Məhkəmə qərarları › İş №2(056)-451/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-451/2023

07.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-451/2023 07.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ İşMən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh qarşı “subicarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “subicarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh eyniləşdirmə məlumatlarını göstərməmiş, cavabdehin sayına uyğun iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə etməmiş, həmçinin cavabdeh Hacıqabul rayonu Kolanı kəndində qeydiyyatda olduğu halda Sabirabad Rayon Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəməyə dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 150.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinə cavabdehlərin və ya üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilməlidir. Göründüyü kimi, prosessual qanunvericilik iddiaçı tərəfin cavabdehin eyniləşdirmə məlumatlarının iddia ərizəsində əks etdirilməli olduğunu, iddia ərizəsinin surətinin iddia ərizəsinə əlavə edilməli olduğunu və məhkəmə aidiyyəti qaydalarına əməl edilməli olduğunu imperativ norma kimi özündə ehtiva etmişdir. Lakin hazırki iddia tələbində qanunvericiliyin göstərilən normalarının tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-in 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “subicarə müqaviləsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar