Məhkəmə qərarları › İş №2(057)-1480/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1480/2024

22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1480/2024 22.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə gəlin köçdüyü evdə ona və uşaqlarına yaşama hüququnun verilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində onun xx.xx.1998-ci il təvəllüdlü X10, xx.xx.2003-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə Salyan şəhəri Ə.Quliyev küçəsi bina 2, ev 58-də yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Zaurla 1997-ci ildə evlənmiş, 2 uşaqları olmuşdur. Hər iki uşağı həddi-buluğa çatmışdır.O, gəlin köçdüyü zaman 1997-ci ildə ünvan 1 ünvanda 9 ay yaşamış, sonra Bakı şəhərinə köçərək orada kirayədə yaşamışlar. Həmin vaxtdan Bakı şəhərində kirayədə yaşayır. Lakin artıq kirayədə yaşamaq üçün maddi imkanı yoxdur. Ona görə də gəlin köçdüyü evə köçmək istəyir. Ev orderlə qayınatasının adınadır. Orderdə onun və uşaqlarının adı yazılmışdır. Həmin ev özəlləşdirilməmişdir. Hazırda yaşamağa yeri olmadığı üçün həmin evə köçürülməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı və iddiaçının övladları - xx.xx.1998-ci il təvəllüdlü X10, xx.xx.2003-cü il təvəllüdlü X1 şəhəri, Ə. .Quliyev küçəsi ev 2, mənzil 58-də 04 iyul 1979-cu il tarixli 41 saylı order əsasında qeydiyyatdadırlar və həmin mənzildən digər ailə üzvləri ilə birlikdə bərabər qaydada istifadə etmək hüquqları vardır. Cavabdehlər order əsasında mənzildə onlarla bərabər hüququları olan iddiaçını həmin mənzilə buraxmamaqla onun qanunla qorunan mənzildən istifadə hüququnu pozur. Buna görə də iddiaçının pozulmuş hüququ bərpa olunmalıdır. İddiaçı uzun müddət Bakı şəhərində kirayədə yaşasa belə faktiki olaraq daimi yaşayış yeri olmamış və o, daimi yaşamaq üçün başqa yerə köçmək fikrində olmamışdır. İddiaçı və uşaqları faktiki olaraq mübahisəli mənzildə qeydiyyatdadırlar.İddiaçının cavabdehlər kimi həmin mənzildən istifadə hüququ var, mənzil ictimai mülkiyyət aid olan mənzildir, qeyd olunan mənzil özəlləşdirilməmiş və tərəflərdən heç birinin mülkiyyətində deyildir. Cavabdehlərin həmin mənzildən istifadə hüququ hansı əsasla həyata keçirilirsə, iddiaçının da eyni hüquqa malik olması müəyyən olunmuşdur. Odur ki, İddiaçı Ə.Quliyev küçəsi ev 2, mənzil 58-də yerləşən mənzilə köçürülməli, o, həmin mənzildən digər ailə üzvləri ilə birlikdə bərabər qaydada istifadə etməlidir. Məhkəmə iddiaçının tələbinin övladları -xx.xx.1998-ci il təvəllüdlü X10, xx.xx.2003-cü il təvəllüdlü X2 da həmin mənzilə köçürülmələri hissəsini əsassız sayır. Belə ki, iddiaçının hər iki övladı yetkinlik yaşına, yəni 18 yaşına çatmış, buna görə də onlar öz yaşayış yerlərini sərbəst seçmək hüquqlarına malikdirlər. Onlar öz adlarından məhkəmədə müstəqil iddia qaldıraraq həmin məzilə köçürülmələrini tələb edə bilərlər.Lakin onlar belə bir iddia ilə məhkəməyə müraciət etməmiş və iddiaçıya bu barədə etibarnamə verməmişlər. İddiaçının isə övladlarının həmin mənzilə köçürülmələrini tələb etmək üçün subyektiv hüququ yoxdur. Ona görədə iddia həmin hissədə rədd olunmalıdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 1000 saylı arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil özəlləşdirilməmiş, Salyan RİH-in balansındadır. Mənzil 4 iyul 1979-cu ildə 41 saylı order əsasında X14 Emalı zavodu tərəfindən Cavabdeh2 ailəsi ilə birlikdə yaşamaq üçün verilmiş,3 otaqdan ibarətdir, yaşayış sahəsi isə 46,5 kvm.dir. Hal-hazırda mənzildə Cavabdeh2, X11, Cavabdeh1, X3, X4, İddiaçı, X10, X7, İddiaçı Qəhrəman qızı mənzildə daimi pasport qeydiyyatındadırlar. İş materiallarında olan 04 iyul 1979-cu il tarixli 41 saylı orderdən görünür ki, mübahisəli ev Cavabdeh1 verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh1, X10 xx.xx.2003-cü il təvəllüdlü X1 şəhəri Ə.Quliyev küçəsi ev 2, mənzil 58 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Salyan şəhəri Ə.Quliyev küçəsi bina 2, ev 58-də yerləşən 3 otaqdan ibarət olan yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar