Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-53/2024 06.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə1, cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştiakı ilə, İddiaçı Cavabdeh qarşı «Uşağın atanın himayəsinə verilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 onun himayəsində saxlanılmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Cavabdeh ilə 2014-cü ilin sentyabr ayında faktiki nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci ildə X3 və xx.xx.2016-cı ildə X2 adlı 2 nəfər uşaqları anadan olmuşdur. Uşaqların atalığı qarşılıqlı razılıq əsasında Qeydiyyat Şöbəsində müəyyən edilərək müvafiq şəhadətnamələr verilmişdir. Cavabdeh ilə münasibətləri pis olduğu üçün, xasiyyətləri uyğun gəlmədiyindən onlar ayrılmışlar. Uşaqlar hazırda onun yanında və himayəsindədirlər. Odur ki, məhkəmədən iddianının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə izahat verərək bildirdi ki, İddiaçı ona qarşı qaldırmış olduğu iddia tələbini tam etiraf edir. Odur ki, göstərilənləri nəzərə alaraq qətnamə çıxarılmasına etiraz etmir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X2 adlı uşaqları vardır. İş materiallarında olan Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanı tərəfindən verilmiş rəydən görünür ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.2 maddəsini rəhbər tutaraq xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 atası İddiaçı himayəsində qalması məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdrıması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə tərəflərin qeyri-rəsmi nikahlarından xx.xx.2015-ci ildə X3 və xx.xx.2016-cı ildə X2 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pisləşdiyi üçün onlar ayrılmışlar və uşaqlarını atanın yanında qalması müəyyən edilmişdir. Hazırda uşaqlar atanın himayəsindədirlər. İddiaçı uşaqların onun himayəsində qalmasının rəsmiləşdirilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini etiraf edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü bəndinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf etməsinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanuna zidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı uşaqların ananın himayəsində qalmasının müəyyən edilməsi hissəsində etiraf etməsini qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların kiminlə qalması barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığını. valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını) nəzər almaqla həll edir. Məhkəmə araşdırması zamanı müəyyən olur ki, hazırkı iş üzrə tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 İddiaçı himayəsindədir. Cavabdeh uşaqların iddiaçının (atanın) yanında qalmasına etiraz etmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəsə də, cavabdehdən həmin məbləği tələb etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.) hesab edir ki, bu məsələ müzakirə edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh ümumi uşaqları xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 İddiaçının himayəsinə və yanında olmaları müəyyən edilməli, həmçinin, Cavabdehnun iddia tələbini etirafı qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddia tələbini etirafı qəbul edilsin. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 atası İddiaçı yanında qalmaları müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-53/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-53/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver