Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1415/2024 25.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə xx.xx.2021-ci ildə nikahlarını Salyan rayon Şorsulu kənd İnzibati Ərazi Dairəsində rəsmiləşməsi, birgə nikahdan doğulan övladları xx.xx.2021-ci il təvəllüdlü X5 hazırda uşaq onunladır onun yanında saxlanılması, X3 xx.xx.2021-ci il təvəllüdlü X1 üçün uşağa 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “aliment” tələbinə dair iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə iddia ərizəsini imzalayan Nümayəndə vəkil, yaxud İddiaçı ilə yaxın qohum olması müəyyən olunmur. Doğrudur iddia ərizəsinə xx.xx.2024-cü il tarixli etibarnamə əlavə olunsa da vəkil orderi və ya qohumluğu (X7) təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin (bundan sonra MPM) 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməsi üçün əlavə edilməmişdir. MPM-in 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir. MPM-in 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cu maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda iddiaçı hazırki iddia ərizəsini məhkəməyə təqdim edərkən məhz MPM-nin bu tələblərinə əməl etməmiş və iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Həmçinin iddia ərizəsinin xahiş etdi hissəsində natamamlıq vardır. Belə ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etsə də, birgə nikahdan doğulan övladı xx.xx.2021-ci il təvəllüdlü X5 hazırda onunladır onun yanında saxlanılması və X3 xx.xx.2021-ci il təvəllüdlü X1 üçün uşağa 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Mediasiya arayışından görünür ki, iddiaçı yalnız aliment tələbinə dair təkliflə cavabdehə müraciət etmiş, mediasiya sessiyası aliment tələbi ilə bağlı keçirilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı aliment tələbi ilə yanaşı uşağın da onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş edir. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edir ki, iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1415/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1415/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver