Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1427/2024 24.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehizlik əşyaları və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehizlik əşyaları və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Salyan şəhər sakinləri Cavabdeh1 və onun anası Cavabdeh2 toylarında ona hədiyyə olaraq verilmiş 1500(bir min beş yüz) manat qiyməti olan qızıl komplekt dəstin; bir ədəd 600 (altı yüz) manat qiyməti olan nişan üzüyünün;1 ədəd qızına hədiyyə edilmiş 300(üç yüz) manat qiymətində, üstündə kulonu olan boyun sepinin, anası tərəfindən hədiyyə olaraq verilmiş 450 (dörd yüz əlli) manat qiyməti olan üzüyü naturada, əgər bu mümkün olmasa onların dəyəri olan 2800 (iki min səkkiz yüz) manat pulun və 1 ədəd soyuducunun, 1 ədəd uşaq şifonerinin, 1 ədəd 548 manat qiyməti olan mobil telefonun naturada, əgər bunlar mümkün olmasa onların ümumi dəyəri olan 1598 (bir min beş yüz doxsan səkkiz) manat pulun alınaraq oan verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, İddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir.İddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etsə də, həmin qəbzdə göstərilmiş 50 manat məbləğ iddia qiymətinə uyğun olmamaqla qanunla müəyyən edilmiş məbləğdə deyildir. Belə ki, Azərbaycan Respublikasının «X2» Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. İddiaçının 2800 manat dəyərində qızıl-zinət əşyaları və 1598 manat cehiz əşyaları tələbi üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduğu üçün iddiaçı 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 30 manat + 4398 x 1% = 30+33,98=63,98 manat dövlət rüsumu ödəməli olduğu halda, cəmi 50 manat ödəmişdir. Buna görə də bu hal qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməməsi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllə 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, mülki iş icraata qəbul edilmədən geri qaytarıldığından iddia qaldırılması üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul büdcədən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 149-152, 263, 264 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “cehizlik əşyaları və qızıl-zinət əşyaları” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı tərəfindən mülki iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(057)-1427/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1427/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver