Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-934/2023 16.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 220 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatana kimi cavabdehdən ona görə hər ay 150 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla 2022-ci ilin aprel ayında faktiki, xx.xx.2022-ci il tarixdə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan uşaqları - xx.xx.2022-ci ildə Nümayəndə1 anadan olmuşdur. Cavabdehlə xx.xx.2022-ci il tarixdən ayrı yaşayırlar. O, hazırda uşağı ilə birlikdə atasına məxsus Sabirabad rayonu Məmişlər kəndində yerləşən evdə yaşayır. O, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün ona aliment ödəmir və heç bir maddi yardım göstərmir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh R.V.Ramazanovun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək cavabdehin israrla uşağın ondan olmamasını bildirməsini, bu halı məhkəmə qaydasında mübahisələndirəcəklərini qeyd edərək iddianın rədd edilməsini və iddianın təmin olunacağı halında isə uşağı saxlamağın hər iki valideyinin borcu olmasını bildirərək cavabdehin aylıq gəlirinin ¼ hissəsi məbləğində alimentin tutulmasına etiraz etmədiklərini, iddiaçının digər tələbini isə ümumiyyətlə qəbul etmədiklərini bildirmişdir. İddia ərizəsinə əlavə olunmuş: Nikahın bağlanması haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 44 saylı nikah qeydə aldırmışdır. Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə1 adlı uşağı vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nigahlarından xx.xx.2022-ci ildə Nümayəndə1 adlı uşağı anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir, onun maddi tələbatlarının ödilənilməsində köməklik göstərmir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı uşağın saxlanması üçün hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini əsassız hesab edir, lakin iddianın təmin olunacağı halında onun aylıq qazancının ¼ hissəsi məbləğində aliment tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi valideylər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı hər ay cavabdehdən 220 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir, cavabdeh isə aylıq qazancının ¼ hissəsi məbləğində alimentin ondan tutulmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sabirabad rayon Mərkəzi Xəstəxanasında xəstə xidmətləri şöbəsində mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 733 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə alimentin miqdarını müəyyən edərkən qeyd olunanlarla bərabər aşağıdakı əsasları və halları da nəzərə almağı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşaqlarını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını çox hesab etməklə, uşağın ananın himayəsində olduğunu, uşağa ananın qulluq etməsini və bu səbəbdən onun işləməsi və gəlir əldə etməsi və qazanması imkanının uşağınn atasına nisbətən məhdud olmasını nəzərə alıb, iddiaçının aliment tələbi ilə müraciət etdiyi vaxt qüvvədə olan «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasını Qanunu»nun 1-ci maddəsinə əsasən uşağ üçün müəyyən olunmuş yaşayış minimumunun daha böyük hissəsinin ayrı yaşayan valideyndən (atadan) tutulmasını ədalətli sayır. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. İddiaçı uşağın saxlanılması üçün aliment tələbindən əlavə cavabdehdən uşağın 3 yaşına çatana kimi cavabdehdən özünün xeyrinə 150 manat məbləğində alimentin tutulmasını da xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli və cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə1 3 yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay 80 (səksən manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi məbləğində aliment, həmçinin xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə1 3 yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə hər ay 80 (səksən manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsi ilə bir illik ödəmənin məcmusu ilə müəyyən olunmuş iddia qiyməti iddiaçı bu xərcdən azad olunduğuna görə cavabdehdən tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2022-ci il tarixdə doğulmuş Nümayəndə1 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment hesabına Cavabdeh aylıq qazancının ¼ hissəsi məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh əlavə olaraq, ümumi uşaqları Nümayəndə1 3 (üç) yaşına çatanadək saxlanması üçün 80 manat məbləğində pul alınıb İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə xx.xx.2022-ci il tarixdə doğulmuş Nümayəndə1 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin tutulması hissəsində dərhal, digər hissədə isə qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-934/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-934/2023
16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver