı qətnaməsinə əsasən uşaqların saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 120 manat cəmi 240 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli (264 manat) həddində indeksasiya olunmaqla, bununla da iki uşaq üçün 528 manat müəyyən edilərək kəskin artması nəticəsində İddiaçı əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsi həmin aliment məbləğinin dəyişdirilməsinə (həcminin azalmasına) əsas verir. Ona görə də alimentin məbləğinin indeksasiyası nəticəsində İddiaçı əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-59/2025 saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-59/2025 saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.66 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar