Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-86/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Mənəvi ziyan» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ikinci qrup Qarabağ müharibəsi əlilidir. Cavabdeh kənd sakini kimi uzun illərdir ki, tanıyır. Cavabdehlə eləcə də, onun ailə üzvləri ilə münasibətləri həmişə normal olmuşdur. 2024-cü ilin əvvəllərindən cavabdeh heç bir əsaslı səbəb olmadan onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Sabirabad Rayon Polis X4 Bölməsinə əsassız şikayətlər etməyə başlamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Cavabdeh bütün şikayətləri əsassız olduğu üçün rədd edilmişdir. Cavabdeh hər dəfə əsassız şikayət etdikdə onun əsəbləri pozulmuş, heç bir hüquqazidd əməl törətmədiyi halda Polis Şöbəsinə çağırılaraq izahatları alınmış, ciddi mənəvi iztirablar çəkmişdir. Baş vermiş hadisələrlə bağlı mütəmadi olaraq müalicələr almaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, cavabdeh onun yerini suya basmış, dəfələrlə onu təhqir etmiş, hətta kənd daxilində onun adına başqa kişi ilə gəzməsi barədə söz-söhbət çıxarmışdır. Buna görə də o, sonuncu barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bu xüsusda şikayət etməsi vətəndaş olarq onun haqqıdır. O, iddiaçıya qarşı heç bir mənəvi ziyanverici hərəkət etməmişdir. Sadəcə hüquqi baxımından ədalətin bərqərar olmasını istəmişdir. Əslində iddiaçının hazırki tələblə müraciət etməsinin səbəbi tamamilə başqadır. Belə ki, iddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsini almaq istəmiş, o buna qarşı olmuşdur. Bundan sonra ona qarşı təhqirlər və adına sözçıxarmalar başlamışdır. İddiaçı ona açıq-aydın bildirmişdir ki, o, Qarabağda döyüşdüyü üçün haraya getsə onun sözü eşidiləcəkdir. Hazırda o, iddianın əsassız olmasına görə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçı, polis mayoru X2 04 iyun 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, Cavabdeh Sərədan qızının müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 389 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilməsi, X7 barəsində İXMnin 232-1-cı maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabirabad RPŞ-nin İTB-nə verilməsi, qəbul olunmuş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna göndərilməsi, qəbul olunmuş qərarın surəti Cavabdeh Sərədan qızına göndərilməklə, izah olunsun ki, qərarla razılaşmadığı halda AR CPM-in 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ olması və toplanmış material Qaragüney PBnin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Həmin qərar üzrə şikayətin mahiyyətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə AR DİNin 102 Xidmətinə zəng vuraraq, xx.xx.2024-cü ildə şifahi ərizə protokolla Qaragüney PB-nə müraciət edərək, qonşusu X3 ona məxsus 3 ha qarpız və süpürgə sahəsinə qəsdən su açaraq ərazisini yararsız hala saldığını bildirmişdir. Həmin qərarın məzmununda görünür ki, təhqiqatçı tərəfindən izahatlar alınmış, X11 oiğlunun barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabirabad RPŞ-nin İTB-nə göndərilmişdir. Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçı, polis baş leytenantı X1 19 mart 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilməsi, qəbul olunmuş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna göndərilməsi, qəbul olunmuş qərarırı surəti Cavabdeh göndərilməklə, izah olunsun ki, qərarla razılaşmadıqları halda AR CPM-in 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüquqları olması və toplanmış materialın RPŞ-nin Qaragüney PB-in dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Həmin qərar üzrə şikayətin mahiyyətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə AR DİNin 102 Xidmətinə zəng vuraraq, dünən həmkəndlisi Nizaminin oğlu Mirzənin onun qarşısını kəsərək öldürməklə hədələdiyini bildirmiş, xx.xx.2024-cü ildə Qaragüney PB-nə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü ildə həmkəndlisi İddiaçı onun yaşadığı evinə gələrək ünvanına nalayiq ifadələr işlətməsini və onu öldürməklə hədələməsini bildirmişdir. Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Sahib Baxışov tərəfindən Cavabdeh Sərəstan qızının DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materiala dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Sərəstan qızının torpaq sahəsini İddiaçı adlı şəxsin qəsdən bilərəkdən suya basmasını və nəticədə onun şumlanmış sahəsinin yararsız vəziyyətə düşməsi və ziyan dəyməsi barədə DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti icraatına daxil olmuş, bununla yanaşı, Cavabdeh Sərəstan qızı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə özünə məxsus torpaq sahəsini həmkəndlisi İddiaçı suya verərək ziyan vurmasını bildirmişdir. Aparılmış araşdırma zamanı Fəsanə Bədəlova izahatında xx.xx.2024cü il tarixdə həmkəndlisi İddiaçı onun əkinini suya verdiyi üçün əsəbləşərək DİN-in “102” Xidmətizəng mərkəzinə müraciət etdiyini, lakin hazırda müraciəti ilə əlaqədar şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, Cavabdeh Sərəstan qızının DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materialda inzibati hüquqpozma və cinayət hadisəsi olmadığı üçün materialın işə tikilməsi məqsədəmüvafiq hesab edilmişdir. Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Sahib Baxışov tərəfindən İddiaçı DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materiala dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Əfsanə adlı şəxs tərəfindən şərlənməsi barədə DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti icraatına daxil olmuş, bununla yanaşı, İddiaçı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə ərizə ilə müraciət edərək, həmkəndlisi Cavabdeh, əri İlkin və atası Sərəstan tərəfindən şərlənməsini bildirmişdir. Aparılmış araşdırma müddətində İddiaçı izahatında həmkəndliləri X8, onun həyat yoldaşı Cavabdeh Sərəstan qızı və Əfsanənin atası Sərəstanın onun barəsində kənddə müxtəlif sözlər danışaraq onu şərləməsini göstərmişdir. İddiaçı müraciətdə qeyd etdiyi xüsusatla bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi barədə rəsmi bildirilmişdir. Beləliklə, İddiaçı DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materialda inzibati hüquqpozma və cinayət hadisəsi olmadığı üçün materialın işə tikilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəməyə həmçinin həkim resepti və cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan mübahisələrlə əlaqədar sənədlər təqdim edilmiş, məhkəmə həmin sənədləri də tədqiq etmişdir. İşin hallarını və məhkəməyə təqdim edilmiş sübutları qarşılıqlı tədqiq etməklə məhkəmə hesab edir ki, hazırki halda cavabdehin pozulmuş hüquqlarının müdafiəsi üçün polis orqanına müraciətlər etməsi iddiaçının mənəvi zərərə uğramasının əsasını təşkil etmiş hesab edilə bilməz. Belə ki, işdən də göründüyü kimi, cavabdehin torpaq sahəsinin suya verilməsi ilə əlaqədar araşdırma nəticəsində həmin faktın mövcudluğu təsdiqini tapmış, əməlində inzibati xəta tərkibi olduğu hesab edilən Əhməd Xəlilli barəsində qanunamüvafiq tədbir görülməsi üçün materialın İTBnə göndərilməsi qərara alınmışdır. Digər tərəfdən Cavabdeh İddiaçı tərəfindən təhqir edilməsi ilə bağlı, İddiaçı isə Cavabdeh tərəfindən şərlənməsi ilə bağlı polis orqanına müraciət etmiş, həmin müraciətlər üzrə qarşılıqlı araşdırmalar nəticəsində hər iki tərəfin müraciətinin əsaslılığı müəyyən edilməmişdir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, iddiaçı tələbində baş vermiş hadisələrlə bağlı mütəmadi olaraq müalicələr almasını göstərmiş olsa da, ərizəsinə bu barədə hər hansı sübut əlavə etməmiş, yalnız məhkəmə araşdırması gedişində məhkəmənin təklifi əsasında xx.xx.2024cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan şəxs edilən yardımın təsdiq edilməsi haqqında aktı məhkəməyə təqdim etmiş, xx.xx.2024-cü il tarixdə Sabirabad RMX-nin Konsultativ Poliklinika şöbəsinə müraciət etmiş, yoxlamadan keçmiş və xx.xx.2024-cü il tarixli çıxarış ona təqdim edilmişdir. Həmin çıxarışda xəstə baş ağrısından, baş gicəllənməsindən, ətraflarda keyləşməsindən, əsəbi olmasından şikayətlənmişdir. Buradan da göründüyü kimi, iddiaçı Qarabağ müharibəsi iştirakçısı olmaqla yaralanmasına görə ona dərman xərci üçün edilmiş yardım sənədini və poliklinikanın tibbi çıxarışını təqdim etmişdir ki, həmin sənədlər ümumiləşdirildikdə iddiaçının hazırki tələb üzrə cavabdehin hərəkətlərindən sonra keçirmiş olduğu mənəvi zərərinin təsdiqi olacaq sübut kimi qəbul edilə və qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına əsasən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə işin hallarını və göstərilən Qərarlarda əks olunmuş hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, cavabdehin polis orqanına etmiş olduğu müraciətlər iddiaçının mənəvi zərərə məruz qalmasının əsası kimi dəyərləndirilə və hazırki iddianın təmin edilməsinin əsasını təşkil edə bilməz. İddiaçı isə tələbinin əsaslılığı barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-86/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-86/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver