Məhkəmə qərarları › İş №2(057)-1430/2023

Salyan Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(057)-1430/2023

28.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Salyan rayon İş № 2(057)-1430/2023 28.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra "xxxx" MMC) əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Borclu ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, № ******* saylı “Alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh Borclu "xxxx" MMC-nin xeyrinə 632.5 manat əsas borcun, 63.25 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasını dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu xx.xx.2020-ci il tarixli alqı-satqı (nisyə) müqaviləsinə əsasən kreditordan aldığı əmlaka görə 858 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. “Alqı-satqı Müqaviləsi”nin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanələrlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq kreditor "xxxx" MMC-yə ciddi ziyan vurmuşdur. “Alqı-satqı Müqaviləsi”nin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1 faiz cərimə ödənilməlidir. Həmin sənədlərdən həmçinin görünür ki, kreditorun pul məbləğinin ödənilməsi tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi qaydada bağlanmış əqdə əsaslanır. Buna görə də, kreditor borcludan pul məbləğinin ödənilməsi barəsində ərizə tələbi ilə əmr icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlıdır. Belə olan halda, hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Belə ki, həmin Məcəllənin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa və yaxud tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 03 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276 və 280-284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan Borclu 10 yanvar 2020-ci il tarixli, № ******* saylı Alqı-satqı müqaviləsinə əsasən yaranmış 632,5 manat əsas borc, 63,25 manat cərimə borcu olmaqla, cəmi 695,75 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə ödənilsin. Borclu məhkəmə əmrinə 10 (on) gün müddətində borclu tərəfindən Salyan Rayon Məhkəməsinə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar