Məhkəmə qərarları › İş №2(057)-1131/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1131/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1131/2024 28.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə alimentin məbləğinin azaldılması barədə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ondan cavabdehin xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, tərəflərin 2013-cu ildə anadan olmuş uşaqları vardır. Nikah pozulduqdan sonra uşaq anada qalmışdır. Həmin vaxt uşağın saxlanılması üçün aylıq gəlirin dörddə biri həcmində aliment kəsilmişdir. Halhazırda yenidən ailə qurmuş və sonuncu qadından bir uşağı vardır. Həmçinin bankdan 12200 manat kredit götürmüş və kreditin aylıq ödənişi çoxdur. Nümayəndəsi olduğu iddiaçı aylıq xərclərini qarşılaya bilmir. İddiaçı neft sahəsində işləyir və nə qədər əmək haqqı almasını bilmir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini xahiş etdiyini və iddianı qəbul etmədiyini bildirmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2020-ci il tarixli Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X4 xx.xx.2022-ci il tarixdə Salyan Rayon Qeydiyyat Şöbəsində 166 nömrəli nikah qeydi ilə nikaha daxil olmuşlar. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı və X2 birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşağı vardır. Məhkəmədə elan olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçının aylıq 422,32 manat məbləğində “Bank of Baku”-ya ödənişi vardır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı tələbin təmin olunması üçün hər iki tərəfin maddi və ailə vəziyyətinin dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, cavabdeh də iddianı etiraf etməmiş və təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə bildirir ki, EMİS-dən iddiaçının gəlir məlumatları barəsində edilmiş sorğu əsasında məlum olub ki, hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-də “maşinist, kompressor qurğuları” vəzifəsində işləyir və onun aylıq gəliri 1211,12 manatdır.İddiaçıdan qanunla müəyyən olunmuş qaydada bir uşağa görə hissə ilə aliment tutulur, həmin məbləğin dəyişdirilməsi üçün məhkəmədə heç bir əsas aşkar olunmamışdır. Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduqdan sonra alimentin artırılması və ya azaldılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci, Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün ondan cavabdehin xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar