Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1200/2023 03.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X12 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, üçüncü şəxs Cavabdeh3 qarşı “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi” tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, üçüncü şəxs Cavabdeh3 qarşı “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-2269 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, digər Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22000 manat pulun borc verilməsi dair bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən tam icra olunduğundan kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə eyni rayondan olduqları üçün onu rayonlarının bir ağsaqqalı kimi tanımışdır. xx.xx.2022-ci ildə cavabdehlə aralarında Salyan rayonunun 2 saylı Notariat kontorunda 22000 manat borc pulun 1 ay müddətinə ona verilməsinə dair kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi faizsiz olmuşdur. Həmin müqaviləni bağlamaqda məqsədləri ondan ibarət olmuşdur ki, cavabdeh ondan özü üçün Gürcüstan Respublikasından “Toyota Corolla” markalı minik avtomobili gətirməyi xahiş etmişdir. O, 2017-ci il buraxılışlı, mühərrik nömrəsi- V526279, BAN nömrəsi- NMTBB017860R200048 olan avtomaşını gətirmək üçün tələb olunan məbləği ABŞ dolları şəklində dostu ilə Gürcüstan Respublikasına apardıqdan sonra, orada avtomaşını öz adına alaraq Azərbaycana gətirmişdir. Həmin **-BJ-*** nömrə nişanlı avtomaşının gömrük rüsumlarını da ödədikdən sonra şərtləşdikləri kimi avtomaşına dair xx.xx.2022-ci il tarixdə cavabdehin həyat yoldaşı Cavabdeh3 adına baş etibarnamə verməklə avtomaşını Məmmədağaya təhvil vermişdir. Həmin etibarnamə əsasında isə onlar avtomaşını Məmmədağanın oğlunun adına keçirmişlər. Yəni avtomaşın gətirilməsi üçün ona borc kimi verilmiş 22000 manat pulun əvəzinə onun tərəfindən avtomaşın gətirilmiş və Məmmədağaya olan borcunu avtomaşın şəklində qaytarmışdır. Lakin buna baxmayaraq aralarında olan etibardan sui-istifadə edən cavabdeh onun sadəlöhvlüyündən istifadə edərək kredit müqaviləsində hər hansı bir qeyd aparılmadığı üçün əsassız varlanmaq məqsədilə xx.xx.2023-cü ildə ona pretenziya məktubu göndərmişdir. O da, öz növbəsində Məmmədağanın arvadı Mehribanın adına verilmiş etibarnaməni xx.xx.2023-cü il tarixdə ləğv elətdirmişdir. 06 mart 2023-cü il tarixdə isə Salyan rayonu 2 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair icra qeydi verilmişdir. Hesab edir ki, o, kredit müqaviləsi üzrə ona verilmiş 22000 manatı avtomaşın alaraq Məmmədağaya verdiyindən borcunu ödəmişdir. Onun yazdıqlarını təsdiq edə biləcək şahidləri də vardır. Onun tərəfindən pul öhdəliyinin əvəzində avtomaşının verilməsi şəklində kreditorun arvadı qarşısında icra olunması borcun ixtiyarlı şəxs qarşısında icra olunması sayılır. Belə ki, birgə nikah döyründə ərlə-arvadın əldə etdiyi əmlak onların birgə mülkiyyətidir. Hal-hazırda “Toyota Corolla” markalı avtomaşın Məmmədağadadır və o, həmin maşından fayda götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 435-ci maddəsində qeyd edilmişdir ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Kreditor olan Məmmədağa 22000 manat borcun əvəzinə Toyota Corolla markalı avtomaşını qəbul etmişdir. Belə olan halda yenidən ondan borcu istəməsi qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Onunla cavabdeh Məmmədağa arasında kredit müqaviləsi olsa da, sonradan tərəfindən 22000 manatı qaytarmaq öhdəliyi avtomaşını onun arvadına vermək şəklində icra olunduğundan, Məmmədağanın ondan 22000 manat pulu tələb etmək üçün söykəndiyi hüquqi əsas aradan qalxmışdır. Odur ki, Məmmədağa onun hesabına əsassız varlanmağa çalışmışdır. Odur ki, Cavabdeh1 xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-2269 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi, digər Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22000 manat pulun borc verilməsi dair bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən tam icra olunduğundan kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırlıq mərhələsində qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan şəhər sakini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı ilkin iddiası əsassız və ədalətsiz olduğundan həmin iddianın ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Salyan şəhər sakini İddiaçı ona verdiyi 22000 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan şəhər sakini İddiaçı “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi tələbinə dair” Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsinin surəti poçt vasitəsi ilə onun ünvanına göndərilmiş, lakin vaxtında ona təqdim edilmədiyindən sonradan müddət keçməsinə baxmayaraq, ona verilmişdir. Verilmiş iddia ərizəsi iddiaçı tərəfindən aldığı borcu qaytarmaması və dələduzluq edərək yalan məlumatlarla dolu olduğundan həmin iddianı qəbul etməmiş və xx.xx.2023-cü il tarixdə iddiaya qarşı öz etirazını bildirməklə etiraz ərizəsini xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Bildirir ki, əvvəllərdən tanıdığı Salyan şəhər sakini İddiaçı ondan 2022-ci ildə pul borc istəmişdir. O da, onu tanıdığından və münasibətləri olduğundan Notariat kontoruna gedərək 08 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi bağlamaqla ona 22000 (iyirmi iki min) manat borc vermişdir. Kredit müqaviləsinin şərtinə uyğun olaraq borclu İddiaçı aldığı borcu 1 ay müddətində ona qaytarmalı idi. Lakin borclu vaxt keçməsinə baxmayaraq borcunu ona qaytarmadığından o, bu barədə Salyan Notariat Kontoruna müraciət etmişdir. Notariat Kontoru tərəfindən 31 yanvar 2023-cü il tarixdə borclunun ünvanına xəbərdarlıq məktubu göndərərək onun nəzərinə çatdırılmışdır ki, əgər qısa müddət ərzində borcu qaytarmasa İcra Qeydi vərəqəsi Salyan İcra və Probasiya Şöbəsinə göndəriləcəkdir. Notariat Kontorunun xəbərdarlığına baxmayaraq yenə də borclu NK-nə gəlməmiş və borcunu qaytarmaqdan yayınmışdır. Lakin borclu yenidən aldığı borcu qaytarmaqdan qəsdən yayındığından Notariat Kontoru tərəfindən xx.xx.2023-cü ildə icra qeydi Salyan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən borclu İddiaçı dəfələrlə İcra şöbəsinə çağrılsa da borclu qəsdən getməkdən yayındığından onun məcburi qaydada 2 ay sonra şöbəyə gətirilməsi təmin edilmişdir. İcra məmuru tərəfindən ona edilmiş xəbərdarlıqdan qorxuya düşən borclu icra məmuruna yalvararaq ona 10 gün vaxt verilməsini xahiş etmiş və bu barədə ondan izahat alınmışdır. Borclu söz verdi ki, qısa müddətdə borcunu qaytaracaqdır. Bütün bunlara baxmayaraq, borclu yenidən borcunu qaytarmaqdan qəsdən yayınaraq bu dəfə ona qarşı böhtanlar ataraq borcu qaytarmamaq və məsuliyyətdən yayınmağı qarşısına məqsəd qoymuşdur. Beləliklə də guya ondan aldığı pulun əvəzində ona avtomobil verməsini bəhanə gətirərək borcdan yayınmaq istəmişdir. Bundan sonra isə xx.xx.2023-cü ildə ”icra qeydinin ləğvi və krdit müqaviləsinə xitam verilməsi tələbinə dair” Salyan Rayon Məhkəməsində ona qarşı iddia ərizəsi yazmışdır. Onun dələduzluq etməklə düzgün olmayan yol tutaraq ona qarşı böhtanlar deməklə və borcu qaytarmaqdan yayınmaq məqsədilə etdiyi iddiaya öz etirazını bildirmiş və bunu məhkəməyə təqdim etmişdir. O, borcun tələbi ilə bağlı Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırsam da məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad çıxarılaraq geriyə qaytarılmışdır.Qərardadda müxtəlif çatışmamazlıqlarla yanaşı qeyd edilmişdir ki, guya icra qeydi icra şöbəsində olduğundan işə baxılması mümkün deyildir. O, bununla bağlı İcra şöbəsinə ərizə ilə müraciət etmiş və onlar tərəfindən 1.İcra qeydi; 2.İcra sənədinin qaytarılması haqqında qərar 3. Borclu Əsədova göndərilmiş məlumat; və 4.borcludan alınmış izahatın surəti ona verilmişdir. Həmin sənədləri qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Borclu ondan aldığı borcu qaytarmamaq məqsədilə müxtəlif fırıldaqlara əl ataraq ona qarşı yalanlar deməklə onu şərləmək istəyir. Bir daha bildirir ki, onunla aralarında olan maşın mübahisələri başqa mövzudur. O, yalnız ondan verdiyi 22000 manat borcunu tələb edir. Onun həmin borcu guya maşın almaq üçün ona verdiyini iddia etməsi yalan və böhtandır. Belə ki, ona verdiyi maşının əvəzində o, ona özünə məxsus “Hunday Santafe” markalı avtomaşınını verərək onu dəyişməsini xahiş etmişdir və Mirsəttar da onun ona verdiyi maşınının əvəzində ona “Toyota Carolla” markalı istifadə üçün tam yararlı olmayan maşın vermişdir. Maşın mübahisələrinin onun ona verdiyi borc pula heç bir aidiyyatı yoxdur.Odur ki, Salyan şəhər sakini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı ilkin iddiası əsassız və ədalətsiz olduğundan həmin iddianın ləğv edilməsi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Salyan şəhər sakini İddiaçı ona verdiyi 22000 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək göstərmişdir ki, Məmmədağa onun üçün Gürcüstandan avtomobil gətirməsini istəmişdir, ona görə də o Gürcüstana gedərək Məmmədağa üçün avtamobil alıb gətirmişdir. Məmmədğaya avtomobil almazdan əvvəl onun avtomobilini 22.000 satmışdır və həmin məbləğdə də borc müqaviləsi bağlanmışdır. Notariusda bağlanmış borc müqaviləsinin puluna, yəni Məmmədağanın avtomaşının satışından əldə olunmuş pulla Gürcüstandan Məmmədağanın arvadının adına sənədləşdirilən avtomobil gətirmişdir. Ona görə də 1 ay müddət müəyyən edilmişdir. Həmin vaxt notarius demişdir ki, avtomaşın kimi qeyd etmək olmazl, borc müqaviləsi kimi qeyd olunmalıdır. O da, razılaşmışdır. Gürcüstana getmiş və orada Məmmədağanın istədiyi markalı maşını tapa bilmədiyi üçün onunla razılaşaraq başqa maşın almışdır. 3 gün sonra maşın gəlmiş və birlikdə gedərək maşını qəbul etmişlər. Həmin maşını Məmmədağanın yoldaşının adına sənədləşdirmişlər. Ona heç bir borcu yoxdur. Onun maşınını sataraq həmin pula maşın alaraq ona gətirmişdir. Sonradan Məmmədağa demişdir ki, avtomobil saz vəziyyətdə deyil, müştəri tapıb onu satsın. O, da avomobili satmaq üçün avtomaşını avtomobil bazarına aparmaq lazım olduğunu demişdir. O, heç bir vaxt Məmmədağadan iş adı ilə borc pul almamışdır. Lakin buna baxmayaraq Məmmədağa nə avtomobili bazara aparmaq üçün ona vermir, lakin avtomobili satmağı tələb edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili və nümayəndəsi X10 bildirmişdir ki, İddiaçı cavabdehin avtomaşınını sataraq həmin pula Gürcüstandan maşın gətirmişdir. Gürcüstandan gətirilən avtomaşın cavabdehin arvadının adına sənədləşdirilmişdir. Cavabdeh avtomobildən narazıdır. Bir müddət cavabdeh maşını idarə etdikdən sonra maşını istəmədiyini, satılmasını və pulunun ona geri qaytarılmasını tələb etmişdir. Bu səbəbdən də aralarında olan münasibət korlanmışdır. Onlar cavabdehin onlara qarşı iddia verəcəyini bilməmişlər. Mirsəttarı 5-6 ildir ki, tanıyır. O, taksi sürücüsü işləyir. Onun adında maşın yoxdur. Başqa işlə məşğul olmur. Onun torpağı yoxdur. Aralarında kredit müqaviləsi bağlanmamışdır. Mirsəttar Məmmədağadan nağd pul almamışdır. O, Mirsəttara satmaq üçün maşın vermişdir. Ona görə də, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 bildirmişdir ki, o, maşınını Mirsəttara vermişdir ki, satıb onun üçün maşın alsın. Ondan başqa notarial qaydada borc pul da vermişdir. Mirsəttar ona demişdir ki, “yataq” almışdı, 1 aya maşınları var sataraq pulunu verəcəkdir. Mirsəttara inanmışdır. Mirsəttarın atası ilə tanışdır, atası vasitəsi ilə Mirsəttar ilə tanış olmuşdur. O, Mirsəttara “Hyundai Santafe” markalı maşın vermişdir və həmin markalı avtomaşın gətirməsini istəmişdir. O, Mirsəttara satması üçün 24000 manatlıq avtomaşın və 22000 manat nəğd pul vermişdir. Notariusda avtomaşın söhbəti olmamışdır, borc müqaviləsi bağlanmışdır. Avtomaşın gəldikdən sonra onu yoldaşının adına sənədləşdirmişdir. Notarius vasitəsi ilə Mirsəttara borc vermişdir. Ona izah olunmuşdur ki, 1 ay müddətində pulu geri qaytarmasa icra qeydi İcra və Probasiya şöbəsinə gedəcəkdir. Onun maşınını 24500 manata Biləsuvarda satmışdır. Həmin pula ona maşın gətirmişdir. 22000 manat borc pula isə “yataq” almışdır. Mirsəttar onun üçün lazım olan avtomobili Gürcüstandan gətirməmişdir. Əslində Mirsəttar onun üçün Gürcüstandan istədiyi maşını gətirməmişdir. Həmin avtomobil evdə qarajda qalır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X11 bildirmişdir ki, İddiaçı ilə yaxın tanışdır. İddiaçıla Gürcüstan Respublikasına avtomobil almağa gedən zaman ona zəng edərək, ona da bilet almasını istəmişdir. Onun alacağı avtomobil əvvəldən hazır olmuşdur. Ancaq İddiaçı almaq istədiyi avtomobil bir neçə gün gözləmişlər. Gürcüstanda 4 avtomobil bazarı var, demək olar ki, iki bazarı tam gəzmişlər. Hər dəfə uyğun avtomobil müəyyən etdikdə Mirsəttar avtomobilin foto və videosunu çəkib alıcıya göndərirdi. “Hyundai Santafe” markalı avtomobil tapmaq çətin olmuşdur. Axtararaq avtomaşın tapmışlar, həmin avtomaşının şəklini çəkərək Məmmədağaya atmışlar. Mirsəttar onun yanında Məmmədağa ilə danışanda demişdir ki, avtomaşının ili təzə olsun və vurulmuş avtomaşın olmasın. Sonra qarşılarına bir avtomobil çıxmış, ona baxanda görmüşlər ki, vurulmuş avtomaşın deyildir. Maşının sahibi beh istədiyi üçün Mirsəttar ona 100 ABŞ dolları beh pul vermişdir. Səhəri gün yenidən avtomaşını sahibi ilə görüşərək avtomaşını almışlar. İş üzrə Cavabdeh1 xüsusi Notariusu X7 oölu və üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə sonuncuların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməl, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin ksero surətindən görünür ki, Cavabdeh2, İddiaçı notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində borc pul vermişdir.İddiaçı aldığı 22000 (iyirmi iki min) manat məbləğində pulu 08 oktyabr 2022ci il tarixinədək Cavabdeh2 tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin ksero surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 22000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 22025 manat pul tutulsun. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışın ksero surətindən görünür ki, İddiaçı “Toyota Corolla minik” markalı, istehsal ili 2017, Mühərrik nömrəsi V526279, BAN nömrəsi NMTBB0JE60R200048 olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 vermişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vüqar Əliyev tərəfindən verilmiş 55921/01 saylı çağırış vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı 22 may 2023-cü il tarixə Salyan rayon İcra və Probasiya şöbəsinə çağırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında yaşayan İddiaçı 22000 manat borc vermişdir. Ondan tələb olunur: 1 ay müddətində pulu qaytarsın. Əks təqdirdə 08 sentyabr 2020-ci il tarixli Salyan rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş müqaviləni Salyan rayon Ədliyyə Polisinə təqdim ediləcəkdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vüqar Əliyevin xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarından görünür ki, icra sənədi üzrə tələbkar Cavabdeh2 xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyi üçün icra sənədinin onu vermiş orqana geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixdə verilmiş izahatın ksero surətindən görünür ki, Cavabdeh1 xüsusi notariusu tərəfindən verilmiş 8i-2269 saylı, 06 mart 2023-cü il tarixli icra qeydinə əsasən ondan cəmi 22025 manat pulun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. İcra sənədində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş göndərilmişdir. Borcun ödənilməsi ilə əlaqədar tələbkar Cavabdeh2 ilə razılığa gəlmişlər ki, 10 gün müddətində bu məsələni qaydaya qoyacaqlar. Ona görə də, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışın ksero surətindən görünür ki, Cavabdeh2 “Hyundai Santafe minik” markalı, istehsal ili 2010, BAN nömrəsi KMHSJ81UBBU636110 olan **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı vermişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan mülki iş üzrə Cavabdeh2 mülki iş üzrə İddiaçı iddia ərizəsinə etiraz etmək və mülahizə təqdim etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Salyan şəhər sakini İddiaçı “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair Salyan Rayon Məhkəməsində mənə qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsinin surəti poçt vasitəsi ilə mənim ünvanıma göndərilmişdir. Lakin mənə qeyd edilən vaxtda çatmadığından geriyə qaytarılmışdır. Bütün bunlara baxmayaraq onun iddiası Salyan Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı təyin olunmuşdur. Mən iddiaçı tərəfindən verilmiş iddianı ədalətsiz, haqsız olduğunu bildiyimdən həmin iddianı qəbul etmirəm və iddiaya qarşı öz etirazımı bildirirəm. Etirazımı aşağıdakı faktlarla sübuta yetirirəm:
1. Məlum olduğu kimi mənimlə İddiaçı arasında 08 sentyabr 2022-ci ildə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən mən ona 22.000 (iyirmi iki min) manat borc vermişəm və müqavilədə göstərildiyi kimi cavabdeh həmin pulu 01 ay müddətində mənə qaytarmalı idi. Lakin Mirsəttar məndən aldığı borc pulu qaytarmadığından bir neçə ay sonra mən notariat kontoruna müraciət etdim və onlar tərəfindən Mirsəttara 31 yanvar 2023-cü ildə xəbərdarlıq məktubu göndərilərək borcun qaytarılmasını tələb etmişdir. Notariat kontorunun xəbərdarlıq məktubunda bildirildi ki, əgər borcu vaxtında qaytarmasa Salyan İcra və Probasiya şöbəsinə icra qeydi göndəriləcəkdir.
2. Borclu İddiaçı borcu vaxtında qaytarmadığından Notariat kontoru 06 mart 2023-cü ildə İcra və Probasiya şöbəsinə borcun alınması ilə bağlı icra qeydi göndərmişdir. İcra qeydi İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra əməkdaş Vüqar Əliyev tərəfindən borclu şöbəyə çağrılmışdır. Lakin borclu çağrışa məhəl qoymayaraq şöbəyə getməkdən boyun qaçırmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu şöbəyə getmədiyindən və borcunu ödəmədiyindən icra məmuru tərəfindən 2 ay sonra məcburi qaydada İcra şöbəsinə gətirildi və borcu ödəməkdən qəsdən yayındığından və çağrışa gəlmədiyindən icra məmuru onu inzibati qaydada həbs olunacağı barədə xəbərdar etdi. Həmin vaxt, İddiaçı icra məmuruna yalvararaq borcun ödənilmsəi ilə bağlı 10 gün vaxt istədi və bu bardə icra məmuruna onun yanında rəsmi izahat verərək söz verdi.
3. Borclu qanunla məsuliyyət daşıdığını və məsuliyyətə alınacağını bildiyindən məsuliyyətdən yayınmaq üçün mənə qarşı xx.xx.2023-cü ildə “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi” barədə iddia qaldırdı. Borclu məsuliyyətdən yayınmaq və özünü cəzadan kənarlaşdırmaq məqsədilə iddia ərizəsində mənə qarşı böhtan deməkdən belə çəkinməyərək guya ona verdiyim borc pulun əvəzində mənə maşın verməsini bildirdi.
4. Borclunun iddia etdiyi faktla əlaqədar olaraq aydınlıq gətirir belə ki,mən ona 22000 manat borc pul vermişəm.Onun mənə verdiyi maşının məndən aldığı borc pula heç bir aidiyyatı yoxdur. Belə ki,mən 2022-ci ildə özümə məxsus “Hyundai Santafe” markalı avtomaşınımı ona verərək ondan mənə başqa münasib maşın gətirməsini xahiş etmişdim.Lakin Mirsəttar bu işdə də, dələduzluq edərək, məni aldadaraq mənə yararsız halda olan “Toyota corolla” markalı avtomaşın vermişdir. Bir daha bildirirəm ki, Mirsəttarın mənə verdiyi maşının mənim ona verdiyim borc pula heç bir aidiyyatı yoxdur. Borclu yalnız özünü təmizə çıxarmaq və məsuliyyətdən yayınmaq məqsədilə mənə böhtan ataraq yalan iddia etmişdir. Belə çirkin əməllərlə məşğul olmaq onun peşəsidir. Belə ki, əvvəllərdə də Misəttar Əsədov dələduzluq etdiyinə görə məhkumluq həyatı yaşamışdır.
5. Borclu Mirsəttar borcu qaytarmaqdan yayınmaq məqsədilə belə çirkin oyunlardan istifadə edərək dələduzluq edərək mənim ona verdiyim borc pulu mənimsəmək istəyir.
6. Hətta mən borcun tələbi ilə bağlı ona qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmışdım. Lakin Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mənim iddia ərizəm və sənədlər geriyə qaytarılmışdır. Odur ki, Salyan şəhər sakini İddiaçı mənə qarşı qaldırdığı iddianı əsassız və ədalətsiz hesab etdiyimdən həmin iddianı qəbul etmirəm və mənim borc kimi ona verdiyim 22000 borcumun alınaraq mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edirəm. İş materiallarında olan mülki iş üzrə üçüncü şəxs Cavabdeh3 məlumat adlı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, etirazında göstərmişdir ki, mülki iş üzrə İddiaçı mənim həyat yoldaşım Cavabdeh2, Salyan rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu Mirismayıl Hüseynova və 3-cü şəxs kimi mənə qarşı “icra qeydinin ləğvi və kredit müqaviləsinə xitam verilməsi tələbinə dair” Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Mən onun iddiası ilə tanış olduqdan sonra onun iddiasının əsassız və ədalətsiz hesab etdiyimdən onun iddiasını qəbul etmirəm və bizə qarşı onun dediklərini böhtan hesab edirəm. Bildirirəm ki, Cavabdeh2 mənim həyat yoldaşımdır. İddiaçıı bir Salyanlı kimi, həyat yoldaşımın tanışı kimi tanıyıram. xx.xx.2022-ci ildə Mirsəttar mənim həyat yoldaşımdan bir ay müddətinə 22000 (iyirmi iki min) manat borc pul almışdı və həmin borcun alınması Salyan Notariat kontorunda rəsmiləşdirilmişdir. Həmin vaxtlarda həyat yoldaşım Mirsəttara “Hyundai Santafe” markalı avtomaşını verərək ondan xahiş etmişdir ki, həmin avtomaşını başqa münasib maşınla dəyişdirsin. Mirsəttar da ərimin ona verdiyi maşının əvəzində ona “Toyota Corolla” markalı avtomaşın vermişdir. Mirsəttar ərimin ona verdiyi borcu vaxtında qaytarmadığından Notariat kontoruna müraciət edərək pulu ondan tələb etdikdə Mirsəttar borcu qaytarmaqdan yayınmaq məqsədilə guya borcun əvəzində bizə maşın verdiyini bildirmişdir. Faktiki olaraq ərimin ona verdiyi borc pulla onun bizdən aldığı maşını dəyişdirərək başqa maşın verməsi arasında heç bir əlaqə yoxdur. Onun aldığı borcun maşın alqı-satqısına heç bir aidiyyatı yoxdur. Onun iddiasını cavab olaraq ərim öz etirazını bildirmiş və verdiyi borcun tələbi ilə bağlı qarşılıqlı iddia vermişdir. Sonradan öyrənmişik ki, Mirsəttar əvvəllər başqa şəxslərə qarşı da belə qanunsuzluqlar və dələduzluqlar etmiş və etdiyi əmələ görə məhkumluq həyatı yaşamışdır. Bu günlərdə onun aldığı borcu qaytarmadığına görə İcra və Probasiya şöbəsinə başqa icra sənədi daxil olmuşdur. Xahiş edirəm mənim məlumatımı qəbul edərək iş üzrə düzgün qərar qəbul edəsiniz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1ndə 08 sentyabr 2022-ci il tarixdə bağlanmış Kredit Müqaviləsinə əsasən Cavabdeh2, İddiaçı notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 22000 (iyirmi iki min) manat məbləğində borc pul vermişdir. İddiaçı aldığı 22000 (iyirmi iki min) manat məbləğində pulu 08 oktyabr 2022ci il tarixinədək Cavabdeh2 tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Əsədov X5 Respublikasından gətirdiyi “Toyota Corolla minik” markalı, istehsal ili 2017, Mühərrik nömrəsi V526279, BAN nömrəsi NMTBB0JE60R200048 olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri 48 saylı notariat ofisində verilmiş xx.xx.2022-ci il tarixdə etibarnaməyə əsasən Cavabdeh3 vermişdir. Qarşılıqlı iddiaçının ilkin iddiaçıya həm avtomobil almaq üçün 22.000 manat pul verməsi həm də həmin gün 01 aylıq 22.000 manat məbləğində borc pul verməsi inandırıcı edir. Qarşılıqlı iddiaçı izahatında göstərmişdir ki, iddiaçını atasına görə tanımışdır və avtomobil alqı-satqısı ilə məşğul olur. Belə olan halda 01 ay müddətinə “yataq” almaq adı ilə 22.000 manat pulu borc verməsi ağlabatan deyildir. Bu cür nəticəyə gələrkən məhkəmə qarşılıqlı iddiaçının aldığı avtomobili nasaz olması və satmaq istəməsi ilə bağlı iddiaçıya təkliflər irəli sürməsi də nəzərə alınmışdır. Göründüyü kimi İddiaçı Gürcüstan Respublikasından gətirdiyi “Toyota Corolla minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda cavabdehin həyat yoldaşı olan iş üzrə üçüncü şəxs Cavabdeh3 mülkiyyətindədir. İddiaçının iddia tələbinin kredit müqaviləsinin etibarsız hesab edilməsi və İcra qeydinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən olunur ki, İcra qeydi İcra və Probasiya şöbəsi tərəfindən tələbkarın ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəyə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəyə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özlərinə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı arasında Cavabdeh1ndə 08 sentyabr 2022-ci il tarixdə bağlanmış Kredit Müqaviləsi Mülki Məcəllənin 337.1 və 337.3-337.4-cü maddələrinə əsasən özlüyündə bağlanan adan etibarsız sayılmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi borcun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş 160 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ənnağı Məmmədli