Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-773/2023 18.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun xeyrinə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh himayəsində olan xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun saxlanması ücün hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-728/2019 saylı qətnaməsi qəbul edilmişdir. Uşaqlar onun himayəsindədir. Qətnamə çıxan vaxtdan cavabdeh aliment verir. O, isə uşağı saxlamağa maddi cəhətdən çətinlik çəkir. Uşaqların maddi tələbatları artmışdır. Uşaqlar üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. İddiaçı məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, iddiasını müdafiə etdiyini bildirib məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək valideyninin himayəsində yaşamasını, heç yerdə işləmədiyini, keçən dövr ərzində maddi vəziyyətində heç bir dəyişiklik olmamasını, imkansızlıq ucbatından hətta ailə həyatı qura bilmədiyini bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)- 728/2019 saylı qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)- 471/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)- 2255/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(032)-471/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 3 ildən də artıq vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 3 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlının artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Bununla yanaşı, işdən görünür ki, iddiaçı hazırki tələblə iki il bundan əvvəl Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş, iddiaçı tərəfindən məhkəməyə cavabdehin qazancının və ya gəlirlərinin artması barədə sübut təqdim edilmədiyindən və belə bir hal müəyyən edilmədiyindən iddia tələbi təmin edilməmiş, həmin əsasla Şirvan Şəhər Məhkəməsinin qətnaməsi apellyasiya kollegiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hazırki vəziyyətdə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmiş olsa da, məhkəməyə cavabdehin qazancının və ya gəlirlərinin artması barədə sübut təqdim edə bilməmişdir. Lakin məhkəmə iddiaçının uşaqlarının artan tələbatlarında yaranmış çətinliyi təkbaşına qaldırmaq imkanının məhdudluğunu və aliment məbləğinin müəyyən edildiyi qətnamənin qəbul edilməsindən keçən müddəti nəzərə alaraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-728/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşaqları saxlamağın hər iki valideynin borcu olması halı, həmçinin yuxarıda sadalanmış işin halları nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-728/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi qismən artırılmalı, xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-728/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2006-cı ildə anadan olmuş Babaşov Kənan Rahil oğlunun və xx.xx.2008-ci ildə anadan olmuş Babaşov Musa Rahil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-773/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-773/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver