Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3243/2025 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-67/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 çüün İddiaçı hər ay tutulan 160 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment hissəsində dəyişdirilərək azaldılması, xx.xx.2013-cü il təvəllüdlü X2 artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində ailə qurmaqla xx.xx.2013-cü il tarixində nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü il tarixində X4 adlı bir övladları anadan olmuşdur. Yaşadıqları müddət ərzində münasibətləri pozulmuş, cavabdehlə barışmaq, gələcək birgə həyatları və ailənin qorunub saxlanması mümkün olmamış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(056)-929/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il tarixində X3 anası Cavabdeh himayəsində qalması qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixində X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-929/2017 saylı qətnaməsi əsasında ondan tutulan hər ay 100 manat sabit pul məbləğində alimentin həcmi artırılaraq 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği indeksasiya edilməklə ondan xx.xx.2013-cü il tarixində X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64misli həddində sabit pul məbləğində alimentin hər ay tutulmasını xahiş etmiş, Sabirabad Rayon Məhkəməsinin 8(056)-67/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixində X1 üçün ondan hər ay tutulan 160 manat aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması qərara alınmışdır. Müəyyən olunmuş aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləği həddində indeksasiya tətbiq edilməklə onun onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Hazırda çalışdığı şirkətdə 400 manat əmək haqqı alır. Ailəlidir, himayəsində ailəsi və övladı vardır. Digər tərəfdən övladı xx.xx.2013-cü il tarixində X4 ilə ünsiyyət qura bilmir. Cavabdehin süni maneələr yaratması səbəbindən onun hüquqları pozulur. Cavabdeh qanunun tələblərinə riayət etməməklə uşağın mənafeyinə zidd olaraq onu qanuni hüquqlarından məhrum etmişdir. Uşaqları saxlamaq, tərbiyə etmək və ona qayğı göstərmək bir ata kimi onun hüququ və borcudur. Övladlarını çox istəyir, təyin edilmiş alimetn məbləğindən kənar da bacardıqca köməklik etmişdir. Övladı ilə ünsiyyət saxlamağa dəfələrlə cəhd etmişdir. Lakin cavabdeh bundan qəti imtina edir. Təyin edilmiş aliment məbəlğini hər ay çətinliklə ödəsə də, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş hər ay ölkə üzrə minimum əmək haqqının müəyyən misli həddində indeksasiya olunması nəticəsində müəyyən edilmiş aliment məbləğinin ödənilməsi onun durumunu daha da çətin vəziyyətə salacaqdır. Ona görə də o, məhkəmtə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, alimentin azaldılması övladının mənafeyinə ziddirvə faktiki xərclər bunu açıq şəkildə sübut edir. Azyaşlı övladı hazırda Sabirabad şəhər Nəriman Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və texniki təmayüllü məktəb-liseydə 7-ci sinifdə rus bölməsində təhsil alır. Nəzərə alınsa ki, yaxın gələcəkdə ali məktəbə qəbul hazırlıqları və əlavə kurs xərcləri artacaq, mövcud aliment onun xərclərinin yalnız yarısını belə qarşılamır. Orta məktəbə məsafə evlərindən uzaqda olduğu üçün Ayxan məktəbə taksi ilə getməli olur ki, aylıq 50 manat məbləğində taksiyə pul ödənişi edir. Həmçinin övladı Ayxan Sabirabad şəhəri Üzəeyir Hacıbəyov adına 2 saylı uşaq musuqu məktəbində ödənişli təhsil alır. Bu təhsil əlavə kurs deyil,davamlı və vacib inkişaf vasitəsidir. Musiqi məktəbinə də evlərindən yol uzaqdır. Ayxan həftədə 4 dəfə dərsə gedir ki, bu ayda 16 dəfə edir. Hər dərsə gediş-gəliş üçün 5 manat ödəyir, bu da həftədə 20 manat, ayda isə 80 manat təşkil edir. Əlavə olaraq övladı ingilis dili və riyaziyyat hazırlığına gedir ki, ingilis dili aylıq 60 manat və riayazıiyyat 40 manat təşkil edir. Həmçinin Ayxan həftədə 2 dəfə ödənişli idman dərslərinə gedir. Uşağın dərman və müalicə xərcləri, geyim, məktəb ləvazimatları, tədbirlər və sinif yoldaşlarının ad günü kimi xərclər daimi və qaçılmazdır. O, mülaicə və dərman xərclərinin bir hissəsini qanuna uyğun olaraq qarşı tərəfdən tələb edə bilərdi, lakin bunu etməmişdir. Həmçinin uşağın geyimi, qida və gündəlik ehtiyacları tam olaraq onun tərəfindən təmin olunur. Mövcud aliment övladının xərclərinin yarısından da azını qarşılayır. Qarşı tərəf isə ödəniş imkanına malikdir, evin tək oğludur, həm atası şləyir, həm anası. Hər ikisi də pensiyaçıdırlar. İddiaçının müvafiq olarq Sabirabad rayonu Çölağaməmmədli kəndində fermaları və balıq gölləri vardır. O, özünə Şirvan şəhərindən yeni tikili mənzil (ipoteka ilə) və avtomobil almışdır. İddiaçı həmçinin Şirvn şəhərində stomatoloji kabinet açmış, icazə və lisenziya əldə edərək diş həkimi kimi fəaliyyət göstərir. Stomatoloji kabineti üçün avadanlıqlar və əşyalar almışdır ki, bu da onun maddi imkanlarının kifayət qədər olduğunu göstərir. Buna baxmayaraq o, mövcud alimentin azaldılması üçün müraciət etmişdir. Bu uşağın mənafeyinə ziddir və qanuna uyğun deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinə əsasən alimentin dəyişdirilməsi zamanı əsas meyar uşağın maddi təmintıdır. Mövcud xərclər fonunda alimenti azaldılması övladının normal inkişafına mənfi təsir göstərəcəkdir. Ayxanın bir neçə ay sonra 13 yaşı tamam olacaq və mövcud vəziyyət nəzərə alınarq qarşı tərəfin övladına göstərdiyi bu yad münasibət, bundan sonra yalınz cəmi 5 il ərzində aliment ödəyəcəyi müddət üçün belə uşaq üçün adekvat olmadığını düşünür. Göstərdiklərinə əsasən o, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, özünün stomatoloq olduğunu, panik atakı olduğuna görə işləyə bilmədiyini, həmçinin zob xəstəliyindən əziyyət çəkdiyini, böyrəyinin birində problem olduğunu, cavabdehin işlədiyini və gəliri olduğunu, özünün himayəsində bir azyaşlı övladı, hamilə arvadı, yaşlı valideynləri olduğunu və kreditlər ödədiyini bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2013-cü il tarixində X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)- 929/2017 saylı qətnaməsi əsasında cavabdeh İddiaçı hər ay tutulan 100 manat alimentin həcminin artırılaraq 160 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 8(056)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Cavabdeh alimentin indeksasiya olunması tələbinə dair ərizəsi təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1594/2019 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixində X1 üçün İddiaçı hər ay tutulan 160 manat alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sənədlərdən görünür ki, o, 2022-ci ildən rəsmi nikah qeydiyyatından keçməklə ailəlidir, həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir övladı vardır, arvadı hamilədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisəyə qeyd edilən normalar kontekstində yanaşdıqda məlum olur ki, istər daxili qanunvericilik, istər beynəlxalq Konvensiyalar uşaqların mənafeyi ilə qərar qəbul edərkən uşaqların mənafeyinin daha üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı olduğunu vurğulamışdır. İşdən də görünən hal ondan ibarətdir ki, hazırki tələb hüquq və mənafeyinə toxunan uşaq anası tərəfindən kifayət qədər hərtərəfli yetişdirilməsi, cəmiyyətə yararlı vətəndaş olması üçün müxtəlif ödənişli təminatlarla əhatə olunmuşdur. Həmin təminatların qarşılanması isə birmənalı olaraq vəzifə borcudur. Həmçinin görünən hal ondan ibarətdir ki, indeksasiya olunduqdan sonra müəyyən olunmuş aliment məbləği bir azyaşlı uşağın ölkə üzrə müəyyən olunmuş dolanacaq xərcindən cəmi 10 manat artıqdır. lardan biri Heydər Əliyev bir neçə xəstəlikdən əziyyət çəkir və ona mütəmadi olaraq müalicələr tətbiq olunur. Qeyd edilən hal uşağın anasının işləməsinə də mane olur və Heydər Əliyev atası tərəfindən ödənilən aliment məbləğindən başqa digər maddi təminat mənbəyinə malik deyildir. Digər tərəfdən o da vurğulanmalıdır ki, iddiaçı cavabdehin etiraz ərizəsində uşağının saxlanması üçün iddiaçının maddi imkanının kifayət etməsi barədə gətirmiş olduğu dəlillərə məhkəmə iclasında hər hansı münasibət bildirməmiş, özünün stomatoloq olasını etiraf etmiş, panik atakının olmasını əsas gətirərək stomatoloq kimi işləmədiyini vurğulamışdır. Həmçinin o da qeyd edilməlidir ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində bir tərəfdən azyaşlı övladını çox istədiyini, bacardıqca aliment məbləğindən də artıq məbləğdə övladına köməlik etdiyini qeyd edir, digər tərəfdən isə hazırki mübahisəyə hər hansı aidiyyəti olmayan uşağı ilə cavabdehin ünsiyyət qurmasına mane olmasından bəhs edir. Belə olan halda isə müəyyən olunan hal odur ki, iddiaçı bir növ alimentin azaldılmasına nail olmaqla uşağı ilə ünsiyyətinə maneə yaradan cavabdehi “cəzalandırmaq” niyyətindədir. Beləliklə hazırki işin halları alimentin azaldılmasının maddi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-nin 112.1-ci maddəsi ilə uzlaşmayan hal kimi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 112-ci maddəsinə münasibətdə xüsusilə qeyd edilməlidir ki, həmin norma qanunvericilikdə imperativ norma kimi müəyyən edilməmiş, məhkəməyə həmin normada sadalanmış hallarda birinin mövcudluğu halında uşağın üstün hüquq və mənafeləri nəzərə alınmaqla qənaətə gəlinməsi imkanını müəyyən etmişdir. Beləliklə məhkəmə hesab edir ki, xeyrinə aliment tutulması qət edilmiş, hazırda isə həmin alimentin miqdarının dəyişdirilməsi xahiş edilmiş uşağın mənafeyi ilə bağlı hallar (sağlamlıq durumu, məktəbli yaşında olmaları, bu xüsusda artan tələbatları (geyim, qida, hazırlıqlar, məşğələlər və s.) əsas götürülməklə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3243/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3243/2025
16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver