Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-365/2023 04.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nə qarşı «Pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 26470,92 AZN, faiz borcu üzrə 4650,27 AZN, cəmi 31121,19 AZN kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 179,48 AZN dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) AZN bank xidmət haqqının tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-xx-xx-2015-YS-AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 10% dərəcəsi ilə hesablanmaqla 180 ay müddətinə 36590 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Adı çəkilən 4-xx-xx-2015-YS- AAAF-RO nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə Cavabdeh1 əsas borc üzrə 26470,92 AZN, faiz borcu üzrə 4650,27 AZN, cəmi 31121,19 AZN borcu mövcuddur. İddiaçının nümayəndəsi Elvin Məmmədov məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-na qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, qeyd olunanları üzürlü hesab edərək məhkəmə baxışı iclasının iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək digər cavabdeh tərəfindən ona təhvil verilməli olan mənzil təhvil verildikdən sonra üzərində olan borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər cavabdeh "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə cavabdeh təşkilat "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki "xxxx" ASC ilə Cavabdeh1 arasında 180 ay müddətinə illik 10% olmaqla 36590 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, "xxxx" MMC- borcalan Cavabdeh1nın kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərilərinə götürmüşlər. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 26470,92 manat əsas kredit borcu, 4650,27 manat faiz borcu cəmi 31121,19 manat borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə iddiaçı "xxxx" ASC ilə hazırkı iş üzrə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 180 ay müddətinə illik 10% ödənməsi şərtilə 36590 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor RabitəBank» ASC ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlamışdır. Borcalan Cavabdeh1 aldığı kreditin və faizlərin müəyyən hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Borcalan verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində onun kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edir, Cavabdeh1 iddi tələbini etiraf edir, lakin ona təhvil verilməli olan mənzil təhvil verildikdən sonra üzrəində olan borcunu ödəyəcəyini bildirir, digər cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlər iddiaçı "xxxx" ASC qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdehlər bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına və istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı təşkilatın tələb etdiyi əsas kredit borcu və faiz borcu daha az həcmdə tutularaq, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3537 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehlərin iddiaçıya xx.xx.2023-cü il tarixə olan borcu 26269,29 manat əsas kredit borcunun, 3633,92 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" ASC-nin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 26470,92 AZN əsas borcun, faiz borcu üzrə isə 4650,27 AZN hesablayaraq tələb etdiyi halda, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyində xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 və "xxxx" MMC-nin "xxxx" ASC-nə 26269,29 manat əsas kredit borcunun, 3633,92 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Yaranmış ziddiyyətlə bağlı məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. İşdə olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zaminlər "xxxx" MMC borcalanın krediti vaxtında qaytarmamasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 179,48 manat dövlət rüsumundan və 100 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatşünaslıq ekspert tədqiqatlarının dəyərindən ibarətdir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən bərabər qaydada 26269,29 manat əsas kredit borcu, 3633,92 manat faiz borcu cəmi 29903,21 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu əvəzində 179,48 manat və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən bərabər qaydada 26269,29 manat əsas kredit borcu, 3633,92 manat faiz borcu cəmi 29903,21 (iyirmi doqquz min doqquz yüz üç manat iyirmi bir qəpik) AZN məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumu əvəzində 179,48 manat və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nə verilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi "xxxx" ASC-dən, 50 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-365/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-365/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver