Məhkəmə qərarları › İş №2(057)-1705/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1705/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1705/2023 07.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X13 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə cehiz əşyaların evdən çıxarma tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində cavabdeh X3 məxsus mebellər-şifaner, taxt, termo,çəkməcəli şkaf,stol, 6 ədəd stul,divan, 2 ədə kreslo, kamot,yatacaqlar, qabqacaq, uşaq çarpayısı, xalçalar,paltaryuyan, tozsoran, soyuducu,mətbəx mebeli və sair xırda əşyaların onun istifadəsində olan Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və cavabdeh evdən gedərkən götürdüyü evin sənədləri və mərhum anasının sağlığında oğluna verdiyi vəsiyyətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdeh gəlini olmuş, iki ildir ki, boşanmışdır. Ev anasının adına olmuş, anası iki ildir ki, vəfat etmişdir.X5 cavabdehin yoldaşı olmuşdur. Əli hazırda Rusiyada yaşayır. Cavabdehin cehiz əşyaları anasına məxsus olan evdədir və həmin əşyaları götürmür. Cavabdehin 2 uşağı var onlar həmin evdə yaşamaq istəmirlər, cavabdeh özü də orada yaşamasını istəmir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən X11 bildirmişdir ki, Əli ilə 2014-cü ildə evlənmiş, yaşadıqları müddətdə iki uşağı olmuşdur.Aralarında olan nikah iki ildir ki, pozulmuşdur. Evli olan vaxt mərhum Validənin evində yaşamış və yaşadığı müddətdə iki uşağı da həmin ünvanda doğulmuşdur. Validə vəfat etməmişdən qabaq evi onun ərinə vəsiyyət etmişdir. Artıq iki ildir ki, orada yaşamır. Hal-hazırda kirayədə qaldığını, əşyaları yığmağa yerinin olmadığını bildirərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Salyan rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2(057)-1014/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X15 arasında 18 aprel 2014cü il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş 29 oktyabr 2015-ci il təvəllüdlü X14 və 16 aprel 2018ci il təvəllüdlü X17 anaları Cavabdeh yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatana qədər X8 230 manat aliment tutulması qərara alınmışdır. Arbatan kənd inibati ərazi nümayəndəsinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 418 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətəndə Arbatan kəndində yerləşən X7 məxsus 3 otaqdan ibarət evdə yaşayır və təsərrüfatbaşına kitabının təsərrüfatların şəxsi hesab nömrəsi 781, kitab nömrə 10 və səhifə nömrəsi 38 olan təsərrüfatdadır. İş materiallarında olan Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X15 arasında Salyan rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuş və nikaha 05 yanvar 2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 17 yanvar 2022-ci il tarixli 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 31 may 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Arbatan kəndində yerləşən 1 mərtəbəli, 2 mərtəbəli fərdi yaşayış evini və həmin evin 0.15 ha-dan ibarət olan həyətyanı torpaq sahəsindən öz şəxsi 0.05 ha-dan ibarət olan hissəsini Salyan rayonu Arbatan kəndində yaşayan oğlu X12 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci ildə ******* nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu Arbatan kəndində yerləşən ümumi sahəsi 116.8, kv.m olan fərdi yaşayış evi X7 məxsusdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh evdən çıxarkən ona məxsus əşyalar Salyan rayonu Arbatan kəndində yerləşən mərhum X6 adına olan evdə qalmışdır.İddiaçı anasından miras qalmış evdə cavabdehin əşyalarını çıxarmaqda haqlıdır.Cavabdehin həmin mənzildən istifadə etmək hüququ yoxdur. Mülkiyyətçi cavabdehlə ailə üzvü deyil, cavabdehin əri ilə olan ailə münasibətlərinə xitam verilmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin olunmalıdır. İddiaçının cavabdeh evdən gedərkən götürdüyü evin sənədləri və mərhum anasının sağlığında oğluna verdiyi vəsiyyətnamə barədə tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin sənədlərlə bağlı hansı tələb irəli sürdüyü məlum deyildir.Həmçinin iddiaçının qarşı tərəfdən sənəd tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4 -cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X3 məxsus mebellər-şifaner, taxt, termo,çəkməcəli şkaf,stol, 6 ədəd stul, divan, 2 ədə kreslo, kamot,yatacaqlar,qab-qacaq,uşaq çarpayısı,xalçalar,paltaryuyan, tozsoran, soyuducu,mətbəx mebeli və sair xırda əşyalar İddiaçı istifadəsində olan Salyan rayonu, Arbatan kəndində yerləşən anası X4 miras qalmış yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar