Məhkəmə qərarları › İş №2(057)-1191/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1191/2023

13.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1191/2023 13.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh MMC-dən əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin 2022-ci ilin iyul ayının 5-dən etibarən 1 %-i məbləğində ödənişin, yəni ümumilikdə 3550 (üç min beş yüz əlli) manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsinə baxmayaraq əmək və məzuniyyət haqları ona ödənilməmişdir. Bu fakt öz təsdiqini tapmaqla direktor Nərminə Rəhimov barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətin ona 2022-ci ilin iyun ayı üzrə 450 manat, iyul ayı üzrə 450 manat, cəmi 900 manat əmək haqqı, istifadə olunmamış məzuniyyət haqqı olaraq 175 manat məzuniyyət pulu, ümumilikdə 1075 manat ödəməli olduğu son haqq hesab vardır. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən “hər gecikdirilmiş gün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəniş verilməlidir. Bununla bağlı cavabdehə mediasiya təklifi, pretenziya məktubu da göndərilmiş və təklif və pretenziya onun tərəfindən alınsa da, mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin iyul ayının 5-dən etibarən 1%-i məbləğində, yəni ümumilikdə 3550 manat məbləğində ödəniş ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, Cavabdeh MMC-nin direktoru X2 məhkəməyə ərizə ünvanlayaraq işlərinin çoxluğu və bəzi üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, baxış iclasının sentyabrın 18dən sonrakı tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh "xxxx" MMC-nin direktoru X1 ərizəsini nəzərdən keçirib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatların dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh MMC-nin rəhbərliyinə İddiaçı tərəfindən ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əsasən xitam verilməsinə baxmayaraq əmək və məzuniyyət haqları ona ödənilməmişdir. Bu fakt öz təsdiqini tapmaqla direktor Nərminə Rəhimov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cəmiyyətin ona 2022-ci ilin iyun ayı üzrə 450 manat, iyul ayı üzrə 450 manat, cəmi 900 manat əmək haqqı, istifadə olunmamış məzuniyyət haqqı olaraq 175 manat məzuniyyət pulu, ümumilikdə 1075 manat ödəməli olduğu son haqq hesab vardır. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən “hər gecikdirilmiş gün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödəniş verilməlidir. Bununla bağlı cavabdehə mediasiya təklifi, pretenziya məktubu da göndərilmiş və təklif və pretenziya onun tərəfindən alınsa da, mübahisəni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, əmək haqqı və məzuniyyət pulu olaraq cəmi 1075 manat, eləcə də həmin məbləğin iyul ayının 5-dən etibarən 1%-i məbləğində, yəni 3550 manat məbləğində ödəniş ödənilməsini xahiş etmişdir. Əks halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını qeyd etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən X3 Xidmətinin rəisi cənab Vəli Quliyevə ünvanlanmış ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixində Cavabdeh MMC şirkətində mühasib vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində öz istəyi ilə işdən çıxmışdır. Ancaq buna baxmayaraq hələ də həmin ilin iyun və iyul aylarının əmək haqqısını və son haqq-hesabı almamışdır. Bununla bağlı müdriyyətə dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində son haqq hesabı ödəyəcəklərini rəsmi sms-lə göndərdikləri halda heç bir ödəniş edilməmişdir. Bu məsələ ilə bağlı qanun çərçivəsində onun hüquqlarının bərpa edilməsini, onun əmək haqqı və son haqq hesabını və gecikdirilən gün üçün kompensasiya almasında ona köməklik olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şirkətin ona iyun (450 manat) və iyul (450 manat) ayları üçün 900 manat əmək haqqı borcu və istifadə olunmamış məzuniyyət üçün 175 manat borcu vardır. Ümumilikdə xx.xx.2022-ci il tarixində şirkətin ona ödəməli olduğu son haqq hesabı 1075 manat təşkil edir. Ancaq nəzərə alsaq ki, 3 aydan çoxdur ki, o bu məbləği ala bilmədiyinə görə həmin məbləğin gecikdirilməsinə görə Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının ən azı bir faizi məbləğində ödəniş verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən son haqq-hesab ödənilmədiyi aşkar olunmuş, qeyd olunan pozuntuya görə cəmiyyətin direktoru Nərminə Rəhimova barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsi əsasında aylıq əmək haqqı 450 manat olmaqla, mühasib vəzifəsində işə qəbul edilmiş və 31 iyul 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC tərəfindən 2022-ci ilin iyun-iyul ayları ərzində İddiaçı iki ay üçün 900 manat əmək haqqı ödəməmişdir. Nəticədə cavabdeh təşkilatın iddiaçıya cəmi 900 manat əmək haqqı borcu qalmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 23 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə müraciətinə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış, bununla əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən son haqq-hesabının ödənilmədiyi qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən də, Cavabdeh MMC-nin direktoru Nərminə Rəhimova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda yol verilmiş nöqsanların aradan qaldırıması Cavabdeh MMC-nin Həmçinin əmək haqqının düzgün hesablanıb ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə rəsmi məktub göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin tələbinə görə, tərəflər əmək haqqının ayda bir dəfə ödənilməsi ilə bağlı razılaşmışdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci bəndinə görə işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırdmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsini və Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin tələblərini əsas tutaraq məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməklə, Cavabdeh MMC-dən 2022-ci ilin iyun və iyul ayları üçün ödənilməmiş 900 manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya və 2022-ci ilin iyun və iyul ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı 2022ci ilin iyun və iyul ayları üçün ödənilməmiş 900 manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya və 2022-ci ilin iyun və iyul ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 01 faizi məbləğində ödəniş Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci ilin iyun və iyul ayları üçün ödənilməmiş 900 manat əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya və 2022-ci ilin iyun və iyul ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəniş Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar