Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1426/2023 11.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində 11 noyabr 2006-cı il təvəllüdlü X3 və 31 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anaları Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla 386 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddiasını müdafiə edərək bildirmişdir ki,cavabdehlə aralarındakı nikah məhkəmənin 02 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahlarından doğulmuş 11 noyabr 2006-cı il təvəllüdlü X3 və 31 iyul 2008-ci il təvəllüdlü X5 anaları atıb getdiyi tarixdən, yəni 07 yanvar 2020-ci il tarixdən onun himayəsindədirlər.Məhkəmə qətnaməsinə əsasən uşaqlar anaya verilsə belə, sonuncular anaları ilə yaşamaq istəmədikləri üçün analarının yanına getmək istəməmişlər. Uşaqlar onun himayəsində qaldıqları üçün cavabdeh aliment verməlidir. Odur ki, Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla 386 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini qeyd edərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 11 noyabr 2006-cı il təvəllüdlü X3 və 31 iyul 2008ci il təvəllüdlü X5 anadan olmuşdur. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2(057)-564/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı ilə X4 arasında Salyan Rayon VVAQŞ-də 25 yanvar 2006-cı ildə 42 nömrə ilə bağlanmış nikah pozulmasıvə tərəflərin birgə nikahından xx.xx.2006-cı ildə anadan olmuş Tutuxanım, xx.xx.2008-ci ildə anadan olmuş Məhəmməd adlı uşaqlar İddiaçı alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, məhkəmə qətnaməsi ilə xx.xx.2006-cı ildə anadan olmuş Tutuxanım, xx.xx.2008-ci ildə anadan olmuş Məhəmməd adlı uşaqlar İddiaçı alınaraq X2 verilməsi qət edilmişdir. Lakin qətnamə icra olunmamış və həmin haldan istifadə edən İddiaçı uşaqların anasından aliment tələb edir. İddiaçı ananın alimenti ödəmək imkanının olub-olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə qətnaməsini icra etməyən iddiaçının qarşı tərəfdən aliment tələb etməsi qanunvericiliyin tələblərinə ziddir.İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aliment tələb etdiyi halda, özü qanunvericiliyin tələblərinə əməl etməyərək məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ İddiaçı 11 noyabr 2006-cı ildə anadan olmuş X3 və 31 iyul 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün anaları Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla 386 manat məbləğində aliment alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1426/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1426/2023
11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver