Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-131/2025 05.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiasına dair mülki işə açıq Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş sümbül Sep 15 qram 583 əyyar brilyant -1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar - 450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, Üzük 2 qram 500 583 əyyar- 250 manat, Safir üzük 583 əyyar 3 qram-300 manat olan qızıl əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 4550 manat pulun, həmçinin atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat manat olan heyvanların, özü olmadıqda onların dəyəri olan 6860 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını Salyan rayon, Yenikənd kənd inzibati ərazi nümayəndəliyində 27 sentyabr 2004-cü il tarixdə rəsmi qeydiyyata aldırmaqla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 10 sentyabr 2005-ci il təvəllüdlü X4 və 26 oktyabr 2008-ci il təvəllüdlü X3 adlı 2 nəfər uşaqları doğulmuşdur. Əvvəllər Cavabdeh ilə münasibətləri yaxşı olmuş, sonradan cavabdehin təqsiri üzündən münasibətləri korlanmağa başlamış, nəticədə Salyan rayon Məhkəməsində nikahları pozulmuş, 26 oktyabr 2008-ci il təvəllüdlü X1 üçün hər ay aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O ailə qurarkən cavabdeh tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. O evə gələrkən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını gətirməmişdir. Hazırda cavabdeh ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını ona verməkdən imtina edir. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları gəlin köçdüyü evdə qalmışdır. Bundan başqa atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan (ümumilikdə dəyəri 6400 manat, 21 ədəd hind quşu (ümumilikdə dəyəri 630 manat) və 63 ədəd toyuq (ümumi dəyəri 630 manat) cavabdehlə yaşadıqları evdə qalmışdır. Onların hamısına o baxırdı. Cavabdeh göstərdiklərini ona qaytarmır. Ona hədiyyə edilmiş qızıl-zinət əşyaları aşağıdakılardır: Sümbül Sep 15 qram 583 əyyar brilyant -1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar - 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar-450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, Üzük 2 qram 500, 583 əyyar - 250 manat, Safir üzük 583 əyyar 3 qram - 300 manat, ümumilikdə 4550 manat təşkil edir. Bundan başqa, atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat olmaqla, ümumi dəyəri 6860 manat təşkil edir. Odur ki, Cavabdeh ona hədiyyə edilmiş sümbül Sep 15 qram 583 əyyar brilyant -1500 manat, Sümbül Qolbaq 583 əyyar 8 qram - 800 manat, Sep 3 qram 585 əyyar 300 manat, Sırğa 4 qram 500, 583 əyyar - 450 manat, Nişan üzüyü 4 qram 500, 583 əyyar - 450 manat, Tək qaşlı üzük 583 əyyar 3 qram - 300 manat, Üzük 2 qram 585 əyyar - 200 manat, Üzük 2 qram 500 583 əyyar-250 manat, Safir üzük 583 əyyar 3 qram-300 manat olan qızıl əşyalarının özü, ya eynisi və ya bunlar olmadıqda qızıl-zinət əşyalarının dəyəri olan 4550 manat pulun alınaraq onun xeyrinə verilməsi, Atası tərəfindən alınmış 8 baş iribuynuzlu heyvan dəyəri 5600 manat, 21 ədəd hind quşu dəyəri 630 manat və 63 ədəd toyuq dəyəri 630 manat manat olan heyvanların özü olmadıqda onların dəyəri olan 6860 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatına əlavə olaraq bildirmişdir ki, Cavabdeh ilə aralarında olan ailə münasibətləri pozulmuş, o, cavabdehlə yaşadığı evi tərk etmiş, gederkən özü ilə heç bir əşya götürməmişdir. Belə ki, ona məxsus olan, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyaları və atası tərəfindən ona hədiyyə olunmuş heyvanlar (mal-qara, toyuq-cücə) cavabdehdə qalmışdır. Həmçinin bildirmişdir ki, sözügedən qızıl-zinət əşyaları həmişə onun özündə olmuş, onları özü saxlamışdır. Lakin evi tərk edərkən onu Heydər döyməklə evdən qovduğundan sözügedən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı evi tərk edərkən özü ilə iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını da aparmışdır. O, Ülviyyəni döyməmiş, Ülviyyə evi tərk edərkən aralarında hər hansı insident olmamışdır. İddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, ona atası tərəfindən verilən heyvanlar (mal-qara, toyuq-cücə) da iddiaçının özü tərəfindən maşına yüklənərək aparılmışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-357/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü tarixli, 28 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən 03 adda qızılzinət əşyalarının hazırkı, yəni 2025-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1495,00 manat müəyyən edilir. Qərardadda qeyd edilən digər zərgərlik məlumatlarının əyarı barədə, onların üzərindəki qaşların istehsal yeri, sayı, mənşəyi, keyfiyyəti, ölçüsü və s. barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparılmadı. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərardadda qeyd edilən qızıl-zinət əşyalarının 2004-cü il tarixə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından həmin tarixə tədqiqat aparılmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, idiaçı İddiaçı xx.xx.2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X3 doğulmuşdur. Onlar arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakları və qızıl-zinət əşyalarının cavabdehlə ər–arvad münasibətini kəsib ata evinə gələrkən ona verilmədiyini qeyd etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən qaytarılmasını tələb etdiyi əmlakların və qızıl-zinət əşyalarının iddiaçı tərəfindən evi tərk edib gedərkən aparıldığını və həmin əmlakların onda olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı evi tərk edərkən tələb etdiyi əmlakları özü ilə aparmadığını bildirsə də, həmin əmlakların cavabdehə məxsus ünvanda olduğuna dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Onun dəlilini iddia ərizəsinə əlavə etdiyi yalnız şahid ifadələri təsdiq etmişdir ki, məhkəmə onu iddianın təmin edilməsi üçün kifayət hesab etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizəsində göstərilən əmlakların məhz cavabdehin qanunsuz sahibliyində olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin iddia tələbinin "iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması" hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «əmlak» barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-131/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-131/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver