Məhkəmə qərarları › İş №2(056)-3440/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3440/2025

22.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3440/2025 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 8(056)-319/2025-saylı qərardadına asasən xx.xx.2025-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər uşağa görə tutulan 0.61 misli həddində olan alimentin həcmini azaldılaraq 0.40 misli həddində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahlarından üç nəfər xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqları dünyaya gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)- 1532/2018-saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahları pozulmuş və hər ay hər uşaqa görə 80 (səksən) manat ümumilikdə hər ay 240 (iki yüz qırx) manat aliment təyin olunmuşdur. Sonradan Cavabdeh müraciəti əsasında Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixdi 8(056)-319/2025-saylı qərardadına əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimun əmək haqqının 0.61 misli həddində aliment indeksasiya olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan alimentin indeksasiya olunmuş miqdarı onun gəlirləri ilə uyğun deyil va ödəyə bilmir. Hal-hazırdada işsizdir və heç bir yerdə işləmir, gəliri yoxdur, normal yaşamaq üçün maddi olaraq çox çətinliklər çəkir və 246 (iki yüz qırx altı) manat alimenti ödəyə bilmir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)- 319/2025 saylı qərardadının surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(056)-1532/2018 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 80 (səksən) manat cəmi 240 (iki yüz qırx) manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin övladları - xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 analarının himayəsindədirlər və uşağların saxlanması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-319/2025 saylı qərardadı əsasında Sabirabad Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(056)-1532/2018 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 80 (səksən) manat cəmi 240 (iki yüz qırx) manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. MPM-nın 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə İddiaçı maddi vəziyyətini nəzərə alaraq, onun üç uşağının saxlanması üçün ayda cəmi 240 manat sabit pul məbləğində aliment ödəyicisi olduğu halda, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-319/2025 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli 2(056)-1532/2018 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 80 manat alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli (244 manat) həddində indeksasiya olunmaqla kəskin artması nəticəsində İddiaçı əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsi həmin aliment məbləğinin dəyişdirilməsinə (həcminin azalmasına) əsas verir. Məhkəmə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-319/2025 saylı qərardadı əsasında xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 80 manat alimentin məbləğinin artaraq minimum əmək haqqının 0.61 misli (244 manat) həddində indeksasiya olunmaqla kəskin artması nəticəsində onun əhəmiyyətli dərəcədə ağır maddi vəziyyətinə düşməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-319/2025 saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-319/2025 saylı qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində tutulan alimentin həcmi azaldılaraq, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar