Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1642/2023 24.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaqların yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı uşaqlar X7, X4 yaşayış yerinin iddiaçı ilə qalmasının müəyyən olunması və cavabdeh azyaşlı uşaqların X7, X1 üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Neftçala rayonu, Qaralı kənd sakini Cavabdeh 2010-cu ildə ailə qurmuşlar. O, cavabdehin ikinci ailəsi olduğuna görə nikah qeydə alınmamışdır. Birgə ailəlikdən X7 xx.xx.2012-ci ildə və X10 xx.xx.2013cü ildə anadan olmuşdur. Cavabdeh hər gün evdə söz-söhbət yaradır, onu alçaldır və təhqir edir. Evə pul vermir. Aldığı pulu evə gətirmir. Gecələr evə gəlmir. Cavabdehlə bir yerdə yaşamaları 2023-cü ilin mart ayından baş tutmamışdır və aralarında olan ər-arvad əlaqələri faktiki olaraq 3 aydan artıqdır ki, kəsilmişdir. Həmin vaxtdan da, təsərrüfatı birgə idarə etmirlər. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatlarının və ailənin qorunub saxlanılması mümkün deyildir. Uşaqların yaşayış yeri, saxlanılmaları barədə cavabdehlə razılaşma əldə olunmamışdır. Cavabdeh ayrılmalarına və uşaqlara aliment ödəməyə razıdır. Birgə yaşadıqları dövrdə ər və arvadın mülkiyyəti sayılan mülkləri yoxdur. Uşaqların onunla qalması daha məqsədə uyğundur. Cavabdeh işləyir, yaxşı pul qazanır, lakin evə pul vermir. Odur ki, azyaşlı uşaqlar X7, X4 yaşayış yerinin iddiaçı ilə qalmasının müəyyən olunması və cavabdeh azyaşlı uşaqların X7, X1 üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, son aylara kimi iddiaçı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonunda yaşamışdır. İddianı qismən qəbul edir. Uşaqların iddiaçının yanında qalmasına etiraz etmir. Onun avtomaşını olmuşdur. Taksi sürücüsü kimi işləyərək uşaqlarını saxlamışdır. Birinci ailəsindən olan oğlu ürək xəstəsidir. Hər ay uşağın müalicəsi üçün 300 manat pul göndərir. İndiki arvadı ona deyir ki, həmin uşağın müalicəsi üçün pul göndərməsinə razı deyildir. Bu səbəbdən də, aralarında söz-söhbət yaranmışdır. İddiaçın anası son zamanlar onlara gəlib-gedərək qızını öyrətmişdir. O, hal-hazırda küçə qapısının ağzında olan ağacın altında yatır. İddiaçının özü onu evdən çıxartmışdır. Onun avtomaşını hal-hazırda iddiaçıdadır. Hər uşağa 120 manat aliment ödəyə bilər, lakin iddiaçı ilə barışmaq istəyir. Cavabdeh bu barədə yazılı ərizəsini də, məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 ksero surətlərindən görünür ki, tərəflər birgə yaşadıqları müddətdə xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 doğulmuşlar. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X6 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında prosesin davam etdirilməsinə razılıq verilməmişdir. İş materiallarında olan X13 Haqqında Şəhadətnamənin ksero surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə vətəndaş İddiaçı doğulmuş X11 atası hesab edilmişdir. Bu barədə X13 haqqında akt qeydləri kitabında 2013-cü ilin iyul ayının 04 günündə 205 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X13 Haqqında Şəhadətnamənin ksero surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci ildə vətəndaş İddiaçı doğulmuş X8 atası hesab edilmişdir. Bu barədə X13 haqqında akt qeydləri kitabında 2012-ci ilin iyun ayının 19 günündə 191 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi VSMİE Z.R.Əliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 848 nömrəli arayışdan görünür ki, Cavabdeh Neftçala rayonunun, Birinci Qaralı kəndində oğlu ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Məşğulluq haqqında arayışın ksero surətindən görünür ki, Cavabdeh X2 filialında işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. Məhkəmə uşaqların daha çox analarına bağlılığını, analarından ayrılacaqları təqdirdə bu halın onların psixi, fiziki və mənəvi inkişafına mənfi təsir göstərəcəyini və ümumiyyətlə uşaqların analarından ayrılması üçün müstəsna şəraitin mövcud olmadığını nəzərə alaraq, hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları X5 yanında saxlanılmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə yaşadıqları müddətdə doğulmuş X7 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Digər tərəfdən, iddiaçı cavabdehin aylıq qazancı və gəliri barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə uşaqların maraqlarını üstün tutaraq hesab edir ki, cavabdehdən tutulan aliment hər ay hə uşağ üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər birgə yaşadıqları müddətdə doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 İddiaçı yanında qalması müəyyən edilməli, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması 28 avqust 2023-cü il tarixdən etibarən hesablanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X10 İddiaçı yanında saxlanılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 28 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1642/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1642/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver