Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1096/2023 07.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh alimentlə bağlı əmək haqqından tutulmasından başqa ödədiyi 100 manat sabit pul məbləğində alimentin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, oğlu ilə Cavabdeh birgə nikahlarından 25 aprel 2010-cu il təvəllüdlü X8 doğulmuşdur.Salyan Rayon Məhkəməsinin 2(057)-70/2017 saylı 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə 25 aprel 2010-cu il təvəllüdlü X1 üçün nümayəndəsi olduğu şəxsdən 100 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir.Daha sonra cavabdeh alimentin artırılması tələbinə dair məhkəmədə iddia qaldırmış, məhkəmənin 20 may 2022ci il tarixli qətnaməsi ilə 25 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-70/2017 saylı 10 aprel 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, oğlu İddiaçı əmək haqqının ¼ hisəsi miqdarında, habelə uşağın xəstəliyi də nəzərə alınaraq əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Oğlu Ceyhun 20 sentyabr 2017-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 26 iyun 2018-ci il təvəllüdlü X6 doğulmuşdur. İddia ərizəsi verilən zaman oğlu Azərbaycan Supermarket MMC-də mühafizəçi vəzifəsində işləmiş, 711 manat aylıq əmək haqqı almış, lakin hazırda isə heç yerdə işləmir. Oğlunun başqa yerdən gəliri yoxdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında nikah 20 sentyabr 2017-ci il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində 250 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının N.Məlikova ilə nikahından 26 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Məhkəmədə elan olunmuş Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi V.Usubov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 302 nömrəli arayışdan görünür ki, Əliyev X2 rayonu, Marışlı kəndində yaşayır və hal-hazırda heç bir yerdə işləmir. Məhkəmədə elan olunmuş 20 may 2022-ci il tarixli, 2(057)-951/2022 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı aliment miqdarının artırılmasına dair iddiası təmin edilmiş, 25 aprel 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-70/2017 saylı 10 aprel 2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, cavabdeh İddiaçı əmək haqqının ¼ hisəsi miqdarında, habelə uşağın xəstəliyi də nəzərə alınaraq əlavə olaraq 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçıya məhkəmə qətnaməsi ilə aliment kəsilmiş və sonuncu həmin alimenti ödəməyə borcludur. İddiaçının qeyd etdiyi əsaslara görə məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin azaldılması mümkün deyildir. Cavabdehdən aliment və həmçinin xəstə uşağı üçün 100 manatın tutulması qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş və həmin alimentin dəyişdirilməsi üçün məhkəmədə hər hansı bir hal aşkar olunmamışdır. İddiaçının başqa qadınla evli olduğu, bir uşağı olması və həmçinin işləməməsi halında kəsilmiş alimentin miqdarının azaldıması üçün əsas ola bilməz. Cavabdehin himayəsində olan uşağın hazırda 13 yaşında olması və həmçinin xəstə olması, tələbatının artması fonunda alimentin azaldılması məqsədəuyğun deyildir. İddiaçı uşağın sağalması və həmçinin hər iki tərəfin ailə və maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh alimentlə bağlı əmək haqqından tutulmasından başqa ödədiyi 100 manat sabit pul məbləğində alimentin azaldılması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1096/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1096/2023
07.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver