Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1087/2024 29.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında saxlanılması və aliment” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil X2 iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 30 aprel 2016-cı il təvəllüdlü X4 və 01 fevral 2018-ci il təvəllüdlü X1 onun yanında saxlanılması (cavabdehdən alınaraq onun himayəsinə verilməsi), X4 və X3 münasibətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3919/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi öhdəliyinə 16 mart 2024-cü il tarixdən xitam verilməsi və həmin uşaqların hər birinə görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Salyan Rayon İcra Hakimiyyəti Başçısı yanında və Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasından rəy alınması qərara alınmışdır. Salyan Rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, tərəflər məsələ ilə bağlı razılıq əldə etmiş, hər üç yetkinlik yaşına çatmayan uşaq anaları Cavabdeh ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 132, mənzil 27-də bir yerdə yaşayırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1087/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1087/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver