Məhkəmə qərarları › İş №2(056)-977/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-977/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-977/2023 05.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən oğulları xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manatdan az olmamaq şərti ilə sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh himayəsində olan xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 adlı uşağın saxlanması ücün hər ay 50 manatdan az olmamaq şərti ilə qazancın və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(056)-401/2012 saylı qətnaməsi qəbul edilmişdir. O, həmin məbləğlə uşağını saxlamağa maddi cəhətdən çətinlik çəkir. Uşağın maddi tələbatları artmışdır. Uşaq üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçı ilə ayrılandan sonra ailə qurmuş, həmin nikahdan 3 uşağı olmuşdur. Rəsmi olaraq heç yerdə işləmir. Şizofreniya xəstəliyindən əziyyət çəkir. İİ qrup əlildir. Kirayədə qalır. Əmisinə məxsus təmizlik şirkətində iş olduğu zaman işləyir və həmin zaman aylıq qazancı təqribən 250-300 manat təşkil edir. Bununla belə o, hazırda oğlu Ağasəlimin saxlanması üçün müəyyən olunmuş alimentin 110 manat sabit pul məbləğinə artırılmasına etiraz etmir. Odur ki, o, qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(056)-401/2012 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anası X7 qızının yanında saxlanması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2012-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 50 manatdan az olmamaq şərti ilə qazancın və ya başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 11 ildən artıq vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 11 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlının artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(056)-401/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşağı saxlamağın hər iki valideynin borcu olması, həmçinin iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi, lakin cavabdehin müəyyən edilmiş alimentin 110 manata artırılmasına etirazının olmaması barədə ərizəsinin məzmunu nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(056)-401/2012 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay üçün 110 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(056)-401/2012 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 110 (bir yüz on) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablanmaqla hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar