Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1030/2025 25.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi (oğlu) Abbasov Elvin İrəddin oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənəvi zərər və əşyalarının qaytarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənəvi zərər və əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara qarşı böhtan və şər xarakterli ailəyə qarşı xəyanət etdiklərini Salyan rayonu, Çadırlı kəndində yaydığı üçün 5000 manat mənəvi ziyan olaraq pulin tutularaq ona ödənilməsi, bu xarakterli yalan məlumatı Salyan rayonu, Çadırlı kəndində yaydığı üçün onlardan üzr istəməsini, Salyan rayonu, Çadırlı kəndində X1 arvadı İddiaçı2 Əliheydər qızı ilə gəzdiyini bununlada ailəsinə xəyanət etdiyinin yalan olması barədə məlumat verməsini, ona məxsus Ayfon-13 mobil telefon, Pleysteyşn 4 oyun aparatı, 1 ədəd JBL qulaqcıq, 1 ədəd BOX kalonka, 1 ədəd masaj aparatı, 1 ədəd saç üçün ütü feni, 1 ədəd çörək duxovkası, 2 ədəd şampun balzamı, dəst qadın paltarı, 3 ədəd təkərli çamadanın Cavabdeh alınaraq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eyni zamanda ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (oğlu) X3 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. İddiaçı2 məhkəməyə dəftərxana vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsindən imtina edir. Ona aid olan hissədə iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, cavabdeh və onun nümayəndəsinin rəyini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 ərizəsi təmin edilməli və ona aid hissədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı2 iddia tələbindən imtina etdiyindən, ona aid hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-in 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 260.1, 260.6, 261, 263, 264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənəvi zərər və əmlak” tələbinə dair iddia ərizəsi İddiaçı1 aid hissədə baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənəvi zərər və əmlak” tələbinə dair iş üzrə İddiaçı2 iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata ona aid hissədə xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 20 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən İddiaçı1 qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1030/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1030/2025
25.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver