Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1042/2023 21.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə uşağın yananda qalması tələbi barədə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində 18 sentyabr 2011-ci ildə anadan olmuş Xanlar və 08 fevral 2013-cü ildə anadan olmuş Ləman adlı uşaqların yaşayış yerinin onun yanında qalmalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, azyaşlı uşaqları məhkəmə qətnaməsi ilə cavabdehin himayəsində saxlanılmış, lakin hal-hazırda uşaqlar onun yanında yaşayırlar.Ona görə də uşaqların onun yanında olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddiaya qarşı heç bir etirazı olmadığını və uşaqların analarının yanında qalmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hər iki tərəfi dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə belə hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının azyaşlı uşaqları faktiki olaraq onun himayəsindədir və həmin hal heç bir mübahisə doğurmur.İddiaçının ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı uşaqlarının onun yanında qalmasının müəyyən olunması faktının təsdiq olunmasını tələb edir. Qanunvericilik bu cür halların fakt təsdiqi kimi müəyyən edilməsini nəzərdə tutmamışdır.Hüquqi əhəmiyyətli faktların siyahısı qanunvericilikdə müəyyən olunmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində qeyd olunmuşdur.Həmin maddədə qeyd olunmuşdur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi iddiaçının hazırkı tələbi bu şərtlərə cavab vermir.Odur ki, İddiaçı iddia ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0-ci maddəsində qeyd olunmuşdur ki, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. Aşağıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 114,170,261,263,264 267,268-ci maddələrini rəhbər tutub,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsi üzrə məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. İddiaçı ödədiyi 50 manat dövlət rüsumu dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1042/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1042/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver