Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1256/2023 11.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs X1 qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X1 qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz 3110” markalı, **-LO-*** qeydiyyat nişanlı avtomaşınla bağlı X2 ilə Cavabdeh arasında bağlanmış 07 yanvar 2017ci il tarixli alqı-satqı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə teleqram ilə məhkəmənin dəftərxanası vasitəsi ilə müraciət edərək cavabdehlə razılığa gəldiyi üçün iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə ərizəçinin ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X1 qarşı “alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1256/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1256/2023
11.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver