Məhkəmə qərarları › İş №2(057)-1682/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1682/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1682/2024 03.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə birgə nikah dövründə götürülmüş kreditin cavabdehə aid edilməsi tələbi barədə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X1 rayon məhkəməsinə verdiyi iddia ərizəsində birgə nikah dövründə əldə edilmiş KBAK9619331A143 saylı kredit müqaviləsi əsasında 25.000 manat "xxxx" ASC Salyan filialından götürülmüş kredit borcu, nikahın pozulması üçün müraciət etdiyi 2024-cü ilin iyun ayından etibarən hesablanmaqla faiz borcu da daxil olmaqla ödənilməyən qalan hissədə ½ hissəsinin və birgə nikah dövründə əldə edilmiş 30-MCR-1-1050-22/2 saylı kredit müqaviləsi əsasında 40.000 manat "xxxx" ASC Salyan filialından götürülmüş kredit borcu, nikahın pozulması üçün müraciət etdiyi 2024-cü ilin iyun ayından etibarən hesablanmaqla faiz borcu da daxil olmaqla ödənilməyən qalan hissədə ½ hissəsinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 bildirmişdir ki, cavabdehlə 2008-ci il tarixdə evlənmiş və birgə nikahdan 3 uşağı olmuşdur. Aralarında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. 2018-ci il tarixdən “"xxxx" QSC”-dən 15000 manat kredit götürmüş, 14000 manatına isə Qarabağlı kəndində 20 sot torpaq sahəsi almışdır. Bir il ödəniş etdikdən sonra yenidən 25000 manat “"xxxx" QSC” -dən yenidən pul götürmüş, 8000 manat ödəyərək əvvəlki kreditini bağlamışdır. 17000 manat qalan pula yenidən 1 ha torpaq sahəsi almışdır. Daha sonra 5000 manat verərək, Ziyafətdən 0,75 ha torpaq sahəsi almışdır. 2022-ci ildı "xxxx"-dan 40000 manat pul götürərək, maşına görə 10000 manat lizinq pulunu ödəmiş, 12000 manatını "xxxx" QSC-yə olan borcunu bağlamış, 15000 manatına isə Qarabağlı kəndində torpaq sahəsi almışdır. 2019-cu ildə “Kapital” Bankdan pul götürərək həyəti təmir edərək, uşaqlara toy etmişdir. 2021-ci ildə “Kapital” Bankdan 25000 manat pul götürərək, əvvəlki 4500 manat borcunu bağlamış və qalan pula isə əmlak alaraq iş görmüşdür. Əmlaklar onun adınadır. Cavabdeh bir müddət sonra ondan əmlak iddiası tələb edəcək, bu səbəbdən banklardan aldığı kreditin yarsının ona aid olmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 bildirmişdir ki, cavabdeh onun qızıdır. İddiaçı ilə 2008-ci ildə evlənmiş və birgə nikahdan 3 uşağı olmuşdur. İddiaçı kredit götürən vaxt cavabdehin xəbəri olmamışdır.İddiaçı 2022-ci ildə kredit götürən zaman bir bank əməkdaşı ilə evə gəlmiş, kredit götürmək istədiyini deyərək, ona məcburi imza etdirmişdir. Həmin vaxt iddiaçı 40000 manat kredit götürmüşdür. İddiaçı onların ailə üzvlərindən, 0,78 sot torpaq almış, lakin nəqədər pul verdiyini dəqiq bilmir. 1500 manat müqavilədə yazıldığını bilir.Qızının xəbəri olmadığı üçün iddianı qəbul etmir. İddiaçı X1 məhkəməyə ərizə təqdim edərək, cavabdehin gələcəkdə ondan birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı heç bir iddiası olmadığı üçün hazırkı iddia tələbindən imtina etdiyini,iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 da məhkəməyə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini, Cavabdeh gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair hissədə İddiaçı qarşı heç bir tələbi və iddiası olmayacağını qeyd etdi. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1, Cavabdeh nümayəndəsi X2 birgə nikah dövründə götürülmüş kreditin cavabdehə aid edilməsi tələbi barədə mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edimiş kredit borcun ödənilməmiş hissəsinin cavabdehə aid edilməsi hissəsindən imtina edir. Cavabdeh gələcəkdə birgə nikah dövründə əldə olunmuş əmlak tələbinə dair hissədə İddiaçı qarşı heç bir iddiası olmaycaqdır. İddiaçı 235 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar