Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-149/2025 08.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “cehiz” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında onun cavabdehlə aralarında bağlanmış nikahları pozulmuşdur. Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evində cehizləri qalmışdır. O, cehizlərini götürüb evdən çıxmaq istəsə də Cavabdeh qəti şəkildə icazə verməmişdir. Ona görədə məcbur qalıb iddia qaldırmalı olur. Cehiz əmlaklarının dəyəri 10000 manat təşkil edir. X1 apardığı ilkin mediasiya proseslərində iştirak etmiş və barışıq olmamışdır. İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. 50 manar mediasiya üçün rüsum ödənilmiş və əlavə olaraq 70 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 120 manat. Mebel isə dəyəri 10000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq gəlin köçdüyü Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış evində ona məxsus 10000 manat dəyərində olan cehizlərinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə (xx.xx.2024-cü il tarixdə) ərizə verib iddia tələbini dəqiqləşdirərək, cavabdehdən yataq dəsti (taxt, termo, uşaq beşiyi, şifoner) 1500 manat dəyərində, 1 ədəd 50 manat dəyərində çilçıraq, 1 ədəd 30 manat dəyərində yataq otağında 3x2.5 metr ölçüdə olan pərdə, 1 ədəd 250 manat dəyərində yataq otağında olan “Samsung” markalı 60 dioqonal televizor, 1 ədəd yataq otağında olan 150 manat dəyərində 3x4 metr ölçüdə xalça, 1400 manat dəyərində qonaq dəsti (miz 1 ədəd, stul 6 ədəd, kreslo 2 ədəd, kamot 1 ədəd, 1 ədəd künc divan 1 ədəd, jurnalni 1 ədəd, qorka iki qapılı 1 ədəd), qonaq otağında 3 güzlü 1 ədəd 25 manat dəyərində çilçıraq, qonaq otağında 30 manat dəyərində 2 ədəd 3x2.5 ölçüdə pərdə, qonaq otağında 400 manat dəyərində 2 ədəd 4x5 ölçüdə, 300 manat dəyərində 2x3 ölçüdə 300 manat kaşmir xalça, ikisi bilikdə 700 manat, 1 ədəd 350 manat dəyərində Beko markalı soyuducu, İtimat markalı 1 ədəd 60 manat dəyərində soba, Beko markalı 1 ədəd 90 manat dəyərində ətçəkən maşın, Beko markalı 1 ədəd 60 manat dəyərində şirəçəkən maşın, Samsung markalı 1 ədəd 100 manat dəyərində tozsoran, Karaca markalı 1 ədəd 150 manat dəyərində qaşıq dəsti, 160 manat dəyərində Tefal qazan dəsti, 4 dəst yorğan, 4 ədəd yastıq, 12 ədəd nalça, 3 ədəd döşək, 1 ədəd sandıq, 1 ədəd uşaq üçün 4 siyirməli şkaf 20 manat, 1 ədəd 20 manat dəyərində hündür künc güldanı, 200 manat dəyərində 48 ədəd yemək boşqabı, 150 manat dəyərində çay servizi və kofe dəsti, 300 manat dəyərində obedni serviz olmadıqda 5710 manat dəyəri alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi (anası) Nümayəndə iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərdikləri cehiz əmlakının qiymətlərini təqribi olaraq qeyd etmişdir. Onlar cavabdehdən cehiz əmlakının dəyərini tələb etmirlər, evdə olan cehiz əşyalarını olduğu vəziyyətdə götürüb aparmaq istəyirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı və nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmədən qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, MPM-in 238.1 və 238.4-cü maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X10 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdehin arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12 noyabr 2012-ci il təvəllüdlü X6 və 08 sentyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan X5 sonra prosesin davam etdirilə bilməməsi barədə mediator tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, MŞS/MT-028/2024/0578AM saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)-1318/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X3 arasında 11 noyabr 2011-ci il tarixdə, Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 67 nömrə ilə qeydə alınmış nikah pozulması, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 Cavabdeh alınıb iddiaçı X2 verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh uşaqların atadan alınıb anaya verildiyi vaxtdan hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment alınaraq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın məzmunundan aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdeh(lər)in əşyanın sahibi olması, cavabdeh(lər)in əşyaya sahiblik hüququnun olmaması. Odur ki, mülkiyyətin müdafiəsi ilə bağlı tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə, hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Həmin normanın mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhəkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdehin arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 12 noyabr 2012-ci il təvəllüdlü X6 və 08 sentyabr 2014-cü il təvəllüdlü X7 iddiaçının yanında saxlanılmışdır. İddiaçı cavabdehlə ailə qurduqdan sonra özünə məxsus cehiz əşyalarını Salyan rayonu, Sarvan kəndində yerləşən fərdi yaşayış aparmışdır. İddiaçı hazırda uşaqları ilə birlikdə evi tərk etsə də sadalanan cehiz əşyaları həqiqətən İddiaçının yaşadığı Salyan rayonu, Sarvan kəndindəki fərdi yaşayış evində saxlanılır. İddiaçı cehiz əşyalarını götürmək istəsə də Cavabdeh qəti şəkildə cehiz əşyalarının çıxarılmasına icazə verməmişdir. Mülki işin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi əşyalar cavabdehin sahibliyində qalmışdır. Belə sahiblik isə hüquqi baxımdan tanınan vəziyyət olmadığı üçün qanunsuz sayılır. Odur ki, hazırkı işdə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.2-ci maddəsinin zəruri dispozisiya şərtləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. MPM-in 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən tələb edilən əşyalar cavabdehin sahibliyində olması iddia tələbinin təmin edilməsi üçün əsaslıdır. Buna görədə məhkəmə belə qanaətə gəlir ki, iddia tələbi təmin edilməlidir Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehdən iddiaçıya məxsus olan yataq dəsti ( taxt, termo, uşaq beşiyi, şifoner) 1500 manat dəyərində, 1 ədəd 50 manat dəyərində çilçıraq, 1 ədəd 30 manat dəyərində yataq otağında 3x2.5 metr ölçüdə olan pərdə, 1 ədəd 250 manat dəyərində yataq otağında olan “Samsung” markalı 60 dioqonal televizor, 1 ədəd yataq otağında olan 150 manat dəyərində 3x4 metr ölçüdə xalça, 1400 manat dəyərində qonaq dəsti (miz 1 ədəd, stul 6 ədəd, kreslo 2 ədəd, kamot 1 ədəd, 1 ədəd künc divan 1 ədəd, jurnalni 1 ədəd, qorka iki qapılı 1 ədəd), qonaq otağında 3 güzlü 1 ədəd 25 manat dəyərində çilçıraq, qonaq otağında 30 manat dəyərində 2 ədəd 3x2.5 ölçüdə pərdə, qonaq otağında 400 manat dəyərində 2 ədəd 4x5 ölçüdə, 300 manat dəyərində 2x3 ölçüdə 300 manat kaşmir xalça, ikisi bilikdə 700 manat dəyərində, 1 ədəd 350 manat dəyərində Beko markalı soyuducu, İtimat markalı 1 ədəd 60 manat dəyərində soba, Beko markalı 1 ədəd 90 manat dəyərində ətçəkən maşın, Beko markalı 1 ədəd 60 manat dəyərində şirəçəkən maşın, Samsung markalı 1 ədəd 100 manat dəyərində tozsoran, Karaca markalı 1 ədəd 150 manat dəyərində qaşıq dəsti, 160 manat dəyərində Tefal qazan dəsti, 4 dəst yorğan, 4 ədəd yastıq, 12 ədəd nalça, 3 ədəd döşək, 1 ədəd sandıq, 1 ədəd uşaq üçün 4 siyirməli şkaf 20 manat, 1 ədəd 20 manat dəyərində hündür künc güldanı, 200 manat dəyərində 48 ədəd yemək boşqabı, 150 manat dəyərində çay servizi və kofe dəsti, 300 manat dəyərində obedni serviz olmadıqda 5710 manat dəyəri alınaraq iddiaçıya verilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77.10 (yetmiş yeddi manat, on qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 238-253, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh yataq dəsti ( taxt, termo, uşaq beşiyi, şifoner) 1500 manat, 1 ədəd 50 manat dəyərində çilçıraq, 1 ədəd 30 manat dəyərində yataq otağında 3x2.5 metr ölçüdə olan pərdə, 1 ədəd 250 manat dəyərində yataq otağında olan “Samsung” markalı 60 dioqonal televizor, 1 ədəd yataq otağında olan 150 manat dəyərində 3x4 metr ölçüdə xalça, 1400 manat dəyərində qonaq dəsti (miz 1 ədəd, stul 6 ədəd, kreslo 2 ədəd, kamot 1 ədəd, 1 ədəd künc divan 1 ədəd, jurnalni 1 ədəd, qorka iki qapılı 1 ədəd), qonaq otağında 3 güzlü 1 ədəd 25 manat dəyərində çilçıraq, qonaq otağında 30 manat dəyərində 2 ədəd 3x2.5 ölçüdə pərdə, qonaq otağında 400 manat dəyərində 2 ədəd 4x5 ölçüdə, 300 manat dəyərində 2x3 ölçüdə 300 manat dəyərində kaşmir xalça, ikisi bilikdə 700 manat dəyərində, 1 ədəd 350 manat dəyərində Beko markalı soyuducu, İtimat markalı 1 ədəd 60 manat dəyərində soba, Beko markalı 1 ədəd 90 manat dəyərində ətçəkən maşın, Beko markalı 1 ədəd 60 manat dəyərində şirəçəkən maşın, Samsung markalı 1 ədəd 100 manat dəyərində tozsoran, Karaca markalı 1 ədəd 150 manat dəyərində qaşıq dəsti, 160 manat dəyərində Tefal qazan dəsti, 4 dəst yorğan, 4 ədəd yastıq, 12 ədəd nalça, 3 ədəd döşək, 1 ədəd sandıq, 1 ədəd uşaq üçün 4 siyirməli şkaf 20 manat dəyərində, 1 ədəd 20 manat dəyərində hündür künc güldanı, 200 manat dəyərində 48 ədəd yemək boşqabı, 150 manat dəyərində çay servizi və kofe dəsti, 300 manat dəyərində obedni serviz olmadıqda 5710 manat dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 77.10 (yetmiş yeddi manat, on qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-149/2025
Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-149/2025
08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver