Məhkəmə qərarları › İş №2(056)-723/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-723/2025

06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-723/2025 06.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçı iddia tələbinin təsdiqi barədə sübutları məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh ilə faktiki nikahından doğulmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin cavabdehdən tutulmasını tələb etmiş, iddia ərizəsinə X2 aid doğum haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində tərəflərin qohumluq əlaqələri barədə məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı X1 adlı şəxslə nikah münasibətindədir və X5 və X3 adlı iki övladı vardır. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətində uşağın soyadı Məmmədov olaraq qeyd edilsə də, elektron sistemdə uşağın soyadı Əlizadə olaraq göstərilmişdir. Belə olan halda (hazırki mövcud ziddiyyətə görə) iddiaçının hazırki tələb irəli sürməsinin əsasını təşkil edəcək uşağın atalığının müəyyən edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının MPM-nin 149.2.4-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar